İxtisas seçimi bitir, azı 8 min nəfər kəsiləcək - Abituriyentlərə XƏBƏRDARLIQ

İxtisas seçimi bitir, azı 8 min nəfər kəsiləcək - Abituriyentlərə XƏBƏRDARLIQSabah 23:59-da ali məktəblərə ixtisas seçimi yekunlaşır.

DİM-dən Lent.az-a verilən məlumata görə, bu gün səhər saatlarında 70 mindən çox abituriyent ixtisas seçimini təsdiqləyib.

Bəs görəsən, ixtisas qrupları üzrə hansı ixtisaslarda bal artımının olması gözlənilir? Seçim zamanı nələrə diqqət etmək lazımdır? Riskli qrup, eləcə də ixtisaslar hansılardır?

İxtisas seçimi üzrə ekspert Elçin Murad Lent.az-a açıqlamasında bildirib ki,

Sabah ixtisas seçimi yekunlaşır. İxtisas seçiminə çox az vaxt verilib. Bir həftə abituriyentlər üçün olduqca qısa müddətdir. Hazırda ixtisas seçimini etdirə və ya vaxtında çatdıra bilməyənlər var. Ümid edirəm ki, yekunda bununla bağlı problem yaşanmaz və Dövlət İmtahan Mərkəzi müddəti heç olmasa, bir gün uzadar.

Üçüncü ixtisas qrupunda vəziyyət həmişə olduğu kimi yenə də ağır olacaq. Təxminən 7-8 min abituriyent tələbə ola bilməyəcək. Ümumiyyətlə, III ixtisas qrupunda 250-dən aşağı bal toplayan abituriyentlərin kəsilmə ehtimalı çoxdur.

Birinci və ikinci qruplarda vəziyyət yaxşıdır. İkinci ixtisas qrupunda düzgün ixtisas seçimi olarsa, balı 200-dən yuxarı olan abituriyentlərin kəsilmə ehtimalı yoxdur.

Dördüncü ixtisas qrupunda isə vəziyyət üçüncü qrupa yaxındır. Düzgün ixtisas seçimi edilməsə, tələbə ola bilməyənlərin sayı çox olacaq".

Ekspert bildirib ki, 500-600 ballı ixtisaslarda müəyyən qədər enmələr olacaq:

"İkinci qrupda ciddi bal artımı gözlənilmir. Birinci qrupda da balların əsasən stabil qalacağı, 250-400 bal aralığında isə müəyyən qədər artım olacağı gözlənilir. Daha yüksək nəticələrdə, yəni 500-600-dən yuxarı ballı ixtisaslarda müəyyən qədər enmə ola bilər.

Burada RK (riyaziyyat-kimya) və Rİ (riyaziyyat-informatika) altqrupları da bir-birindən fərqlənir. RK altqrupunda 500-dən yuxarı ballı ixtisaslarda enmə olacaq. Amma 500-dən aşağı ballı ixtisaslarda sabitlik gözlənilir.

Rİ altqrupunda isə 500 baldan yuxarı olan ixtisasların keçid balı təxminən 5-10 bal arta bilər. Çünki Rİ altqrupunda bu il rəqabət çoxdur. Xüsusilə də 150 ballıq ixtisasların sırasına kompüter mühəndisliyi və informasiya texnologiyalarının əlavə edilməsi rəqabəti daha da artırıb".

Üçüncü qrupda bal artımı olacaq, balların enməsi gözlənilmir. Xüsusilə 600 baldan aşağı olan ixtisaslarda artım olacaq. Yalnız 600-dən yuxarı ballı ixtisaslarda keçid balı 5-10 bal azala bilər.

Dördüncü qrupda 600-dən yuxarı ballı ixtisaslarda ciddi bal artımı gözlənilir. Çünki bu il kifayət qədər çox abituriyent 600-dən yuxarı bal toplayıb. 600-dən, xüsusilə 500-dən aşağı ballı ixtisaslarda ciddi artım müşahidə olunmasa da, yenə də güclü rəqabət olacaq.

Ən çox rəqabət informatika sahəsinə aid ixtisaslarda, tibb ixtisaslarında, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, maliyyə, iqtisadiyyat və logistika sahələrində olacaq. Bu ixtisaslara tələbat çox olduğuna görə, bal artımı da daha çox həmin ixtisaslarda müşahidə ediləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 836   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

06.11.2026 225
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

06.11.2026 249
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

06.11.2026 221
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri

06.11.2026 194
.