Dondurulmuş ət, yoxsa təzə ət? - Hansı daha keyfiyyətlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ət alarkən istehlakçıların qarşısında əsas seçimlərdən biri təzə və dondurulmuş məhsul arasında olur. Bəzən dondurulmuş ətin təzə ətə nisbətən daha keyfiyyətsiz və ya təhlükəli olduğu düşünülür. Halbuki ətin dondurulması düzgün temperaturda və qaydalara uyğun həyata keçirildikdə onun təhlükəsizliyini uzun müddət qorumağa imkan verir. Bununla belə, dondurma prosesi ətin teksturasına və şirəliliyinə müəyyən təsir göstərə bilər.
Xüsusilə ətin nə qədər təzə halda dondurulduğu, dondurulma sürəti və sonradan necə əridilməsi məhsulun keyfiyyətində mühüm rol oynayır. Bəs dondurulmuş ətlə təzə ət arasında əsas fərq nədir, hansı halda dondurulmuş ətə üstünlük vermək olar və istehlakçı məhsul alarkən nələrə diqqət etməlidir?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, dondurulmuş və təzə ət arasında əsas fərq onların saxlanma üsulu, teksturası və bəzi keyfiyyət göstəriciləridir. Onun sözlərinə görə, təzə ət kəsildikdən sonra soyuducu şəraitdə, adətən 0-4°C temperaturda saxlanılır və daha qısa müddət ərzində istifadə edilməlidir: "Dondurulmuş ət isə daha aşağı temperaturda, əsasən -18°C və ya daha aşağıda saxlanılaraq uzun müddət qorunur. Dondurma prosesi ətdə mikroorqanizmlərin çoxalmasını əhəmiyyətli dərəcədə dayandırır, lakin onları tamamilə məhv etmir. Ət düzgün şəkildə dondurulub və soyuq zəncir qorunubsa, qida təhlükəsizliyi baxımından keyfiyyətli məhsul ola bilər.
Əsas fərqlərdən biri teksturada özünü göstərir. Dondurma zamanı ətin tərkibindəki su buz kristallarına çevrilir. Bu kristallar əzələ hüceyrələrinin strukturuna müəyyən qədər zərər verə bilər. Ət əridildikdə suyun bir hissəsi şirə şəklində ayrılır və nəticədə ət təzə ətlə müqayisədə bir qədər quru və yumşaq olmayan teksturaya malik ola bilər. Sürətli dondurulmuş ətdə isə buz kristalları daha kiçik olduğundan bu dəyişikliklər nisbətən az olur.
Qida dəyəri baxımından düzgün dondurulmuş ət zülal, yağ və əsas mineralların böyük hissəsini qoruyur. Əsas itkilər daha çox ərimə zamanı ayrılan ət şirəsi ilə bağlı ola bilər. Buna görə əti otaq temperaturunda deyil, soyuducuda tədricən əritmək daha təhlükəsizdir.
İstehlakçı üçün ən vacib məqam isə ətin təzə və ya dondurulmuş olmasından çox, mənşəyi, gigiyenik şəraitdə kəsilməsi, temperatur rejiminin qorunması və təkrar dondurulub-dondurulmamasıdır. Dəfələrlə əridilib yenidən dondurulmuş ət həm keyfiyyətini, həm də təhlükəsizliyini itirə bilər.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 888 Tarix: 18 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
06.11.2026 284 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
06.11.2026 225 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
06.11.2026 249 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
06.11.2026 221 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli
06.11.2026 165 Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm
06.11.2026 159 Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
06.11.2026 148 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
06.11.2026 234 Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri
06.11.2026 194