Şimşək çaxarkən mobil telefondan istifadə təhlükəlidir?
Müasir mobil telefonlar ildırımı özünə cəlb etmir və ildırımvurma riskini artırmır. Cihazların tərkibindəki az miqdarda metal və zəif radiosiqnal şüalanması insanı ildırım üçün hədəfə çevirmir. Lakin şimşək çaxarkən başqa bir təhlükə - elektrik şəbəkəsində gərginliyin kəskin artması yarana bilər.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Arseni Buryakov Gazeta.ru-ya açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, bina daxilində mobil telefonla danışmaq, cihaz şarjda deyilsə və xarici naqillərə qoşulmayıbsa, ildırımvurma riskini artırmır. Təhlükə smartfon elektrik şəbəkəsinə qoşulduqda yarana bilər.
İldırım elektrik verilişi xəttinə düşdükdə naqillər vasitəsilə yayılan və rozetkalarla binaya daxil ola bilən güclü gərginlik impulsları yarana bilər.
"Smartfon şarj olunursa, o, evin elektrik şəbəkəsinə qoşulmuş vəziyyətdədir. Güclü impuls zamanı şarj cihazının zədələnməsi, batareyanın sıradan çıxması və hətta lokal yanğın baş verməsi ehtimalı var", - deyə Buryakov xəbərdarlıq edib.
Məhz bu səbəbdən şimşək çaxarkən həssas elektron cihazların elektrik şəbəkəsindən ayrılması məsləhət görülür. Bu qayda kompüterlərə, televizorlara və marşrutlaşdırıcılara da aiddir.
Mütəxəssis şimşək zamanı stasionar simli telefonlardan istifadə etməyi də tövsiyə etmir. Onun sözlərinə görə, elektrik impulsu kabel vasitəsilə telefona keçərək elektrik travmasına səbəb ola bilər. Mobil telefonlarda isə belə risk xarakterik deyil, çünki onların xarici kommunikasiya xətləri ilə birbaşa simli bağlantısı yoxdur.
İldırım çaxarkən sığınacaqdan kənarda qalmaq isə telefondan asılı olmayaraq özü-özlüyündə təhlükəlidir. Açıq ərazidə və ya hündür obyektlərin yaxınlığında olmaq insanı ildırım üçün potensial hədəfə çevirə bilər.
Smartfonla danışmaq ildırımvurma ehtimalını artırmasa da, insanın diqqətini təhlükədən və sığınacaq axtarmaqdan yayındıra bilər.
Buryakov ilk göy gurultusu səslərini eşidən kimi qapalı və qorunan məkana keçməyi, küçədə telefondan istifadəni isə təhlükəsiz yerə çatana qədər təxirə salmağı məsləhət görüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 915 Tarix: 18 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
06.11.2026 292 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli
06.11.2026 165 Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
06.11.2026 148 39 yaşlı kişinin meyiti bağda tapıldı
Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır
06.11.2026 180 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye
06.11.2026 261 Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm
06.11.2026 159 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd
06.11.2026 163 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
06.11.2026 284 Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı
Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları
06.11.2026 220