Yaponiya sualtı bazalı hipersəs raketlərinin hazırlanmasına başlayacaq
Yaponiya Müdafiə Nazirliyi 2027-ci ildə sualtı bazalı hipersəs raketlərinin və uzaqmənzilli zərbə pilotsuz aparatlarının hazırlanmasına başlamağı planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilir ki, müvafiq müddəalar Yaponiya Müdafiə Nazirliyinin 2027-ci il büdcə layihəsinə daxil edilib. Gələn ilin müdafiə büdcəsində xüsusi diqqətin "cavab zərbəsi potensialının" reallaşdırılması ilə bağlı texnologiya və silahlara yönəldilməsi nəzərdə tutulur.
Yaponiya tərəfi ələ keçirilməsi daha çətin olan sualtı bazalı hipersəs raketlərinin hazırlanmasına başlamaqla yanaşı, pilotsuz sualtı aparatların uzaqmənzilli raketlər buraxa bilməsinə imkan verəcək texnologiyalar üzərində də işləməyi planlaşdırır.
Hava hücumundan müdafiə sahəsində isə pilotsuz ələkeçirici aparatların, həmçinin gəmilərdən buraxılan zərbə dronlarının alınması nəzərdə tutulur. Bundan başqa, Birləşmiş Operativ Komandanlıq üçün süni intellekt əsasında qərar qəbuletməyə dəstək sistemi hazırlanacaq.
Daha əvvəl Yaponiya Müdafiə Nazirliyinin 2027-ci maliyyə ili üçün rekord həcmdə - 8,9 trilyon yen (56,3 milyard dollar) büdcə tələb etməyi planlaşdırdığı bildirilmişdi. Bununla yanaşı, əlavə xərclər nəzərə alınmaqla ölkənin müdafiə xərclərinin 10,6 trilyon yeni (67,08 milyard dollar) keçəcəyi və ÜDM-in təxminən 1,5 faizini təşkil edəcəyi gözlənilir.
Yaponiya hökuməti 16 dekabr 2022-ci ildə yeni milli təhlükəsizlik strategiyasını təsdiqləyib. Sənəddə, xüsusilə, potensial rəqibin ərazisindəki hədəflərə cavab zərbələri endirmək hüququ nəzərdə tutulur.
Strategiyaya əsasən, 2027-ci ilədək hərbi xərclərin NATO ölkələrində olduğu kimi ÜDM-in 2 faizinə çatdırılması planlaşdırılırdı. Baş nazir Sanae Takaiçi isə bu hədəfin daha əvvəl reallaşdırılacağına söz verib.
Takaichi baş nazir vəzifəsinə seçildikdən az sonra ölkənin təhlükəsizlik sahəsində əsas sənədlərinin, o cümlədən milli təhlükəsizlik strategiyasının yenidən nəzərdən keçirilməsinə göstəriş verib. Buna səbəb kimi dünyada və Yaponiyanın ətrafındakı regionda təhlükəsizlik vəziyyətinin ağırlaşması göstərilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 766 Tarix: 19 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
06.11.2026 292 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli
06.11.2026 165 Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
06.11.2026 148 39 yaşlı kişinin meyiti bağda tapıldı
Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır
06.11.2026 180 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye
06.11.2026 261 Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm
06.11.2026 159 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd
06.11.2026 163 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
06.11.2026 284 Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı
Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları
06.11.2026 220