The Telegraph: "Tramp İranı nüvə silahı ilə vurmağı nəzərdən keçirir"

The Telegraph: "Tramp İranı nüvə silahı ilə vurmağı nəzərdən keçirir"ABŞ Prezidenti Donald Trampın İranla bağlı növbəti hərbi addımlar çərçivəsində nüvə silahından istifadə variantını nəzərdən keçirdiyi iddia olunur. Bu barədə The Telegraph yazıb. Qəzetin məlumatına görə, ABŞ və İran arasında əldə olunmuş razılaşmanın müddətinin başa çatması və bölgədə gərginliyin yenidən artması Vaşinqtonun qarşısında daha sərt hərbi variantların müzakirəsinə səbəb olub.

Məqalədə bildirilir ki, İran məsələsi ilə bağlı ABŞ administrasiyasının qarşısında bir neçə seçim var. Bunların arasında İranın nüvə proqramına qarşı yeni hərbi əməliyyatların keçirilməsi də yer alır. Qəzet mümkün ssenarilər sırasında nüvə silahından istifadə ehtimalının da müzakirə edildiyini iddia edir. The Telegraph-ın materialında İranla bağlı vəziyyətin xüsusilə Hörmüz boğazı ətrafında yaranmış böhran fonunda daha da mürəkkəbləşdiyi vurğulanır. Boğazın fəaliyyətinin məhdudlaşdırılması beynəlxalq enerji bazarları və regiondakı təhlükəsizlik vəziyyəti üçün ciddi risk yaradır.

Qəzet qeyd edir ki, Tramp administrasiyası İranla bağlı əvvəlki diplomatik səylər nəticə vermədiyi halda hərbi təzyiqi artırmaq imkanını gündəmdə saxlayır.

BİG.AZ The Telegraph-a istinadən xəbər verir ki, bununla yanaşı, materialda söhbətin ABŞ-ın mütləq şəkildə İrana nüvə zərbəsi endirmək qərarı verməsindən getmədiyi də nəzərə alınmalıdır. Məqalənin öz başlığında da "nüvə hücumunu nəzərdən keçirmək" ifadəsindən istifadə olunur.

Yəni bu, qəbul edilmiş qərar deyil, qəzetin Vaşinqtondakı mümkün variantlarla bağlı iddiasıdır. İranın nüvə proqramı uzun müddətdir ABŞ və İsrail ilə Tehran arasında əsas mübahisə mövzularından biridir. Tramp daha əvvəl də İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini bildirib. The Telegraph-ın yazdığı son material isə gərginliyin yeni mərhələyə keçə biləcəyi barədə xəbərdarlıq edir.
The Telegraph: "Tramp İranı nüvə silahı ilə vurmağı nəzərdən keçirir"Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 842   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

06.11.2026 225
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

06.11.2026 249
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

06.11.2026 221
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri

06.11.2026 194
.