Kupçasız torpağın sahibi necə müəyyənləşdirilir? - Vacib izah
"Sənədsiz torpaq dedikdə faktiki istifadə olunan, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayan torpaq sahələri nəzərdə tutulur. Bunlara sovet dövründə ayrılmış, bələdiyyə və ya icra hakimiyyətləri tərəfindən verilmiş, bağ massivlərində istifadə olunan, vərəsəlik yolu ilə keçən, lakin rəsmiləşdirilməyən, eləcə də özbaşına zəbt edilmiş torpaqlar aid edilə bilər. Hər bir halda sənədləşmə mexanizmi fərqlidir".
Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.
O, qeyd edib ki, sənədləşməyə başlamazdan əvvəl torpağın hüquqi statusu araşdırılmalıdır. Bunun üçün sahənin hansı kateqoriyaya aid olduğu, dövlət və ya bələdiyyə mülkiyyətində olub-olmaması, baş plan üzrə təyinatı, mühafizə zonasında yerləşib-yerləşməməsi, həmin torpaqla bağlı başqa şəxslərin hüquqlarının olub-olmaması və kadastr məlumatlarının mövcudluğu müəyyən edilməlidir:
"Torpaqdan istifadəni təsdiqləyən sənədlər də mühüm əhəmiyyət daşıyır. Bunlara icra hakimiyyətinin sərəncamı, bələdiyyə qərarı, torpaq ayrılması barədə arayış, köhnə texniki pasport, bağ kitabçası, üzvlük vəsiqəsi, kommunal və vergi ödənişlərini təsdiqləyən sənədlər, notarial müqavilələr və digər sübutlar aid ola bilər.
Növbəti mərhələdə torpağın geodeziya və ölçmə işləri aparılır. Sahənin sərhədləri və koordinatları müəyyən edilir, plan-sxem hazırlanır və kadastr məlumatları formalaşdırılır.
Sənədləşdirmənin xarakterindən asılı olaraq aidiyyəti dövlət qurumlarına, bələdiyyələrə və yerli icra hakimiyyəti orqanlarına müraciət edilə bilər.
İnzibati qaydada sənədləşmə mümkün olmadıqda isə məhkəməyə müraciət etmək mümkündür. Bu zaman uzunmüddətli istifadə faktı, şahid ifadələri, ödəniş sənədləri, tikiliyə dair sübutlar, xəritə və arxiv materialları, foto və video görüntülər təqdim edilə bilər.
Məhkəmənin müvafiq qərarı olduğu halda torpaq üzərində hüququn dövlət qeydiyyatına alınması mümkün ola bilər. Bu səbəbdən sənədsiz torpağın rəsmiləşdirilməsi üçün ilk addım onun hüquqi statusunun düzgün müəyyənləşdirilməsidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1067 Tarix: 17 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
06.11.2026 284 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
06.11.2026 225 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
06.11.2026 249 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
06.11.2026 221 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli
06.11.2026 165 Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm
06.11.2026 159 Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
06.11.2026 148 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
06.11.2026 234 Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri
06.11.2026 194