Laçın aparılan quruculuq işləri sayəsində gözəl məkana çevrilir

Laçın aparılan quruculuq işləri sayəsində gözəl məkana çevrilir2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın Müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər.
Həmin il dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, lakin bağlanan üçtərəfli müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri və Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Nəhayət ki, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə başlandı.
Azad ediləndən sonra Laçında çox böyük işlər həyata keçirilib. İndi Laçın böyük bir tikinti meydançasını xatırladır. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
2025-ci il may ayında 11,2 ha ərazidə "Laçın" İstirahət Kompleksi istifadəyə verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Həmçinin ötən il mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin rəhbərlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Nəhayət 2025-ci il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq "Ağbulaq-1", 14,25 meqavatlıq "Ağbulaq-2" və 4 meqavatlıq "Şeylanlı" su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib və "Həkəriçay" su anbarının təməlini qoyub.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr döğma yurdlarına qayıdıblar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Qazanılan zəfərdən keçən qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. 2023-cü il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak ediblər.
2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən "Laçın" sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Prezident İlham Əliyev 2023-cü il avqustun 26-da "Laçın Şəhəri Günü" bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: "23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq".
Prezident İlham Əliyevin son altı ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri, Laçın Şəhəri Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirakı az bir müddətində görülmüş möcüzəvi işləri nəinki Laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi. Dövlət başçısının qeyd etdiyi kimi, "Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik". Çıxışı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır".
Azərbaycan xalqı necə ki, 44 günlük İkinci Qarabağ - Vətən müharibəsində əzmkarlıqla öz torpaqlarını qorudu və işğaldan azad etdi, bundan sonra da Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, öz torpaqlarının cənnətə çevrilməsi istiqamətində aparılan işləri dayandırmayacaq. Bu, bir tərəfdən Azərbaycan xalqının birliyini ifadə edən yanaşmadır, digər bir tərəfdən isə bu gün dünyada baş verən siyasi katoklizmlərin, mövcud olan münaqişələrin həlli istiqamətində ölkəmizin sülhməramlı qüvvə olaraq çıxış etməsinin, bölgədə sülhün təmin olunması üçün təkbaşına bütün işləri gördüyünün əyani sübutudur.
Bu gün istər işğaldan azad olunmuş torpaqlarımıhda, istərsə də regionlarımızda görülən işlər, İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. "Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz", -deyən Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri bir daha göstərir ki, işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 124   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya ballistik raketləri Ukraynanın Kiyev şəhərində ən azı beş nəfərin ölümünə və yanğınlara səbəb olub

Ukrayna rəsmiləri cümə axşamı səhər saatlarında bildirib ki, Kiyevdə Rusiya ballistik raketlərinin atılması nəticəsində ən azı beş nəfər həlak olub, iyirmidən çox insan yaralanıb, binalara ziyan dəyib və Ukrayna paytaxtının bəzi hissələrini elektriksiz qoyub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki

09:01 143
.

İsrael Katz Türkiyə prezidenti Ərdoğanı Suriyadakı "təhlükəli macəralar" barədə xəbərdar etdi

İsrailin Müdafiə naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Suriyada türk qüvvələrinin yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edərək, İsrailin özünü müdafiə etməyə hazır olduğunu bildirib. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, Katz X-də yazıb ki, "Ərdoğan Türkiyəni Suriyad

10:03 119
.

"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB

İşğaldan azad olunmuş Ağdərə rayonunun Vəngli kəndinə qayıdan keçmiş məcburi köçkün Mirsədi Məhərrəmli sosial şəbəkədə video paylaşıb. Ölkə.az xəbər verir ki, o, işlə təmin edilmədiyini, sosial vəziyyətinin çətin olduğunu bildirib. "Bir il əvvəl bura qayıtmışıq. Amma Xankəndi şəhərində, Ağdərə v

19.08.2026 341
.

"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

Əməkdar artist Gövhər Həsənzadə qızı Nilgünlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, bəstəkar övladı ilə arxiv fotolarını yayımlayaraq onu ad günü münasibəti ilə təbrik edib:. "Tanrının mənə verdiyi ən böyük dəyər və mükafat sənsən! Həyatda tutunacağım yeganə ümidim, mənə sonsuzadək güvəni

11:34 93
.

Bakıda 52 yaşlı qadın evdən 10 minlik qızıl OĞURLADI

Bakının Yasamal rayonunda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. DİN mətbuat xidmətindən -a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlu

19.08.2026 237
.

İran ABŞ-ı "iqtisadi terrorizmdə" ittiham etdi

ABŞ Prezidenti Donald Trampın İrana qarşı elan etdiyi "sarsıdıcı" iqtisadi əməliyyat Ağ Evin diqqəti ABŞ daxilindəki böhrandan yayındırmaq cəhdi kimi qiymətləndirilib. xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi X sosial media platformasında yazıb. Nazir bildirib ki, "İqtisad

10:53 105
.

Qazaxıstan Gürcüstan üzərindən neft ixracını 5 dəfə artırıb

Bu ilin avqust ayında Qazaxıstanın "Tengizchevroil" şirkəti Gürcüstan ərazisindən tranzit yolu ilə 100 min ton neft ixrac edir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Nəqliyyat Dəhlizi Tədqiqat Mərkəzinin məlumatına görə, neft "Gürcüstan Dəmir Yolları" SC və "Batum

19.08.2026 200
.

İrandan ABŞ-a yeni xəbərdarlıq: Avropadakı bazalar hədəfə çevrilə bilər

İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın münaqişəni daha da qızışdırmaq qərarına gələcəyi təqdirdə, Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək ehtimalını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatın

10:42 100
.

Torpaq alarkən bunu mütləq bilin: Kateqoriya və təyinat eyni deyil

"Torpaqların kateqoriyaları ilə bağlı əsas hüquqi tənzimləmə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində öz əksini tapıb". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, Torpaq Məcəlləsinin müddəalarına əsasən, torpaqlar məqsədli təyinatın

11:31 89
.