Xəzər quruyur? - Su yenidən qalxsa, bunlar baş verəcək

Xəzər quruyur? - Su yenidən qalxsa, bunlar baş verəcəkSon illər Xəzər dənizinin sahildən nəzərəçarpacaq dərəcədə geri çəkilməsi ciddi narahatlıq doğurur. Bakının bəzi ərazilərində suyun əvvəlki xəttindən xeyli uzaqlaşması bir əsas sual formalaşdırır: Xəzər niyə çəkilir və gələcəkdə bizi hansı ssenari gözləyir?

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev Lent.az-a açıqlamasında bildirib ki, dəniz suyunun yalnız bir istiqamətdə azalması mümkün deyil:

"Xəzər dənizi yalnız bir istiqamətdə geri çəkilmir. Xəzərin suyu ümumilikdə azalır və dənizin bütün sahillərində geri çəkilmə müşahidə olunur. Tutaq ki, Xəzərin səviyyəsi Azərbaycan tərəfdən bir metr aşağı düşürsə, İran tərəfdə heç dəyişməməsi mümkün deyil. Su mayedir və həmişə eyni müstəvini yaradır.

Geri çəkilmənin sahildə necə görünməsi dənizin dib relyefindən asılıdır. Dib dayazdırsa, suyun azacıq enməsi belə, sahilin xeyli geri çəkildiyi təəssüratını yaradır. Dib dərindirsə, səviyyənin enməsi sahildə o qədər də nəzərə çarpmır. Yəni Xəzərin geri çəkilməsi nisbi anlayışdır və bunun görünüşü birbaşa dib relyefi ilə bağlıdır.

Yer kürə şəklində olduğu üçün Şimal hissədə Xəzər dənizi dayazdır. Bəzi ərazilərdə dərinlik 2, 5 və ya 10 metrə çatır. Cənubda, İran istiqamətində isə dərinlik min metrdən artıqdır. Buna görə də suyun səviyyəsinin azalması şimal hissədə daha aydın və sürətli geri çəkilmə kimi görünür. Dərin ərazilərdə isə bu proses o qədər hiss olunmur.

Bəzən Bakının yerləşdiyi istiqamətdə suyun daha çox azalması barədə danışılır. Ancaq dəniz suyunun yalnız bir istiqamətdə azalması mümkün deyil. Su dənizdə bərabər paylanır. Yer kürə formasında olduğuna və Xəzər dənizi şimaldan cənuba doğru uzandığına görə onun ayrı-ayrı hissələrinin coğrafi xüsusiyyətləri fərqlənir.

Xəzər dənizinin cənub hissəsi, İran sahilləri istiqamətində olan ərazi daha dərindir. Buna görə də burada böyük həcmdə su toplanır. Ekvatora doğru yaxınlaşdıqca coğrafi və relyef şəraiti də dəyişir. Bu, məsələnin bir tərəfidir.

Xəzərin geri çəkilməsinin səbəblərindən danışarkən bəziləri tektonik prosesləri əsas gətirir. Mən bununla tam razılaşmıram. Xəzər dənizinin altında onu gah endirən, gah da qaldıran hansısa yay yoxdur. Əksinə, Qafqaz dağları və ətraf ərazilər tektonik proseslərin təsiri ilə ildə bir neçə millimetr qalxır. Bu dəyişiklik yüz və min illərlə hesablandıqda böyük rəqəmə çevrilir. Lakin indiki mərhələdə Xəzərin səviyyəsinin azalmasında tektonikanın həlledici rol oynadığını söyləmək düzgün olmaz.

Xəzərin suyu azaldıqca, təbii olaraq, onun tərkibindəki duzların və digər maddələrin konsentrasiyası arta bilər. Lakin bu da mütləq deyil.

Xəzər ətrafındakı zavod və fabriklər fəaliyyətini dayandırsa, yaxud dənizə axıdılan çirkli suların həcmi azalsa, suyun çirklənməsi və bəzi maddələrin konsentrasiyası artmaya da bilər. Hətta azala bilər. Bununla belə, suyun həcminin azalması ümumi konsentrasiyaya müəyyən təsir göstərir.

