Abituriyentlərə "100 faiz qəbul" vədi: Bu, nə dərəcədə realdır?

Abituriyentlərə "100 faiz qəbul" vədi: Bu, nə dərəcədə realdır?"Abituriyentlərin qarşısında duran ən mühüm mərhələlərdən biri də düzgün ixtisas seçimidir. Bu prosesin mürəkkəbliyi və yüksək rəqabət səbəbindən bəzi ailələr ixtisas seçimi üzrə peşəkar məsləhət xidmətlərindən yararlanmağa üstünlük verirlər. Lakin bu sahədə təqdim olunan xidmət və vədlərin də diqqətlə qiymətləndirilməsi vacibdir".

BUnu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, ixtisas seçimi üzrə ödənişli məsləhət xidməti göstərmək öz-özlüyündə yanlış deyil. Amma "100 faiz qəbul zəmanəti veririk" demək ciddi şübhə doğuran və məsuliyyətsiz vəddir:

"Çünki heç bir ixtisas seçimi mütəxəssisi abituriyentin neçə bal toplayacağını, həmin il keçid ballarının necə dəyişəcəyini, plan yerlərinin sayını və digər abituriyentlərin nəticələrini əvvəlcədən dəqiq bilə bilməz. Buna görə də universitetə qəbulun özünə 100 faiz zəmanət vermək faktiki olaraq mümkün deyil.

Normal və dürüst xidmət belə təqdim olunmalıdır: "Balınıza, seçdiyiniz ixtisaslara və əvvəlki illərin nəticələrinə əsasən qəbul ehtimalınızı qiymətləndiririk və optimal ixtisas seçimi aparmağa kömək edirik".

Amma "pul ödəyin, sizi 100 faiz universitetə qəbul etdirəcəyik" məzmununda reklam artıq başqa məsələdir. Burada valideynə və abituriyentə real xidmətlə yanaşı, nəticəsi şəxsin topladığı baldan və müsabiqədən asılı olan bir məsələyə əsassız zəmanət verilir.

Belə reklamla qarşılaşdıqda ən vacib suallardan biri bu olmalıdır: "100 faiz zəmanət verirsinizsə, qəbul olmadığım halda ödədiyim pulu geri qaytarırsınızmı?"

Əgər cavab aydın deyilsə, müqavilədə bu zəmanətin konkret hüquqi öhdəlik kimi göstərilmədiyi halda və "zəmanət" sadəcə reklam ifadəsi kimi istifadə olunursa, belə xidmətə ehtiyatla yanaşmaq lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 925   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

06.11.2026 292
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

06.11.2026 220
.