Kimlər universitetə imtahansız qəbul ola bilər? - DİM açıqladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Kimlər universitetə imtahansız qəbul ola bilər? - DİM açıqladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAli məktəblərə qəbul prosesində bütün abituriyentlər eyni qaydada imtahan vermir. Müəyyən kateqoriyalara aid şəxslər qanunvericilikdə nəzərdə tutulan xüsusi imkanlardan yararlanaraq müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul ola bilirlər. Dövlət İmtahan Mərkəzinin avqustun 17-də açıqladığı məlumat da bu məsələyə yenidən diqqət çəkib.

Belə ki, 2026/2027-ci tədris ili üçün beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının iştirakçıları, eləcə də müəyyən digər kateqoriyalardan olan abituriyentlərin müsabiqədənkənar qəbul hüququ təsdiqlənib. Bəs imtahansız qəbul hansı hallarda mümkündür, bu şəxslər necə müəyyənləşdirilir və proses necə həyata keçirilir?
Kimlər universitetə imtahansız qəbul ola bilər? - DİM açıqladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, "İmtahansız qəbul" əslində tamamilə imtahansız qəbul demək deyil. Onun sözlərinə görə, Azərbaycanda müəyyən kateqoriyalara aid abituriyentlərə xüsusi qaydada, müsabiqədənkənar qəbul hüququ verilir: "Bura beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri, müəyyən beynəlxalq proqramların məzunları və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalar daxildir.
DİM-in avqustun 17-də yaydığı məlumata görə, 2026-cı ildə müsabiqədənkənar qəbul hüququ qazananlar arasında beynəlxalq fənn olimpiadalarının 3, respublika fənn olimpiadalarının 104 qalibi və IB proqramının 63 məzunu var.

Bu şəxslər adi abituriyentlər kimi DİM-in qəbul imtahanında iştirak edib topladıqları balla ümumi müsabiqəyə girmirlər. Onların əvvəlki akademik nailiyyəti qəbul üçün əsas kimi tanınır. Lakin bu, "istədiyi universitetə və istədiyi ixtisasa avtomatik qəbul" demək deyil. Onlar müəyyən edilmiş qaydalara uyğun ixtisas seçimi edir və həmin kateqoriya üçün nəzərdə tutulan qəbul şərtləri tətbiq olunur.

Burada SAT məsələsini də ayrıca qeyd etmək lazımdır. SAT özü beynəlxalq qəbul imtahanıdır. Ona görə ADA Universitetinə SAT nəticəsi ilə qəbul olunanları sözün tam mənasında "heç bir imtahan vermədən universitetə qəbul olanlar" adlandırmaq düzgün deyil. Sadəcə onların qəbulunda DİM-in ə

Yəni ən sadə formada desək: bu sistemdə imtahanın tamamilə aradan qaldırılmasından çox, müəyyən şəxslərin əvvəlki beynəlxalq və ya milli səviyyəli akademik nailiyyətlərinin qəbul imtahanını əvəz etməsi mexanizmi tətbiq olunur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

06.11.2026 225
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

06.11.2026 249
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

06.11.2026 221
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri

06.11.2026 194
.