"Bu, güc nümayişindən çox strateji çətinliklərin göstəricisidir" - Ekspert

"Bu, güc nümayişindən çox strateji çətinliklərin göstəricisidir" - EkspertRusiyanın Böyük Britaniyanı müharibə ilə hədələməsi Moskvanın Ukrayna cəbhəsində qarşılaşdığı mürəkkəb vəziyyətin göstəricisi ola bilər.

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, dörd ildən artıqdır Ukraynada istədiyi nəticəni əldə edə bilməyən Rusiya hazırda təzyiq dairəsini genişləndirməyə çalışır:

"Məncə, Moskvanın əsas məqsədi Böyük Britaniya ilə real müharibəyə başlamaqdan daha çox, Londonu və bütövlükdə Qərbi qorxutmaq, Ukraynaya hərbi dəstəyi azaltmağa məcbur etməkdir. Çünki Böyük Britaniya Ukraynanın əsas siyasi və hərbi dəstəkçilərindən biridir və bu, Rusiyanı ciddi şəkildə narahat edir".
"Bu, güc nümayişindən çox strateji çətinliklərin göstəricisidir" - EkspertBəhruz Quliyev qeyd edib ki, Böyük Britaniyaya birbaşa hücum Rusiyanın NATO ilə qarşı-qarşıya gəlməsi demək olardı:

"Bu isə Moskva üçün çox ağır nəticələr yarada bilər. Ona görə də hazırkı hədələri daha çox siyasi-psixoloji təzyiq və Qərbə verilən mesaj kimi qiymətləndirirəm. Rusiya demək istəyir ki, "Ukraynaya dəstəyin bir həddi var". Lakin Qərbin cavabı da kifayət qədər aydındır: təhdidlərlə geri çəkilmək niyyətində deyillər".

Ekspertin sözlərinə görə, Rusiyanın əsas problemi Ukraynada müharibəni qısa müddətdə başa çatdırmaq və qarşıya qoyduğu məqsədlərə nail ola bilməməsidir:

"İndi isə Moskva getdikcə daha sərt ritorikaya əl atır. Bu isə güc nümayişindən çox, Rusiyanın qarşılaşdığı strateji çətinliklərin göstəricisidir".

B.Quliyev vurğulayıb ki, ən təhlükəli məqam sərt ritorikanın yanlış hesablamaya və real hərbi insidentə gətirib çıxara bilməsidir:

"Bu baxımdan həm Moskvanın, həm də Londonun məsuliyyətli davranması vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 788   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

06.11.2026 213
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 155
.

"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar

8 Noyabr - Zəfər Günü münasibətilə "AzerGold" QSC tərəfindən şəhid ailələrinin üzvlərinin iştirakı ilə Vətən müharibəsində qazanılmış tarixi qələbənin qeyd olunmasına və qəhrəmanlarımızın əziz xatirəsinin yad edilməsinə xidmət edən silsilə tədbirlər keçirilib. xəbər verir ki, tədbirlər çərçivəsind

06.11.2026 120
.

Timsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ

Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy

06.11.2026 259
.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

06.11.2026 293
.

Parlament Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyəcək

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasını

06.11.2026 167
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

06.11.2026 382
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

06.11.2026 241
.

Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?

Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin

06.11.2026 217
.