Akif Nəsirli İKT sektorundakı vəziyyəti tənqid etdi: "Natiq Cəfərlinin fikri ilə razıyam"

Akif Nəsirli İKT sektorundakı vəziyyəti tənqid etdi: "Natiq Cəfərlinin fikri ilə razıyam"Azərbaycanda İKT sektorunun inkişafı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. İqtisadçı Natiq Cəfərlinin ölkənin bu sahədə Qazaxıstandan geri qalması və real inkişafın hiss olunmaması barədə fikirləri sektorda mövcud vəziyyətə dair suallar yaradıb. Xüsusilə internet və telekommunikasiya bazarında rəqabət, infrastrukturun vəziyyəti, investisiyaların həcmi və özəl şirkətlərin bazara çıxış imkanları məsələnin əsas müzakirə mövzularındandır.

Bəs Azərbaycan İKT sahəsində həqiqətən regional rəqiblərindən geri qalırmı? Sektorun inkişafının qarşısında hansı maneələr dayanır və bazarda rəqabətin artırılması vəziyyəti dəyişə bilərmi?
Akif Nəsirli İKT sektorundakı vəziyyəti tənqid etdi: "Natiq Cəfərlinin fikri ilə razıyam"Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Natiq Cəfərlinin fikri ilə razıyam. Onun sözlərinə görə, İKT sektorunun inkişafında inhisarçılıq və rəqabət mühitinin zəif olması ciddi problemlərdən biridir: "Uzun müddət müəyyən xidmət və bazarların məhdud sayda şirkətin nəzarətində olması yeni və innovativ şirkətlərin bazara daxil olmasını çətinləşdirir. Rəqabət zəif olduqda isə həm xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həm qiymətlərin optimallaşdırılması, həm də yeni texnologiyalara investisiya üçün stimul azalır. Amma Azərbaycanın İKT sahəsində Qazaxıstandan geri qalmasını yalnız inhisarçılıqla izah etmək də düzgün olmaz. Burada vençur kapitalının (yeni yaradılan və sürətli böyümə potensialı olan şirkətlərə, xüsusilə startaplara yatırılan riskli investisiyadır) və startap maliyyələşməsinin zəifliyi, yüksəkixtisaslı İKT mütəxəssislərinin çatışmazlığı, universitetlərlə texnologiya sektoru arasında əlaqələrin zəif olması, elmi-tədqiqat və innovasiyaya ayrılan vəsaitlərin məhdudluğu da mühüm rol oynayır. Bundan başqa, İKT sektorunun inkişafı üçün təkcə internet infrastrukturu yaratmaq kifayət deyil. İnnovativ şirkətlərin yaranması, böyüməsi və xarici bazarlara çıxması üçün əlverişli biznes mühiti formalaşdırılmalıdır.

Qazaxıstanın müəyyən istiqamətlərdə daha sürətli irəliləməsinin səbəblərindən biri də dövlətin rəqəmsal iqtisadiyyatı ayrıca strateji prioritet kimi təşviq etməsi və texnologiya şirkətləri üçün daha geniş ekosistem yaratmasıdır. Azərbaycan da rəqəmsallaşma sahəsində müəyyən addımlar atır, lakin bu addımların real nəticəyə çevrilməsi üçün rəqabət mühitinin gücləndirilməsi əsas şərtlərdən birincisidir.

Yəni problem yalnız "İKT-yə pul ayrılmır" məsələsi deyil. Pul ayrılsa belə, rəqabət, insan kapitalı, innovasiya, maliyyələşmə və bazara çıxış imkanları yoxdursa, həmin vəsait gözlənilən nəticəni verməyəcək. Azərbaycanın İKT sahəsində ciddi potensialı var, amma bu potensialı reallaşdırmaq üçün inhisarçılığın aradan qaldırılması ilə yanaşı, bütöv texnologiya ekosistemi qurulmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 792   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

06.11.2026 292
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

06.11.2026 220
.