Metro xətləri ayrıldı - Bu ərazilərdə kirayə evlərin qiyməti bahalaşacaq
Metro xətlərinin ayrılması ilə birlikdə həmin ərazilərə sərnişin daşıyan ekspres avtobuslar fəaliyyətə başladı. Bəs görəsən, bu amil kirayə bazarındakı qiymətlərə də təsir edəcəkmi? Metronun əlçatan olduğu yerlərdə qiymətlərin artıb, digər ərazilərdə azalması ehtimal edilirmi? Kirayə mənzil bazarındakı qiymətlərdə durğunluq olacaq?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, kirayə evlərin qiyməti daha da artacaq:
"Metro xətlərinin ayrılması kirayə bazarına təsirsiz ötüşməyəcək. Beləlikdə, kirayə bazarının coğrafiyasında müəyyən qədər dəyişikliklər baş verəcək. Lakin bu, bütün kirayə bazarını əhatə etmir. Bəzi müştərilər metro xətlərinin ayrılmasının müvəqqəti olduğunu nəzərə alaraq əvvəlki qərarlarını dəyişməyəcəklər. Digərləri isə bu prosesin uzun müddət nəqliyyat imkanlarını məhdudlaşdıracağını nəzərə alaraq yaşadıqları evləri dəyişmək qərarına gələ bilərlər. Bu da həmin ərazilərdə qiymətlərin müəyyən qədər azalmasına və ya sabitləşməsinə gətirib çıxara bilər. Bu prosesin bütün kirayə bazarına çox böyük təsir göstərəcəyini düşünmək sadəlövhlük olardı. Kirayə bazarında hər ay qiymətlər artır. Son dövrlər, xüsusilə avqust və sentyabr aylarında daşınmaz əmlak bazarında kirayə seqmentinə müraciətlərin sayı artır. Buna görə də bu istiqamətdə hər hansısa ucuzlaşmadan söhbət gedə bilməz. Sadəcə məsələnin məğzi ondan ibarətdir ki, indi kirayə yükü ərazilər üzrə yenidən bölüşdürüləcək.
Nəqliyyat əlçatanlığı uyğun olan ərazilərdə, eləcə də xətlərin ayrılmadığı digər metrostansiyalarının yaxınlığında qiymət artımı gözlənilir. Məsələn, "20 Yanvar", "Elmlər Akademiyası" və digər bu kimi ərazilərdə qiymətlərin artımı gözlənilir. Həmin ərazilər nəqliyyat əlçatanlığı baxımından daha məqsədəuyğun olduğuna görə, ora müraciətlərin sayında artım müşahidə olunur. Bu proses hələ bir müddət də davam edəcək. Bu da qiymət artımının həm tədris ili ərzində, həm də qarşıdakı dövrdə davam edəcəyini proqnozlaşdırmağa imkan verir.
Ümumiyyətlə, metro stansiyalarına və universitetlərə yaxın mənzillərə tələb yüksələcək, qiymət artımı daha güclü şəkildə baş verəcək. Metro ilə əlaqəsi zəif olan və nəqliyyat əlçatanlığı tam təmin edilməyən ərazilərdə isə qiymətlər sabit qala bilər. Həmin yerlərdə hər hansı ciddi ucuzlaşma gözlənilmir.
Metroya nəqliyyat baxımından alternativi olan, avtobus və piyada gedişi ilə digər metro xətlərinə çıxış imkanı yaradan ərazilərdə qiymətlərin daha da artacağı ehtimal edilir.
Ümumiyyətlə, kirayə evlərin qiymətinin azalmasından söhbət gedə bilməz, yalnız müəyyən qədər stabilləşmə ola bilər. Yəni bütün hallarda, istər kirayə bazarında, istərsə də alqı-satqı bazarında qarşıdakı dövrdə qiymət artımı qaçılmazdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 967 Tarix: 20 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı
Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları
06.11.2026 213 39 yaşlı kişinin meyiti bağda tapıldı
Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır
06.11.2026 155 "AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar
8 Noyabr - Zəfər Günü münasibətilə "AzerGold" QSC tərəfindən şəhid ailələrinin üzvlərinin iştirakı ilə Vətən müharibəsində qazanılmış tarixi qələbənin qeyd olunmasına və qəhrəmanlarımızın əziz xatirəsinin yad edilməsinə xidmət edən silsilə tədbirlər keçirilib. xəbər verir ki, tədbirlər çərçivəsind
06.11.2026 120 Timsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ
Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy
06.11.2026 259 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
06.11.2026 293 Parlament Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyəcək
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasını
06.11.2026 167 İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
06.11.2026 382 Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA
"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər
06.11.2026 241 Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?
Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin
06.11.2026 217