Sentyabr yaxınlaşdıqca kirayə bazarında canlanma: qiymətlər niyə yüksəlir?

Sentyabr yaxınlaşdıqca kirayə bazarında canlanma: qiymətlər niyə yüksəlir?"Kirayə bazarında xüsusilə avqustun ikinci yarısı və sentyabr ayı fərqli dövr hesab olunur. Bu müddətdə tələbələrin Bakıya qayıtması, yeni qəbul olunan tələbələrin şəhərə gəlməsi və valideynlərin eyni vaxtda mənzil axtarmağa başlaması bazara qısa müddət ərzində böyük həcmdə əlavə tələb daxil olmasına səbəb olur".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, mövcud bazar qiymətləndirmələrinə əsasən, tələbələr daha çox 500-700 manat civarında olan mənzillərə üstünlük verirlər. Metro stansiyalarına və universitetlərə yaxın ərazilərdə isə kirayə qiymətləri daha yüksək olur:

"Burada bazar psixologiyası da mühüm rol oynayır. Ev sahibi sentyabr ayının yaxınlaşdığını, mənzilə tələbatın artdığını və alternativ kirayəçi tapmağın asanlaşdığını görür. Bu isə ona qiyməti artırmaq üçün əlavə imkan yaradır.

Tələbə yataqxanalarının sayının artırılması, mövcud yataqxanaların yenilənməsi və universitetlərin ətrafında tələbələr üçün daha əlçatan yaşayış fondunun yaradılması kirayə bazarındakı təzyiqi əhəmiyyətli dərəcədə azalda bilər.

Bu məsələ yalnız tələbələrin mənzil problemi ilə məhdudlaşmır. Eyni zamanda şəhər planlaşdırılması və sosial mənzil siyasəti baxımından da mühüm əhəmiyyət daşıyır.

Hazırkı şəraitdə tələbələr üçün ən real çıxış yollarından biri mənzilin bir neçə nəfər tərəfindən paylaşılmasıdır. Digər variant isə metro stansiyalarına birbaşa yaxın ərazilərdən bir qədər uzaqda yerləşən mənzillərə üstünlük verməkdir.

Çünki tələbə üçün mənzil seçərkən yalnız kirayə haqqını deyil, həm də nəqliyyat xərclərini və yolda itirilən vaxtı nəzərə almaq lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 383   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş

Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağl

11.09.2026 252
.

Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, məhkəmə Elmira Əliyevanı 12 il müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, dövlət ittihamçıs

11.09.2026 355
.

"Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b

11.09.2026 233
.

58 ölkədən 150 diplomat Xankəndidə - Bu səfərin əsas məqsədi nədir?

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri regionda gedən proseslərin beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından diqqət çəkir. Sentyabrın 11-də başlayan iki günlük səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edə

11.09.2026 237
.

Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq

Qədim inanclara görə, evdə olan ən adi əşyalar belə maddi rifaha və pul bəxtinə təsir göstərə bilər. Pul kisəsində dəfnə yarpağı saxlamaq, qapının ağzındakı xalçanın altına qəpik qoymaq və ya pul kisəsini heç vaxt tam boş buraxmamaq bu cür inanclar sırasındadır. xarici mediaya istinadla xəbər verir ki

11.09.2026 249
.

Vuçiç sentyabrın sonunda istefa verəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 25-26-da vəzifəsindən istefa verməyi planlaşdırdığını bildirib. Onun istefasından sonra növbədənkənar prezident seçkisinin təyin olunması gözlənilir. xəbər verir ki, xarici mediada verilən məlumata əsasən, Vuçiç 2017-ci ilin mayından Serbiya Prezidenti vəzifəsin

11.09.2026 223
.

"Öz ərizənlə işdən çıx": İşçi məcbur edildiyini məhkəmədə necə sübut edə bilər? - VƏKİLDƏN AÇIQLAMA

İşçinin öz ərizəsi ilə işdən çıxması əmək müqaviləsinə xitamın qanunda nəzərdə tutulan əsaslarından biridir. Lakin işçi ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təzyiqi, hədəsi və ya məcburiyyəti nəticəsində yazıbsa, bu hal əmək hüquqlarının pozulması məsələsini gündəmə gətirə bilər. Əmək Məcəlləsini

11.09.2026 441
.

"Bürclərə bağlı qalmaq, bürclərə görə insan haqqında hökm vermək qətiyyən düzgün deyil" - AYTƏN SALAMİ

Bürclər və astroloji proqnozlar uzun illərdir insanların maraq dairəsindədir. Xüsusilə, ayın, planetlərin və digər səma cisimlərinin insan həyatına təsiri ilə bağlı proqnozlar sosial şəbəkələrdə geniş yayılır. Bəs bəzi insanlar niyə astroloji proqnozlara həddindən artıq bağlanırlar? Doğum xəritəsi insanı

11.09.2026 308
.

Aİ Ukraynaya 4,7 milyard avro ayıracaq

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi məqsədlər üçün yaxın həftələrdə daha 4,7 milyard avro vəsait ayıracaq. xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari Brüsseldə keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, 2026-cı il üçün Ukraynaya hərbi məqsədlər üçün ümumilikdə 28,

11.09.2026 220
.

ƏN ÇOX OXUNANLAR