"Dua edirdim ki, Allah, anam ölməsin, qəbul olmadı"
Mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər anası ilə bağlı xatirələrini bölüşüb.
Axşam.az xəbər verir ki, o, bu barədə "Baku TV"yə açıqlamasında danışıb. Gövhər anasının övladı üçün çətinliklərə dözdüyünü və çox çalışdığını bildirib:
"Anam riskə gedən, övladı üçün çətinliyə dözən qadın olub. Anamı ancaq gecələr görürdüm. İşi ilə bağlı gec gəlirdi. Bəzən heç gecəni gözləyə bilmirdim, yatırdım. Ona görə də anamla xatirələrimiz azdır.
Anam mənə hamilə olanda da çox işləyib, səhnəyə bağlı olub. Çox çalışıb ki, özünə gün ağlasın. Anam 40 yaşında ailə həyatı qurub, 46 yaşında dünyasını dəyişib. Mənim məktəbə getdiyimi görə bilmədi. Onun nə evlilik, nə iş həyatında uğuru, yaxşı günü olmayıb".
Gövhər valideynlərinin ayrıldığını və atasının ölənə qədər onunla əlaqəsinin olduğunu da qeyd edib:
"Atamla anam ayrılmışdı, amma atamla əlaqəm var idi. 2023-ci ildə atam vəfat etdi. Mən ana qayğısı görməmişəm. Nənəm və xalamla qalmışam. Nənəmi anam kimi sevmişəm.
Anam səhhətinə səhlənkar yanaşırdı. Müalicə ala-ala yenə səhnəyə çıxırdı. Saçları tökülmüşdü, pariklə səhnəyə çıxırdı. Bunları mənə xalam və nənəm danışırdı. Uşaq idim, dua edirdim ki, anam sağalsın, Allahım anamı alma. Dualarım qəbul olmadı. Nənəm yıxıldı, ayağı zədələndi. Xalam, övladları ona baxırdı. Nənəm rəhmətə getdi, toparlanmağa çalışdım. Universitetə imtahan verirdim, evə qayıdanda xalam vəfat etdi".
Qeyd edək ki, Xanım Qafarova xərçəngdən əziyyət çəkirdi və 2014-cü ildə dünyasını dəyişib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1028 Tarix: 17 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
06.11.2026 284 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
06.11.2026 225 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
06.11.2026 249 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
06.11.2026 221 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli
06.11.2026 165 Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm
06.11.2026 159 Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
06.11.2026 148 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
06.11.2026 234 Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri
06.11.2026 194