Müəllimlərin maaşı şagirdlərin nəticəsinə görə müəyyənləşəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Müəllimlərin əməkhaqqının şagirdlərin təlim nəticələri ilə əlaqələndirilməsi təklifi təhsil ictimaiyyətində yeni müzakirələrə səbəb olub. Təklifə əsasən, müəllimin maaşının müəyyən hissəsinin şagirdlərin akademik göstəricilərindən asılı olması nəzərdən keçirilə bilər.
Dünyanın bəzi ölkələrində müəllimlərin fəaliyyətinin qiymətləndirilməsində şagird nailiyyətləri də nəzərə alınsa da, bu model bütün ölkələrdə eyni formada tətbiq edilmir. Azərbaycanda da belə bir sistemə keçidin təhsilin keyfiyyətinə, müəllimlərin motivasiyasına və regionlar üzrə təhsil fərqlərinə necə təsir edəcəyi sual doğurur.
Mövzu ilə bağlı təhsil eksperti Səbuhi Rzayev BiG.AZ-a açıqlamasında bildirdi ki, müəllimlərin əməkhaqqının şagirdlərin nəticələrinə görə müəyyənləşdirilməsi müəyyən mənada müəllimləri daha yaxşı nəticə göstərməyə stimullaşdıra bilər. Onun sözlərinə görə, lakin mən hesab edirəm ki, müəllimin maaşını yalnız şagirdin nəticəsi ilə bağlamaq düzgün yanaşma olmaz: "Çünki şagirdin nəticəsinə təkcə müəllim təsir etmir. Şagirdin ilkin bilik səviyyəsi, ailə mühiti, sosial vəziyyəti, məktəbin imkanları və digər amillər də burada mühüm rol oynayır. Ona görə də əgər belə bir sistem tətbiq ediləcəksə, müəllimin baza maaşı sabit qalmalı, şagirdlərin nəticələri isə əlavə mükafatlandırma mexanizmi kimi nəzərə alınmalıdır.
Məsələn, şagirdlərin bilik səviyyəsində ciddi irəliləyişə nail olan, olimpiadalarda, müsabiqələrdə və qəbul imtahanlarında yüksək nəticələr göstərən müəllimlərə əlavə bonuslar verilə bilər. Beləliklə, həm müəllim əməyinin stimullaşdırılması, həm də ədalətli qiymətləndirmə təmin olunar".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 115 Tarix: 21 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya başladığı müharibəni uduzur
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə məğlub olduğunu bildirib. xəbər verir ki, fon der Leyen bu barədə açıqlamasında deyib. "Rusiya özünün başladığı müharibəni uduzur. Buna cavab olaraq isə dinc əhaliyə və mülki infrastruktura zərbələ
20.08.2026 285 Şimali Koreya ABŞ və Cənubi Koreyaya meydan oxudu: 10 ballistik raket buraxıldı
The Guardian yazır ki, Şimali Koreya dənizə doğru təxminən 10 qısamənzilli ballistik raket buraxıb. Raket sınağı ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasının azaldılmasından bir gün sonra baş verib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Cənubi Koreya ordusunun məlumatına görə
20.08.2026 260 İlham Əliyev: Güclü liderlik və diplomatik iradə Azərbaycanın beynəlxalq mövqeyinin əsas dayaqlarından biri
Müasir Azərbaycanın siyasi tarixində Prezident İlham Əliyevin rəhbərliyi ölkənin dövlətçilik inkişafı, milli maraqların qorunması və beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm mərhələ təşkil edir. Onun liderlik fəaliyyətinin əsas xüsusiyyətlərindən biri daxili siyasətd
11:48 87 Kirayə müqaviləsi bağlamaq niyə vacibdir? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Son illər kirayə münasibətlərində yazılı müqavilənin əhəmiyyəti daha çox müzakirə olunur. Ev sahibi ilə kirayəçi arasında şifahi razılaşma tərəflər üçün müəyyən risklər yarada bilər. Yazılı kirayə müqaviləsi isə aylıq ödənişin məbləği, müqavilənin müddəti, tərəflərin öhdəlikləri, kommunal xərclər v
11:18 96 Uşaqların sağlam və savadlı böyüməsi - gələcəyimizə qoyulan ən böyük sərmayə
Uşaqlar hər bir cəmiyyətin gələcəyi, ölkənin ən qiymətli sərvətidir. Onların sağlam, savadlı, dünyagörüşlü və vətənpərvər böyüməsi yalnız ailənin deyil, bütün cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdən biridir. Bu gün uşaqlara göstərilən diqqət və qayğı sabah ölkənin inkişafında özünü göstərə
11:45 87 ABŞ Ermənistandan İrana qarşı istifadə edə bilər - Politoloq
ABŞ İrana iqtisadi təzyiq göstərə və Ermənistanın hazırkı rəhbərliyini İslam Respublikası ilə münasibətləri kəsməyə məcbur edə bilər. xəbər verir ki, bu barədə İran üzrə ixtisaslaşmış politoloq, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO RAS) kiçi
11:07 102 İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda məişət zəminində zəhərlənmə hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qeyd olunub ki, hadisə ilə bağlı AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. İlkin araşdırm
12:14 39 Kəlbəcərə dolu düşüb
Avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöld
11:59 66 Hollivud ulduzu: "Sevgilimi ölümündən dörd il əvvəl itirmişdim"
Amerikalı aktrisa Sandra Bullok uzun müddət həyat yoldaşı kimi birlikdə yaşadığı fotoqraf Brayan Rendallın ağır xəstəliyi və ölümündən sonra keçirdiyi sarsıntıdan danışıb. xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı aktrisa "SmartLess" podkastında Rendallın üç il ərzində amiotrofik latera
20.08.2026 258