Çiy ətdən hazır qidaya: Zəhərlənmə riskini artıran amillər
"Ət məhsulları düzgün saxlanılmadıqda, hazırlanmadıqda və bişirilmədikdə qida zəhərlənməsinin ciddi mənbəyinə çevrilə bilər. Xüsusilə isti havalarda ətin temperatur rejiminin pozulması bakteriyaların sürətlə çoxalmasına şərait yaradır".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib.
O, qeyd edib ki, ət məhsullarının zəhərlənməyə səbəb olmasının əsas amillərindən biri onların Salmonella, E. coli, Campylobacter və digər patogen mikroorqanizmlərlə çirklənməsidir. Bu çirklənmə heyvanın kəsilməsi və emalı zamanı, eləcə də daşınma və satış prosesində baş verə bilər. Çiy ətin hazır qidalarla təmas etməsi isə çarpaz çirklənməyə səbəb olaraq zəhərlənmə riskini artırır:
"Digər mühüm amil soyuq zəncirin pozulmasıdır. Ət uzun müddət otaq temperaturunda, günəş altında və ya temperaturu kifayət qədər aşağı olmayan soyuducuda saxlanıldıqda mikroorqanizmlər sürətlə çoxala bilər. Dondurulmuş ətin də dəfələrlə əridilib yenidən dondurulması təhlükə yaradır.
Ətin kifayət qədər bişirilməməsi də ciddi risklərdən biridir. Xüsusilə qiymə ət, kabab, kotlet və içərisi tam bişməyən digər məhsullarda patogen mikroorqanizmlər məhv olmaya bilər. Bişmiş ətin uzun müddət isti şəraitdə saxlanılması da bakteriyaların çoxalmasına səbəb ola bilər.
İstehlakçı ət alarkən məhsulun qoxusuna, rənginə, qablaşdırılmasına, son istifadə tarixinə və saxlanma temperaturuna diqqət yetirməlidir. Lakin yalnız görünüşə və qoxuya əsaslanmaq kifayət deyil. Çünki bəzi təhlükəli bakteriyalar məhsulun görünüşünü və qoxusunu ciddi şəkildə dəyişdirmədən də mövcud ola bilər.
Kütləvi zəhərlənmə hadisəsi baş verdikdə isə səbəbi yalnız ət məhsullarının istehlakı ilə əlaqələndirmək düzgün deyil. Hadisənin dəqiq səbəbi laborator müayinələr və epidemioloji araşdırmalar nəticəsində müəyyən edilməlidir. Zəhərlənmənin ət məhsulları ilə əlaqəli olduğu təsdiqlənərsə, çirklənmənin hansı mərhələdə baş verdiyi də araşdırılmalıdır.
Ət məhsullarının düzgün saxlanılması, gigiyena qaydalarına əməl edilməsi və kifayət qədər bişirilməsi qida zəhərlənməsi riskinin əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər.
Sağlam qidalanın, sağlam yaşayın!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 797 Tarix: 20 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı
Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları
06.11.2026 213 39 yaşlı kişinin meyiti bağda tapıldı
Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır
06.11.2026 155 "AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar
8 Noyabr - Zəfər Günü münasibətilə "AzerGold" QSC tərəfindən şəhid ailələrinin üzvlərinin iştirakı ilə Vətən müharibəsində qazanılmış tarixi qələbənin qeyd olunmasına və qəhrəmanlarımızın əziz xatirəsinin yad edilməsinə xidmət edən silsilə tədbirlər keçirilib. xəbər verir ki, tədbirlər çərçivəsind
06.11.2026 120 Timsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ
Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy
06.11.2026 259 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
06.11.2026 293 Parlament Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyəcək
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasını
06.11.2026 167 İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
06.11.2026 382 Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA
"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər
06.11.2026 241 Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?
Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin
06.11.2026 217