Ana 40 yaşında yenidən övlad dünyaya gətirir, böyük uşağı isə artıq ailə qurur - bu nə dərəcədə normaldır? - PSİXOLOQDAN AÇIQLAMA
Bəzən ailədə övladlar arasında 15-16 il, hətta daha çox yaş fərqi olur. Böyük övlad artıq yeniyetməlik dövrünü başa vurub müstəqil həyata hazırlaşdığı vaxt valideynlər yenidən övlad sahibi olmaq qərarına gəlirlər. Belə ailələr cəmiyyətdə birmənalı qarşılanmır. "Böyük uşağın artıq böyüyüb, indi yenidən uşaq dünyaya gətirməyə nə ehtiyac var?" kimi yanaşmalarla yanaşı, bu qərarın ailənin şəxsi seçimi olduğunu düşünənlər də var.
Maraqlı məqam isə illər sonra ortaya çıxır: böyük övlad ailə quranda onun övladı ilə anasının dünyaya gətirdiyi kiçik uşaq arasında cəmi bir neçə il, bəzən isə heç yaş fərqi olmaya bilər. Beləliklə, əmi-bala, xala-bala və ya bibi-bala demək olar ki, eyni yaşda böyüyür. Bəs böyük yaş fərqi ilə övlad sahibi olmaq ailə münasibətlərinə və uşaqların bir-birinə münasibətinə necə təsir edir?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, əslində bu məsələdə doğru və ya yanlış deyə bir şey yoxdur. Onun sözlərinə görə, əsas məsələ, ailənin uşaqlar arasındakı yaş fərqini necə yaşaması və onlar arasında rolları necə qurmasıdır: "Çox zaman bu cür yaş fərqi ilə dünyaya gələn övladları ilə, böyük övladdan da dünyaya gələn nəvə arasındakı yaş da kiçik olur və kiçik uşaq ya xalası, ya əmisi ilə demək olar ki, eyni şəkildə böyüyür. Belə ailədə böyük övlad bəzən psixoloji olaraq özünü qəribə vəziyyətdə hiss edə bilər. Yəni, özü artıq valideyndir amma valideynlərinin körpəsi var. Bu səbəbdən ailə üzvləri arasında "bacı-qardaş", "xala-dayı", "əmi-bibi", "ana-nənə" rolları yaş baxımından qeyri-adi görünür. Əgər hər kəs bunu normal və rahat qəbul edirsə, ciddi problem yaranmaya bilər. İnsanlar bioloji yaşları ilə sosial rolları uyğunlaşdırmadıqda problem o zaman yaranır.
Belə məsələdə böyük övladın fikri və reaksiyası çox vacibdir. Xüsusilə böyük uşaq uşaqlıq və yeniyetməlik dövründə valideynin diqqətini kifayət qədər görməyibsə, sonradan doğulan uşağın tərbiyəsi də təbii ki, fərqli olduğu üçün o, özünü uzaqlaşmış və ailənin üzvü kimi hiss etməyə bilər. Çünki 20 yaşda ailə quran gənc qızın həyat təcrübəsi azdır, maddi və emosional imkanları fərqli ola bilər. 16-17 lap 18 il sonra isə daha təcrübəlidir, özünü daha yaxşı tanıyır, maddi imkanı yaxşıya dəyişə bilər və valideynlik haqqında daha çox məlumatı olduğu üçün, təbii ki, tərbiyə gözəçarpacaq dərəcədə fərqli olacaqdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 904 Tarix: 19 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
06.11.2026 292 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli
06.11.2026 165 Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
06.11.2026 148 39 yaşlı kişinin meyiti bağda tapıldı
Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır
06.11.2026 180 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye
06.11.2026 261 Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm
06.11.2026 159 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd
06.11.2026 163 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
06.11.2026 284 Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı
Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları
06.11.2026 220