Rusiyanın media məkanındakı anti-Azərbaycan ritorikası: Moskva nə istəyir?

Rusiyanın media məkanındakı anti-Azərbaycan ritorikası: Moskva nə istəyir?Son günlər Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə ardıcıl təxribat, təhqir və təhdid xarakterli açıqlamalar müşahidə edilir.

Məsələn, avqustun 7-də "Sputnik" radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin "Rusiyanın terrorçu və ekstremistlər siyahısına" daxil edilməsi təklif olunub.

Avqustun 9-da "YouTube" platformasında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təxribatçı fikirlər səsləndirilib. Avqustun 13-də isə "Çastota ponimaniya" layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə ifadələr işlədilib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, həmin gün Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə olunması, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirilib, terrorçuluğa açıq çağırışlar edilib:

"Avqustun 16-da isə "Spas" telekanalında Azərbaycan rəhbərliyinə qarşı təhqir məzmunlu material yayımlanıb.

Məsələ ilə bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.

Əslində, Rusiya media məkanında bu cür proqramlara, təhqir və təhdidlərə ilk dəfə deyil ki, rast gəlinir. Buna görə də baş verənləri təsadüfi hadisə kimi qiymətləndirmək çətindir. Bu vəziyyəti yalnız "jurnalistlərin özbaşınalığı" kimi təqdim etmək də inandırıcı görünmür.

Rusiyada televiziya və media sistemi elə qurulub ki, dövlət üçün siyasi baxımdan həssas mövzularda hansı ritorikanın nə qədər irəli gedə biləcəyi həmin mühitdə fəaliyyət göstərən şəxslərə yaxşı məlumdur. Əgər bir verilişdə Azərbaycan rəhbərliyinin terrorçu elan olunması təklif edilir, digərində fiziki zorakılıqdan danışılır, başqa bir efirdə isə Azərbaycanın konstitusiya quruluşunun dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması müzakirəyə çıxarılırsa, bu, təkcə təhqir deyil, həm də siyasi mesaj kimi qəbul edilə bilər.

Ümumiyyətlə, təhqirlə siyasi mesaj arasında ciddi fərq var. Təhqir bir dəfə səslənə və bununla da gündəmdən çıxa bilər. Lakin burada sistemli və təkrarlanan təhdid ritorikasından söhbət gedir. Belə yanaşma qarşı tərəfin reaksiyasını ölçmək cəhdi kimi də qiymətləndirilə bilər.

Mənzərəni sadə dillə belə izah etmək mümkündür: əvvəlcə hansısa ekspert və ya aparıcı müəyyən həddi keçir, daha sonra həmin ritorikaya verilən reaksiya izlənilir. Azərbaycan sərt cavab verməsə, növbəti efirdə daha irəli gedilir. Bakı etiraz etdikdə isə "bu, dövlətin mövqeyi deyil, jurnalistin fikridir" arqumenti ortaya atılır. Bu isə siyasi məsuliyyətdən yayınmağın ən rahat formalarından biri kimi görünür.

Rusiyada media üzərində dövlət nəzarətinin səviyyəsi məlumdur. Rusiya tərəfi istəsə, bu cür çıxışların qarşısını almaq imkanına malikdir. Bu baxımdan əsas sual Moskvanın belə ritorikanı dayandırmaq istəyib-istəməməsidir.

Əslində, burada Rusiyanın qarşısında iki seçim dayanır: ya bu ritorikanın qarşısını alaraq Azərbaycanla münasibətlərdə dövlət səviyyəsində məsuliyyət nümayiş etdirəcək, ya da bu cür çıxışların davam etməsinə şərait yaradacaq.

İkinci halda Bakının həmin açıqlamaları artıq ayrı-ayrı şəxslərin fikri kimi deyil, Rusiyanın informasiya mühitində formalaşan siyasi təzyiq aləti kimi qəbul etməsi mümkündür.

Azərbaycan artıq 1990-cı illərin Azərbaycanı deyil. Bakı öz xarici siyasətini başqa dövlətlərin regional maraqlarına uyğunlaşdırmaq məcburiyyətində olan ölkə də deyil. Azərbaycan hərbi, iqtisadi və geosiyasi baxımdan əvvəlki illərlə müqayisədə fərqli mövqedədir.

Bu səbəbdən Rusiyanın informasiya məkanından gələn təzyiq ritorikasının Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərməyəcəyi düşünülməməlidir. Əksinə, bu cür çıxışların davam etməsi Bakının daha ciddi siyasi və diplomatik addımlar atmasına səbəb ola bilər.

Rusiya üçün isə Azərbaycanla münasibətləri qorumaq və qarşılıqlı əlaqələrdə gərginliyin artmasına imkan verməmək daha çox fayda verə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

06.11.2026 292
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

06.11.2026 220
.