Bakı-Daşkənd əməkdaşlığı: Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən xətt

Bakı-Daşkənd əməkdaşlığı: Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən xəttGeosiyasi konfiqurasiyanı təhlil etdikdə, əminliklə demək mümkündür ki, Azərbaycan və Özbəkistan arasında formalaşmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri bu gün Avrasiya coğrafiyasında geosiyasi sabitliyin, iqtisadi inteqrasiyanın və regional təhlükəsizlik arxitekturasının ən mühüm dayaqlarından birinə çevrilmişdir. İki qardaş dövlət arasındakı əlaqələr əsrlərdən bəri davam edən köklü tarixi, mədəni və mənəvi bağlara söykənməklə yanaşı, hazırda tamamilə yeni keyfiyyət mərhələsini yaşayır. Bu yüksək dinamikanın və strateji yüksəlişin arxasında isə, heç şübhəsiz ki, birinci növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, uzaqgörən xarici siyasət kursu və qətiyyətli liderliyi dayanır. Dövlət başçısının Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə qurduğu dərin etimada və səmimi dostluğa əsaslanan şəxsi münasibətləri dövlətlərarası diplomatiyaya mühüm hərəkətverici amil kimi çıxış edir və xüsusən Azərbaycan Liderinin strateji baxışı sayəsində iki ölkə arasında əlaqələr, sadəcə, ikitərəfli bəyanatlarla məhdudlaşmır, ardıcıl siyasi dialoq və konkret institusional mexanizmlərlə möhkəmləndirilir. Aydındır ki, Bakı və Daşkənd arasında münasibətlərin hüquqi-siyasi bünövrəsi beynəlxalq hüququn təməl prinsiplərinə - suverenlik, ərazi bütövlüyü, müstəqillik və bir-birinin milli maraqlarına hörmət prinsiplərinə əsaslanır. "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki suveren dövlət arasında təbii müttəfiqliyi rəsmiləşdirərək strateji tərəfdaşlığın hüquqi pasportunu formalaşdırmışdır. Bununla yanaşı, Ali Dövlətlərarası Şuranın fəaliyyəti ikitərəfli gündəliyin ən mühüm prioritetlərini müəyyən edən səmərəli idarəetmə platforması kimi çıxış edir. Bakı-Daşkənd, Şuşa-Xivə, Biləsuvar-Termez kimi şəhərlər arasında qurulmuş qardaşlaşma münasibətləri isə hüquqi və sosial-mədəni inteqrasiyanı cəmiyyət səviyyəsinə endirir. Geoiqtisadi müstəvidə isə Azərbaycan-Özbəkistan tərəfdaşlığı regional ticarət və logistika xəritəsini yenidən şəkilləndirir. Ticarət dövriyyəsinin sürətli artımı, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin layihələri, sənaye kooperasiyaları və energetika sahəsində birgə təşəbbüslər isə iqtisadiyyatların bir-birini tamamlamasının bariz göstəricisidir. Xüsusilə Azərbaycan Prezidentinin fəal təşəbbüsü ilə Cənubi Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat-logistika imkanlarının sinerjisi təmin edilir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə inteqrasiyası və Xəzər dənizinin dibi ilə "yaşıl enerji"nin nəqli layihələri hər iki ölkəni qlobal ticarət marşrutlarının mərkəzi qovşağına çevirir. Çoxtərəfli diplomatiya sahəsində də Bakı və Daşkənd vahid mövqedən çıxış edirlər. Türk Dövlətləri Təşkilatı, BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək Türk dünyasının beynəlxalq aləmdəki nüfuzunu artırır. Prezident İlham Əliyevin diplomatik səyləri sayəsində Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulması və "C5" formatının faktiki olaraq "C6" formatına çevrilməsi regionlararası inteqrasiyada tarixi dönüş nöqtəsidir. Yəni proseslərin gedişi fonunda əminlik ifadə etmək mümkündür ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi, sadəcə, iki ölkənin uğur hekayəsi deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının dənizə çıxışı olan və olmayan coğrafiyalarını bir-birinə bağlayan, Avrasiya məkanında sülhə, sabitliyə və tərəqqiyə xidmət edən strateji xəttin təntənəsidir.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 834   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

22:30 80
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 240
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 239
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 262
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 276
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 234
.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

15:36 284
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 253
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 248
.