Xəzər dənizinin hazırkı geri çəkilməsi və suyunun azalması onun səviyyə tərəddüdü adlanan təbii xüsusiyyətidir. Bu proses Xəzər yarandığı vaxtdan mövcuddur. Elə dövrlər olub ki, Xəzərin səviyyəsi indikindən xeyli yüksək olub. Dənizin suları şimala doğru çox geniş əraziləri əhatə edib. Vaxt olub ki, Xəzər dənizi Moskvanın altına, Xvalın tirələrinə çatıb. Həmin dövr geologiyada Xvalın dövrü adlandırılır".

Ekoloq qeyd edib ki, keçmişdə Xəzər dənizinin səviyyəsi həddindən artıq yüksəlib:

"Müəyyən dövrlərdə onun Aralıq dənizi və Dünya okeanı hövzəsi ilə əlaqəsinin olması barədə də elmi fikirlər mövcuddur. Bugünkü Xəzər isə həmin qədim Xəzərlə müqayisədə daha kiçikdir.

Hazırda Xəzər dənizi dəniz səviyyəsindən təxminən 28 metr aşağıdır. Xəzər 36 metr qalxsa, o, Kuma-Manıç çökəkliyi vasitəsilə başqa dəniz hövzələri ilə əlaqə yarana bilər.

Xəzərin səviyyəsində belə dəyişikliklər əvvəllər də baş verib. 1970-ci illərdə də dənizin səviyyəsi xeyli aşağı düşmüşdü. Sonralar Xəzərə tökülən çaylar və digər su mənbələri ilə bağlı müxtəlif layihələr həyata keçirildi. Eyni zamanda, Xəzərin şərqində yerləşən Qaraboğazgöl körfəzinə su axınının qarşısı alındı. Bundan sonra dənizin səviyyəsi sürətlə qalxmağa başladı.

Səviyyənin yüksəlməsi nəticəsində sahilyanı ərazilərdə ciddi problemlər yarandı. İnfrastrukturun bir hissəsi su altında qaldı və ya yararsız vəziyyətə düşdü. Lənkəran istiqamətində dəmir yolunun altına qədər dəniz suyunun çatdığı, relslərin isə suyun üzərində qaldığı hallar müşahidə edilmişdi. Bunların hamısı Xəzərin səviyyəsinin qalxdığı dövrdə baş vermişdi.

Xəzərin səviyyəsinin qalxıb-enməsi təbii prosesdir. Xəzərin yaşı iki yüz milyondur. Bütün bu müddət ərzində onun səviyyəsi dəfələrlə dəyişib. Yağıntılı dövr başlasa, Bakıya və Xəzər hövzəsinin digər ərazilərinə əvvəlki illərdə olduğu kimi bol qar və yağış yağsa, çayların sululuğu artsa, dənizin səviyyəsi yenidən yüksələ bilər.

Xəzərin su topladığı hövzənin sahəsi təxminən dörd milyon kvadratkilometrdir. Bu böyük ərazidə yağıntıların artması, çayların su ilə yaxşı təmin olunması və Xəzərə daha çox su gətirməsi dənizin səviyyəsinin yenidən qalxmasına səbəb ola bilər. Belə bir yüksəlmə baş verərsə, bu dəfə də sahilyanı infrastruktura müəyyən ziyan dəyə bilər".

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı ilin ilk 7 ayı ərzində respublika ərazisində 25 çimərlikdən, 168 axardan və 66 limandan ümumilikdə 569 nümunə götürülərək 18632 analiz aparılıb:

"Xəzər dənizinin ekoloji vəziyyətinə diqqətin artırılması, onun unikal ekosisteminin və zəngin su bioresurslarının qorunmasının vacibliyinin bir daha vurğulanması baxımından mühüm tarixdir.

Xəzərin qorunması yalnız bu sahəyə cavabdeh dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən mühüm vəzifədir. Biz də öz fəaliyyətimiz çərçivəsində Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində monitorinq və nəzarət tədbirlərini həyata keçirir, su obyektlərinin çirklənməsinin qarşısının alınması və ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görürük.

