"ABŞ-ın son günlər hərbi zərbələri nisbətən səngitməsini də mən geri çəkilmə kimi qiymətləndirməzdim" - BƏHRUZ QULİYEV

"ABŞ-ın son günlər hərbi zərbələri nisbətən səngitməsini də mən geri çəkilmə kimi qiymətləndirməzdim" - BƏHRUZ QULİYEV"ABŞ-İran qarşıdurmasında artıq söhbət təkcə raketlərdən, dronlardan və hərbi zərbələrdən getmir. Qarşıdurmanın əsas cəbhələrindən biri diplomatik və geosiyasi təzyiq müstəvisinə keçib. Bu baxımdan ABŞ Prezidentinin Hörmüz boğazını ABŞ ərazisi kimi elan etmək niyyətinə dair açıqlaması olduqca ciddi mesajdır.

Hörmüz boğazı adi coğrafi məkan deyil. Bura dünya enerji təhlükəsizliyinin əsas arteriyalarından biridir. Ona görə də Vaşinqtonun bu boğazla bağlı sərt bəyanatı, əslində, İranın strateji üstünlük əldə etməsinin qarşısını almaq və beynəlxalq enerji marşrutları üzərində nəzarət imkanlarını qorumaq cəhdi kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, İranın son günlər verdiyi sərt mesajlar da göstərir ki, Tehran geri çəkilmək niyyətində deyil. İran artıq açıq şəkildə bildirir ki, ABŞ-ın yeni hücumu baş verərsə, Körfəz ölkələrində yerləşən Amerika hərbi obyektləri ilə yanaşı, həmin ölkələrin enerji infrastrukturu da risk altında qala bilər." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"ABŞ-ın son günlər hərbi zərbələri nisbətən səngitməsini də mən geri çəkilmə kimi qiymətləndirməzdim" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, burada çox mühüm bir məqam var ki, İranın məqsədi mütləq şəkildə ərəb dövlətləri ilə müharibəyə girmək deyil. Əsas məqsəd Vaşinqtona mesaj verməkdir ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatının coğrafiyası yalnız İran ərazisi ilə məhdudlaşmayacaq, bütün region üçün təhlükəsizlik və iqtisadi nəticələr doğuracaq. Yəni Tehran müharibənin qiymətini ABŞ üçün mümkün qədər yüksəltməyə çalışır.

ABŞ-ın son günlər hərbi zərbələri nisbətən səngitməsini də mən geri çəkilmə kimi qiymətləndirməzdim. Daha çox, bu, hərbi mərhələdən diplomatik və strateji təzyiq mərhələsinə keçid təsiri bağışlayır. Çünki Vaşinqton bir tərəfdən hərbi imkanlarını saxlayır, digər tərəfdən isə sanksiyalar, blokada, Hörmüz məsələsi və siyasi ultimatumlarla Tehrana təzyiq göstərir. Üstəlik, iyunda əldə edilmiş anlaşmanın müddətinin başa çatması göstərdi ki, tərəflər arasında atəşin dayandırılması hələ siyasi həll demək deyil.

"Məncə, bu müharibənin sonluğu üç istiqamətdən birinə gedə bilər: birincisi, tərəflərin yeni və daha ciddi şərtlərlə danışıqlar masasına qayıtması; ikincisi, məhdud hərbi toqquşmaların davam etdiyi uzunmüddətli qarşıdurma; üçüncüsü isə Hörmüzdə yeni eskalasiya və bunun regiona yayılması.

Ən təhlükəli ssenari üçüncü variantdır. Çünki Hörmüzdə hər hansı ciddi eskalasiya yalnız ABŞ və İranın problemi olmayacaq. Körfəz ölkələri, enerji bazarları, neftin qiyməti və bütövlükdə dünya iqtisadiyyatı bu qarşıdurmanın təsirini hiss edəcək. Artıq sülh perspektivlərinin zəifləməsi fonunda neft qiymətlərinin yüksəlməsi bunun ilk siqnallarındandır.

Ona görə də bugünkü mənzərəni "Amerika geri çəkilir, İran qalib gəlir" və ya əksinə, "İran məğlub olur" kimi sadələşdirmək düzgün deyil. Əslində, tərəflərin hər ikisi öz qırmızı xətlərini qoruyaraq daha əlverişli mövqedən danışıqlara qayıtmağa çalışır.

Hörmüz məsələsi isə bu savaşın əsas açarına çevrilib. Kim Hörmüzdə siyasi və faktiki üstünlük əldə edirsə, təkcə İran körfəzinin deyil, bütövlükdə Yaxın Şərqin geosiyasi gündəmini formalaşdırmaq imkanına sahib olur.

Bu səbəbdən ABŞ-ın indiki "səngiməsi"ni müharibənin sonu kimi deyil, müharibənin formasının dəyişməsi kimi qiymətləndirmək daha doğru olar. İndi raketlər qədər diplomatik ultimatumlar, iqtisadi təzyiqlər, enerji marşrutları və informasiya savaşı da mühüm rol oynayır. Və görünən odur ki, tərəflər hələ son sözü deməyiblər." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 770   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

06.11.2026 355
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

06.11.2026 255
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

06.11.2026 249
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

06.11.2026 254
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

06.11.2026 399
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.