Azərbaycanın ŞƏT-də iştirakı ölkəmizin siyasi və iqtisadi imkanlarını daha da genişləndirir

Azərbaycanın ŞƏT-də iştirakı ölkəmizin siyasi və iqtisadi imkanlarını daha da genişləndirirBu gün Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan, eyni zamanda beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qlobal proseslərin sülh və sabitlik şəraitində inkişafında, həmçinin regional və qlobal əhəmiyyətli iqtisadi layihələrin reallaşmasında mühüm ölkələrdən biri kimi ön sırada dayanır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi. Bu Zəfər regionda və Avrasiya məkanında yeni reallıqlar yaratdı və bu gün əksər ölkələr Cənubi Qafqazın gələcək inkişafının məhz bu reallıqlar fonunda mümkün olduğunu qəbul edir.
Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda sıravi və passiv mövqedə dayanmır, sülh və sabitliyin, iqtisadi inteqrasiya və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr verir.
Bu baxımdan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) yeri və rolu da xüsusi əhəmiyyət daşıyır. ŞƏT-də iştirak ölkəmizə Asiyanın mühüm siyasi və iqtisadi proseslərində daha fəal iştirak etməklə yanaşı, Asiya ilə Qərb arasında əlaqələrin dərinləşdirilməsində rolunu gücləndirmək imkanı yaradır. Azərbaycanın ŞƏT-də iştirakı ölkəmiz üçün ciddi iqtisadi dividendlər də vəd edir. Çin, Hindistan, Pakistan, Rusiya, İran və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi yeni ticarət, investisiya, logistika, sənaye və qeyri-neft sektoru imkanları yarada bilər. Azərbaycanın əsas üstünlüyü isə bu nəhəng iqtisadi məkanı Qərb bazarları ilə birləşdirən mühüm bağlantı ölkəsi olmasıdır.
Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın Avrasiyanın mühüm logistika mərkəzlərindən birinə çevrilməsi üçün ciddi imkanlar yaradır. Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşımaların Xəzər üzərindən Azərbaycan vasitəsilə həyata keçirilməsi ölkəmizin tranzit əhəmiyyətini daha da artırır. ŞƏT çərçivəsində enerji əməkdaşlığının genişləndirilməsi də Azərbaycan üçün mühüm perspektivlər vəd edir. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr Azərbaycanın enerji təhlükəsizliyi və enerji marşrutlarının şaxələndirilməsində rolunu təsdiqləyib. Zəngəzur dəhlizinin gələcəkdə istifadəyə verilməsi isə bu imkanları daha da genişləndirərək Azərbaycanın Şərq-Qərb nəqliyyat bağlantısındakı rolunu gücləndirə bilər. Bununla yanaşı, ŞƏT məkanından investisiyaların və yeni texnologiyaların cəlb edilməsi, Azərbaycan məhsullarının böyük bazarlara çıxış imkanlarının genişləndirilməsi də mühüm dividendlər sırasındadır.
Burada yalnız Azərbaycanın ŞƏT-dən nə qazanacağına deyil, Azərbaycanın ŞƏT-ə nə verə biləcəyinə də diqqət yetirmək lazımdır. Xəzər dənizi, Bakı Limanı, Orta Dəhliz, Şimal-Cənub marşrutu və enerji infrastrukturu ŞƏT ölkələrinin Avropa bazarlarına çıxışını genişləndirən strateji imkanlardır. Bu baxımdan Azərbaycan ŞƏT üçün sadəcə tərəfdaş deyil, Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayan ölkədir.

Nadir Azəri - "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri, siyasi şərhçi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 200
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 17 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur

10:31 187
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 515
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

14:54 90
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 187
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 191
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

10:09 196
.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 319
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 192
.