"Bişkek sammiti Azərbaycanın Avrasiyada geoiqtisadi rolunu gücləndirir" - İLYAS HÜSEYNOV
Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti regionda siyasi və iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. Azərbaycanın da diqqət mərkəzində olduğu sammit Bakı üçün ŞƏT ölkələri ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm platforma kimi qiymətləndirilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin,Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri İlyas Hüseynov mövzu ilə bağlı BiG.AZ-a açıqlama verib. TDAM rəhbəri eyni zamanda qeyd edib ki, ŞƏT artıq yalnız təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq platforması kimi qiymətləndirilə bilməz:
"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti Avrasiyanın dəyişən geoiqtisadi xəritəsi baxımından mühüm hadisədir. Təşkilatın 25 illik yubileyinə təsadüf edən Zirvə görüşü yalnız təhlükəsizlik və siyasi məsələlərin müzakirəsi ilə məhdudlaşmır. ŞƏT məkanında iqtisadi əlaqələrin, nəqliyyat-logistika dəhlizlərinin, enerji və rəqəmsal bağlantıların inkişafı üçün yeni imkanların formalaşması Azərbaycan və bütövlükdə Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır"
Politoloqun sözlərinə görə, ŞƏT-in 10 üzv ölkəsinin iqtisadi gücü 2025-ci ildə əhəmiyyətli səviyyəyə yüksəlib. Bu göstərici ŞƏT-i yalnız siyasi və təhlükəsizlik platforması deyil, həm də böyük iqtisadi potensiala malik beynəlxalq əməkdaşlıq məkanı kimi önə çıxarır:
"Azərbaycan üçün ŞƏT-in əhəmiyyəti ilk növbədə təşkilatın əhatə etdiyi geniş iqtisadi və coğrafi məkanla bağlıdır. ŞƏT-in 10 üzv ölkəsinin - Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan, Pakistan, İran və Belarusun - ümumi iqtisadi gücü 2025-ci ildə təxminən 30 trilyon dollar səviyyəsinə çatıb"
Lalə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 525 Tarix: 01 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11.09.2026 201 İndoneziyada güclü zəlzələ oldu
İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib. xarici mətbuata istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ saat 14:56-da qeydə alınıb. Yeraltı təkanların ocağı 131 kilometr dərinlikdə yerləşib
11.09.2026 218 Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağl
11.09.2026 258 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb. -ın "Report"a istinadən verdiyi məlumata görə, səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir. Səfər Azərbaycan Prezidentinin köməkçisi
11:11 92 Şəfiqə Məmmədova kimdir? - Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı...
Xəbər verdiyimiz kimi, Xalq artisti Şəfiqə Məmmədova bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib. Şəfiqə Məmmədovanın qısa bioqrafiyasını təqdim edir:. Şəfiqə Məmmədova nə vaxt və harada anadan olub?. Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub. Şəfiq
11.09.2026 264 Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarını
11.09.2026 311 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Sərəncama əsasən "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətini
11.09.2026 213 "Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b
11.09.2026 234 Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj
Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj
11.09.2026 211