"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB

"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVABİşğaldan azad olunmuş Ağdərə rayonunun Vəngli kəndinə qayıdan keçmiş məcburi köçkün Mirsədi Məhərrəmli sosial şəbəkədə video paylaşıb.

Ölkə.az xəbər verir ki, o, işlə təmin edilmədiyini, sosial vəziyyətinin çətin olduğunu bildirib.
"Bir il əvvəl bura qayıtmışıq. Amma Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəlik bizi işlə təmin etməyib", - o söyləyib.

M.Məhərrəmli deyib ki, ona görə də yol kənarında obyekt açıb dolanışıqlarını təmin edirlər:
"Yolun kənarında özümüzə şərait yaratmışdıq ki, dolanaq. İş-güc yoxdur, imkan vermirlər dolanaq".

Ölkə.az məsələ ilə bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəliyə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, keçmiş məcburi köçkünlərin işlə təmin olunması dövlətin sosial siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsi insanların dayanıqlı məşğulluğunun təmin edilməsidir:

"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Bu çərçivədə keçmiş məcburi köçkünlərin müxtəlif sahələrdə işlə təmin olunması üçün geniş imkanlar yaradılır".

Konkret olaraq Mirsədi Məhərrəmli adlı keçmiş məcburi köçkünə gəlincə, onun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəlik tərəfindən guya işlə təmin olunmaması ilə bağlı sosial şəbəkələrdə səsləndirdiyi həqiqətə uyğun olmayan iddiaları ilə bağlı bunlar bildirilib:

"Mirsədi Məhərrəmli Ağdərə rayonunun Vəngli kəndində məskunlaşan keçmiş məcburi köçkündür. O, işlə təmin olunub. Avtoyuma və yanındakı kafe müqavilə əsasında həmin sakinə verilib. Həmin şəxs bunlardan əlavə qeyri-qanuni olaraq, özbaşına başqa bir obyekt (yol kənarında attraksion quraşdırıb) də işlədir. Həmin şəxsə bunun qanuna zidd olduğu izah edilib. Amma təəsüf ki, o, buna baxmayaraq ictimaiyyətə səhv məlumat verib. Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan bu cür məlumat yaymaq görülən işlərin obyektiv qiymətləndirilməsinə mənfi təsir göstərir, cəmiyyətdə yanlış fikir formalaşdırır".

Ölkə.az Mirsədi Məhərrəmli ilə imzalanan müqaviləni də əldə edib. Müqavilə 2026-ci il iyulun 21-də onunla "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin İcraçı direktoru Telman Kərimli arasında bağlanılıb.
Sənədə əsasən, M.Məhərrəmliyə Ağdərə rayonu, Vəngli kəndində yerləşən, tikinti altı sahəsi 95.7 kv.m, faydalı sahəsi 67.3 kv.m olan qeyri-yaşayış binası verilib. O, həmin əmlakı qəbul edib və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin etməyi üzərinə öhdəlik kimi götürüb.

Apardığımız araşdırma zamanı o da məlum oldu ki, hər iki obyekt hazırda işləyir.

Fəaliyyətinə qanuni formada icazə verilən və hazırda işləyən avtoyuma məntəqəsi və kafenin fotoları

"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVABYolun kənarında yerləşən və Mirsədi Məhərrəmlinin söküldüyünü iddia etdiyi obyekt isə onun qanunsuz olaraq açdığı məkandır.

Həmin məkanın fotoları

"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 930   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

06.11.2026 292
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

06.11.2026 220
.