Həmin gün satıcı kimi rəfiqəsini əvəzləmişdi - Ronaldo Rodriqeslə tanışlığından danışdı
Kriştiano Ronaldo həyat yoldaşı Corcina Rodriqeslə ilk tanışlığından və münasibətlərinin necə başladığından danışıb.
Lent.az xəbər verir ki, onların tanışlığı 2016-cı ilin avqustunda Madriddəki "Gucci" mağazasında başlayıb. Həmin vaxt Corcina Rodriqes mağazada satıcı işləyirmiş. Maraqlıdır ki, həmin gün əslində işdə olmamalı imiş. O, rəfiqəsini əvəz etmək üçün növbəyə çıxıb.
Elə həmin gün Ronaldo 6 yaşlı oğlu Ronaldo Juniorla birlikdə mağazaya daxil olub. Futbolçu ilk görüşü xatırlayaraq əvvəlcə Corcinaya arxası tərəf dayandığını, daha sonra çevrilərək onu gördüyünü bildirib. Ronaldo həmin anı yuxuya bənzədib.
"O, həyatımın sevgisidir. Ümid edirəm ki, mən də onun həyatının sevgisiyəm", - Ronaldo deyib.
Corcina isə onların qarşılaşmasını təsadüf yox, tale hesab etdiyini bildirib. Onun sözlərinə görə, həmin gün iş yoldaşını əvəz etməsəydi, Ronaldo ilə yolları kəsişməyə bilərdi.
İlk görüşdən sonra cütlük zaman-zaman yenidən qarşılaşıb və münasibətləri inkişaf etməyə başlayıb. 2017-ci ilin yanvarında Corcina ilk dəfə Ronaldo ilə birlikdə rəsmi tədbirdə görüntülənib. Həmin ilin mayında isə futbolçu sosial şəbəkədə birgə fotolarını paylaşaraq münasibətlərini ictimailəşdirib.
Tanışlıqlarından 10 il sonra, avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində evlərində təşkil olunan qapalı mərasimlə nikahlarını rəsmiləşdiriblər. Toy mərasimində onların beş övladı da iştirak edib. Corcina toy üçün ağ "Gucci" kostyumu seçib. Bu seçim onların sevgi hekayəsinin məhz "Gucci" mağazasında başlamasına xüsusi işarə kimi qiymətləndirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 118 Tarix: 19 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ və Britaniyada xarici tələbələr azalır: Azərbaycan üçün yeni fürsət yaranıb? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
ABŞ və Böyük Britaniyada xarici tələbələrin sayında azalma ali təhsil sektorunda yeni mənzərə formalaşdırır. ABŞ-da beynəlxalq tələbələrin qəbulunda geriləmə, Böyük Britaniyada isə tələbə vizalarına müraciətlərin azalması universitetləri xarici tələbələr uğrunda rəqabəti yenidən nəzərdən keçirməyə vada
15:22 167 Şimşək çaxarkən mobil telefondan istifadə təhlükəlidir?
Müasir mobil telefonlar ildırımı özünə cəlb etmir və ildırımvurma riskini artırmır. Cihazların tərkibindəki az miqdarda metal və zəif radiosiqnal şüalanması insanı ildırım üçün hədəfə çevirmir. Lakin şimşək çaxarkən başqa bir təhlükə - elektrik şəbəkəsində gərginliyin kəskin artması yarana bilər. xəbə
18.08.2026 307 Tramp müharibəni qızışdırarsa, İran Avropadakı ABŞ hərbi hədəflərinə zərbə endirməyi düşünür
"The Financial Times" qəzetinin çərşənbə günü verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp müharibəni qızışdırmaq qərarına gələrsə, İran Kipr və Bolqarıstan da daxil olmaqla, Avropadakı ABŞ hərbi obyektlərinə zərbə endirməyi nəzərdən keçirir. Bu barədə "The Financial Times"
09:10 167 Kollecin əmlakları niyə anbardan götürülmür? - Cinayət işi açılıbmış
"Bir ildən çoxdur ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə məxsus 35 ədəd kompüter və 15 ədəd printer Xırdalanda özəl anbarda qalıb. Anbar sahibinə də heç bir ödəniş edilmir". "Qafqazinfo" xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov sosia
15:23 164 El-Nino iqlim fenomeninə görə 50 milyona yaxın insan aclıqla üzləşə bilər
El Niño iqlim fenomeninin şiddətlənməsi dünyanın ən həssas ölkələrində ərzaq təhlükəsizliyini əhəmiyyətli dərəcədə pisləşdirə bilər. xarici mediaya istinadla bildirir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramına (ÜƏP) görə, kəskin aclıqla üzləşən insanların sayı 2027-ci ilin sonuna qədər ən azı 49 milyon art
19:30 1 ABŞ Polşa şirkətini sanksiya siyahısına saldı
Polşanın Shelbit Technologies şirkəti çirkli pulların yuyulması və İrana qarşı tətbiq edilən sanksiyalardan yayınmağa yardım göstərmək ittihamı ilə ABŞ-ın sanksiya siyahısına salınıb. xəbər verir ki, bu barədə Wirtualna Polska ABŞ-ın araşdırmasının nəticələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatın
10:57 153 Prezident İlham Əliyev G20 Zirvəsində: Azərbaycanın Qlobal Gündəliyə Artan Təsiri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən 2026-cı il dekabrın 14-15-də ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun mühüm göstəricilərindən biri kimi qiymətləndiril
10:25 157 İsrailin Suriyaya zərbəsi Türkiyə ilə müharibəyə səbəb ola bilərdi - ABŞ rəsmisi
The Jerusalem Post yazır ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İsrailin Suriyanın İdlib yaxınlığındakı Əbu əl-Duhur aviabazasına endirdiyi zərbənin Türkiyə ilə birbaşa hərbi qarşıdurmaya gətirib çıxara biləcəyini bildirib. BİG.AZ İsrail nəşrlərinə istinadən xəbər verir ki, Barrakın sözlərin
14:41 182 Ermənistan Ukraynaya yaxınlaşır: Rusiya necə reaksiya verəcək?
"Ermənistanın Ukrayna ilə münasibətləri son dövrdə nəzərəçarpacaq şəkildə intensivləşir. Ukrayna Prezidenti Volodimir Zelenskinin may ayında Ermənistana səfəri, ardınca yüksək səviyyəli təmasların artması və avqust ayında tərəflərin əməkdaşlığın yeni istiqamətlərini müzakirə etməsi göstərir ki
15:24 169