Natiq Cəfərli: "İKT prioritet elan edilib, amma ciddi nailiyyətlər görmürük"
REAL Partiyasının sədri Natiq Cəfərli Azərbaycanın İKT və startap sektorundakı vəziyyəti Qazaxıstanla müqayisə edib.
Gununsesi.info-nun xəbərinə görə, Cəfərli bildirib ki, Azərbaycan hökuməti İKT sektorunu prioritet elan edib və bu sahədə ciddi vergi güzəştləri tətbiq olunur.
Onun sözlərinə görə, dövlət qurumları da sektora dəstək göstərməyə çalışır.
Lakin siyasətçi ölkədə iqtisadi və hüquqi sistemin fəaliyyət prinsiplərinin düzgün qurulmamasının nəticəsində İKT sahəsində gözlənilən ciddi nailiyyətlərin əldə olunmadığını qeyd edib.
Cəfərli Azərbaycanda hazırda 150-160 aktiv startapın olduğunu bildirib. Onun sözlərinə görə, ölkənin startap ekosisteminin ümumi dəyəri təxminən 590 milyon dollar qiymətləndirilir.
"Startapların maliyyələşməsi hələ ki, çox kiçik miqyasdadır. Keçən il 22 yerli startap cəmi 2,62 milyon dollar investisiya cəlb edə bilib", - deyə o yazıb.
Natiq Cəfərli Azərbaycanda fəaliyyət göstərən əsas vençur fondlarının sayının da az olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ölkədə üç əsas vençur fondu - Caucasus Ventures, INMerge Ventures və Tumar Ventures fəaliyyət göstərir və onların ümumi kapitalı təxminən 11 milyon dollar təşkil edir.
Siyasətçi 2026-cı ildə İKT sektoruna qoyulan investisiyaların ümumi həcminin isə 175 milyon dollar olduğunu qeyd edib.
Cəfərli daha sonra Qazaxıstandakı "Higgsfield" startapını nümunə göstərib. Onun sözlərinə görə, süni intellekt əsasında video yaratma platforması olan şirkətin təsisçilərindən biri gənc İT mütəxəssisi Aleks Maşrabovdur.
"Higgsfield"in ötən həftə yeni investisiya raundunda 400 milyon dollar cəlb etdiyini bildirən Cəfərli şirkətin bazar dəyərinin hazırda 5,4 milyard dollara çatdığını yazıb.
O, diqqətə çatdırıb ki, "Higgsfield" cəmi 1,5 il əvvəl təsis edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 815 Tarix: 18 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
06.11.2026 292 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli
06.11.2026 165 Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
06.11.2026 148 39 yaşlı kişinin meyiti bağda tapıldı
Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır
06.11.2026 180 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye
06.11.2026 261 Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm
06.11.2026 159 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd
06.11.2026 163 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
06.11.2026 284 Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı
Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları
06.11.2026 220