"Günə 20 manata həyatda qalmağa çalışırdım" - Onlayn kazino işi üzrə MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Siyasət Rəcəbov, İslam Rzayev, Şikar Əliyev, Rəsul Həşimov, Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlının cinayət işinə baxılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri ilə davam edib.
Təqsirləndirilən Siyasət Rəcəbov özünü irəli sürülən ittihamlar üzrə təqsirli bilmədiyini söyləyib. O, maddi çətinlik və işsizlik səbəbindən bu işlə məşğul olduğunu deyib:
"Pulsuzluq və işsizlikdən məcbur oldum. Ceyhun Nuruşovu Cəlilabaddan tanıyırdıq. İslamla mənə işi təklif edəndə çarəsizlikdən qəbul etdik. Fəhləlik edən, əziyyət çəkən biri üçün yalnız telefonlara baxaraq günə 20 manat qazanmaq rahat görünürdü".
Siyasət Rəcəbov bildirib ki, pul dövriyyəsinə Ceyhun Nuruşov nəzarət edib. Onun sözlərinə görə, vəzifəsi müştərilərin suallarını cavablandırmaq, kart nömrələrini göndərmək və saytlara giriş kodlarını təqdim etmək olub:
"Əvvəldən özümdə olan kartlardan istifadə edirdim. İki karta pul göndərirdilər. Mən də həmin pul müqabilində müştərilərə saytlara giriş üçün kod verirdim. İşin mahiyyətini tam bilmirdim, amma çox güman ki, qumar oynayırdılar. Yığılan pulların məbləğini bilmirdik. Vəsait qeyri-müəyyən karta köçürülürdü. Mən yalnız günə 20 manata işləyərək həyatda qalmağa çalışırdım".
Təqsirləndirilən şəxs oktyabrın 15-də İslam Rzayevlə birlikdə saxlanıldığını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını bildirib.
Məhkəmənin növbəti iclası sentyabrın 8-i saat 10:30-a təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin 2025-ci ilin noyabrında keçirdiyi əməliyyat zamanı Siyasət Rəcəbov, İslam Rzayev, Şikar Əliyev, Rəsul Həşimov, Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı saxlanılıblar.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər xarici ölkələrdə fəaliyyət göstərən "fastloto.com" və "chcplay.net" qanunsuz qumar və idman mərc saytlarının təşkilatçıları ilə əlaqə yaradaraq virtual kassalar qurublar.
İttihama əsasən, dəstə üzvləri sosial şəbəkələrdə yaratdıqları "Batumi Kazino", "Priz Kazino" və digər səhifələr vasitəsilə vətəndaşları onlayn ödəniş müqabilində qanunsuz kazino və mərc oyunlarına cəlb ediblər.
Təqsirləndirilən şəxslərin paytaxtın Xətai, Yasamal və digər rayonlarındakı ofis və mənzillərinə baxış zamanı elektron sübutlar, bank kartları və mobil nömrələr aşkarlanıb. Bank kartlarının müxtəlif şəxslərdən ödəniş qarşılığında alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyənləşdirilib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş əmlakı xeyli miqdarda leqallaşdırma, internet resurslarından istifadə etməklə və qabaqcadan əlbir olan qrup halında qumar oyunları təşkil etmə maddələri ilə yekun ittiham elan olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 849 Tarix: 18 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye
06.11.2026 261 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
06.11.2026 355 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
06.11.2026 255 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
06.11.2026 249 Müstəqil dövlətin Konstitusiya günüdür
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al
06.11.2026 254 Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
06.11.2026 399 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd
06.11.2026 163 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
06.11.2026 284 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
06.11.2026 234