Bağçada dəhşətə gətirən hadisə: "İki aydır həkimlərdəyik"
Zaqatalanın Bəhmətli kənd sakini Ramella Nuriyeva Baku TV-nin qaynar xəttinə müraciət edərək 4 yaşlı qızının bağçada başından ağır xəsarət aldığını iddia edib.
Onun sözlərinə görə, hadisə təxminən iki ay əvvəl baş verib. Günorta saatlarında bağça müəlliməsi anaya zəng edərək uşağın oynayarkən yıxıldığını və başına qazanın dəydiyini deyib.
O, uşağı götürmək istəsə də, müəllimə buna ehtiyac olmadığını bildirib.
Ramella Nuriyeva qeyd edib ki, axşam uşağı evə aparanda başında və üzündə şişkinlik müşahidə ediblər: "Səhər gördük ki, uşağın üzü tam şişib, gözü qaralıb. Bilmək istəyirəm ki, mənim uşağıma nə olub, hadisə necə baş verib".
Ananın sözlərinə görə, övladı hazırda da həkim nəzarətindədir və aldığı zədə səbəbindən müalicəsi davam edir:
"Həkimlər vəziyyətini orta ağır qiymətləndiriblər. Altı ay ərzində heç bir zədə almamalıdır, daim dərman qəbul edir".
O vurğulayıb ki, uşaq müalicələrdən sonra daha əsəbi olub və tez-tez ağlayır. Ramella Nuriyeva məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib. Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, iki ay əvvəl baş verdiyi iddia olunan hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək./BAKU.WS
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 128 Tarix: 19 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBağçada dəhşətə gətirən hadisə: "İki aydır həkimlərdəyik"
Zaqatalanın Bəhmətli kənd sakini Ramella Nuriyeva Baku TV-nin qaynar xəttinə müraciət edərək 4 yaşlı qızının bağçada başından ağır xəsarət aldığını iddia edib. Onun sözlərinə görə, hadisə təxminən iki ay əvvəl baş verib. Günorta saatlarında bağça müəlliməsi anaya zəng edərək uşağın oynayarkən yıxıldığın
16:39 125 Bu şeiri Azərbaycanda dillər əzbəridir - Bakıda adına meydan verilən Şevçenko kimdir?
Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun xatirəsi Bakıda növbəti dəfə əbədiləşdirilib. Ölkə.az-ın xəbərinə görə, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana Taras Şevçenkonu
18.08.2026 330 Tramp müharibəni qızışdırarsa, İran Avropadakı ABŞ hərbi hədəflərinə zərbə endirməyi düşünür
"The Financial Times" qəzetinin çərşənbə günü verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp müharibəni qızışdırmaq qərarına gələrsə, İran Kipr və Bolqarıstan da daxil olmaqla, Avropadakı ABŞ hərbi obyektlərinə zərbə endirməyi nəzərdən keçirir. Bu barədə "The Financial Times"
09:10 166 Mənzilin faktiki sahəsi sənəddəki göstəricidən fərqlidirsə...
Mənzil alqı-satqısı zamanı diqqət yetirilməli əsas məsələlərdən biri də əmlakın sahəsinin düzgün müəyyənləşdirilməsidir. Bəzən texniki pasportda göstərilən sahə ilə mənzilin faktiki ölçüsü arasında fərq yarana bilər. Bu isə alıcıda hansı göstəricinin əsas götürülməli olduğu ilə bağlı sual doğurur. Məsələni
14:53 154 Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olmuş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor istəmişdi. "Qafqazinfo" AzTV-yə istinadən xəbər verir ki, İlham Əliyev kiçik sakinin arzusunu reallaşdırıb
13:00 274 Qusara qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü - DİN-dən çağırış
Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Bədirqala kəndində Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə 4 yaşlı Əliyev Yaqub Samət oğlunu vurub. Nəticədə, azyaşlı aldığı xəsarətlərdən ölüb. Bildirili
10:15 202 "Zəhmətimiz boşa gedir"
Müğənni Elariz Məmmədoğlu sosial media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı təhsil almadan mahnı oxumağa çalışanları qınayıb. "Təhsil nə üçün idi? Kimin üçün çalışırıq? Heyif ki, bir çox mahnıları çox az adam qavrayır. Zəhmətimiz boşa gedir". Qeyd edək ki, Elariz uzun illərdi
10:47 288 "ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur" - BƏHRUZ QULİYEV
"Rusiya-Qərb qarşıdurmasında yeni təhlükə xətti. ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur. Son günlər Rusiya-Britaniya xəttində ritorikanın sərtləşməsi də təsadüfi deyil. Moskva Britaniyanın Ukraynaya verdiyi dəstəyi artı
12:32 193 Gürcüstanda Rusiya ilə əlaqələrə cavabdeh şəxs vəzifəsini tərk edib
Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Kajaia könüllü olaraq istefa verib. xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlama verib. "Hazırda bu vəzifə boşdur. Cənab Kajaia başqa əraziyə köçüb və vəzifəsini könüll
10:47 119