Maklerdən ucuz ev alarkən diqqət: Kupçasız əmlak hansı riskləri daşıyır?

Maklerdən ucuz ev alarkən diqqət: Kupçasız əmlak hansı riskləri daşıyır?"Maklerlərin ucuz qiymətə torpaq alaraq üzərində fərdi yaşayış evləri tikib satışa çıxarması bazarda geniş yayılmış praktikadır. Lakin belə əmlak alarkən əsas məsələ evin yeni və ya ucuz olması deyil, onun hüquqi statusu və sənədlərinin qaydasında olub-olmamasıdır".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, alıcı üçün ən böyük risk evin dövlət qeydiyyatının, yəni kupçasının olmamasıdır. Torpağın sənədli olması həmin ərazidə tikilmiş evin də avtomatik olaraq rəsmiləşdirilməsi demək deyil. Torpağın təyinatı, tikintinin qanuniliyi, müvafiq icazə və ya məlumatlandırma prosedurlarının yerinə yetirilib-yetirilməməsi və evin dövlət qeydiyyatına alınıb-alınmaması ayrıca yoxlanılmalıdır:

"Satıcının "kupça yoxdur, amma sonradan çıxarılacaq" vədinə yalnız şifahi şəkildə güvənmək isə risklidir. Sonradan tikilinin qeydiyyata alınmasına hüquqi və ya texniki maneələr yarana bilər.

Evin bazardakı analoji əmlaklardan xeyli ucuz olması da alıcı üçün araşdırma siqnalıdır. Bu, həm tikinti xərclərinin aşağı olması, həm də torpağın və ya tikilinin sənədlərində problem olması ilə bağlı ola bilər.

Bu səbəbdən belə evlərin alınmasını ümumilikdə etibarsız hesab etmək düzgün deyil. Əsas məsələ konkret əmlakın hüquqi və texniki vəziyyətinin peşəkar şəkildə yoxlanılmasıdır. Alıcı yalnız satıcının təqdim etdiyi sənədlərlə kifayətlənməməli, torpağın hüquqi statusunu, tikintinin qanuniliyini və evin dövlət qeydiyyatına alınmasının mümkün olub-olmadığını rəsmi qaydada araşdırmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 810   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

06.11.2026 355
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

06.11.2026 255
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

06.11.2026 249
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

06.11.2026 254
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

06.11.2026 399
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.