Belə ki, Xəzər dənizinin sahilboyu zolağında suyun vəziyyətinin öyrənilməsi və çirklənmə hallarının müəyyən edilməsi məqsədilə mütəmadi olaraq monitorinq və nəzarət tədbirləri həyata keçirilir. 2026-cı ilin ilk 7 ayı ərzində respublika ərazisində 25 çimərlikdən, 168 axardan və 66 limandan ümumilikdə 569 nümunə götürülərək 18632 analiz aparılıb. Su obyektlərinin vəziyyətinin daim nəzarətdə saxlanılması məqsədilə bu monitorinq tədbirləri il ərzində mütəmadi olaraq davam etdirilir.

Eyni zamanda, nəzarət tədbirləri zamanı su qanunvericiliyinin tələblərinin pozulması hallarına da xüsusi diqqət yetirilir. Tullantı sularının lazımi təmizləyici qurğular olmadan su obyektlərinə axıdılması, su obyektlərinin qanunsuz zəbt edilməsi və digər bu kimi hallar aşkarlandıqda, dərhal qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Pozuntunun xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq, təqsirkar şəxslər barəsində İnzibati Xətalar Məcəlləsi və ya Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən tədbirlər görülür. Belə ki, 40 dan çox subyekt barəsində İXM-nin müvafiq maddələrinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib olunmuş və yol verilmiş nöqsanlar aradan qaldırılıb.

Dəniz ətraf mühitini quruda olan mənbələrdən çirkləndirməklə insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama qaydalarını pozmaqla dəniz ətraf mühitini çirkləndirməklə balıq və digər su bioresurslarına əhəmiyyətli zərərin vurulması ilə nəticələnən hallar olduqda isə bu hərəkətlərə yol vermiş şəxslər barəsində toplanılmış materiallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən tədbirlər görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.

Xəzər dənizinin ekoloji təhlükəsizliyinin və su bioresurslarının qorunması bizim üçün əsas prioritetlərdəndir. Bu məqsədlə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 18 dekabr tarixli 554 nömrəli Fərmanı, və Nazirlər Kabinetinin müvafiq qərarları təsdiq edilib.

Bu baxımdan, Xəzər dənizinin suyundan balıqçılıq, sənaye və qanunvericilikdə nəzərdə tutulan digər məqsədlər üçün istifadə ilə bağlı daxil olan müraciətlərə qanuna müvafiq qaydada araşdırılıb və Xəzər dənizinin ekosisteminə, su bioresurslarına və hidroloji rejiminə yarana biləcək təsirlər qiymətləndirilərək tələblərə cavab verən subyektlərə müvafiq icazələr verilib. İcazələrin verilməsi Xəzər dənizindən götürülən suyun və təmizlənərək axıdılan tullantı sularının uçotunun düzgün aparılmasına mühüm töhfə verəcəkdir".

Qurumdan bildirilib ki, ADSEA yanında SİMDNX tərəfindən su obyektlərinin çirklənmədən qorunması, su ehtiyatlarından səmərəli istifadə və ətraf mühitin mühafizəsi ilə bağlı əhalinin və sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici videoçarxlar hazırlanır:

"Bu videoçarxlar qurumun rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında yayımlanaraq daha geniş auditoriyanın diqqətinə çatdırılır. Hazırlanan videoçarxların əsas məqsədi cəmiyyətdə su ehtiyatlarının qorunmasına diqqətin gücləndirilməsi və ətraf mühitə qarşı daha məsuliyyətli münasibətin formalaşdırılmasıdır.

Sonda ictimaiyyətə müraciət edərək bildirmək istərdik ki, Xəzəri qorumaq hər birimizin borcudur. Gəlin, bu misilsiz sərvəti birlikdə qoruyaq və gələcək nəsillərə təmiz Xəzər miras qoyaq".

Yazı Medianın İnkişafı Agentliyinin "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 906   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

22:30 80
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 240
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 239
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 262
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 276
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 234
.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

15:36 284
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 253
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 248
.