Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib

Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilibBeynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev erməni rejissor tərəfindən çəkilmiş "The Black Garden" sənədli filminə dair "The Guardian" qəzetində dərc olunmuş rəyə münasibət bildirərək həmin nəşrə məktub ünvanlayıb.

Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.

Fərid Şəfiyev məktubunda "The Guardian" qəzetində dərc olunmuş rəydə Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib. O, sözügedən rəydə Azərbaycanın ərazilərinin işğalı, azərbaycanlı əhalinin öz doğma yurdlarından məcburi köçürülməsi, habelə BMT Təhlükəsizlik Şurasının bu məsələyə dair müvafiq qətnamələri ilə bağlı mühüm tarixi və siyasi kontekstin nəzərə alınmadığını vurğulayıb.

"Erməni rejissor tərəfindən çəkilmiş The Black Garden" sənədli filminə dair "The Guardian"qəzetində dərc olunmuş rəy keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin açıq-aşkar qərəzli rakursdan təqdim edilməsi ilə diqqəti cəlb edir və bu baxımdan, filmin özü müzakirə çərçivəsindən əhəmiyyətli dərəcədə kənarda qalır. Cəmi bir neçə cümlə ilə rəydə dərin birtərəfli siyasi narrativ təkrarlanır və nəticədə əraziləri Ermənistan tərəfindən təxminən üç onillik ərzində işğal altında saxlanılmış, beynəlxalq səviyyədə tanınmış dövlət olan Azərbaycan faktiki olaraq təcavüzkar tərəf kimi təqdim edilir. Bununla yanaşı, Ermənistan tərəfi isə demək olar ki, yalnız qurban prizmasından təqdim olunur".

Bildirilib ki, bunun ən bariz nümunəsi Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Qarabağ bölgəsinin "əsasən ermənilərdən ibarət əhalisinin" "Azərbaycan ordusunun saysız-hesabsız hərbi əməliyyatlarına qarşı mübarizə apardığı" barədə fikirdir:
"Bu ifadə münaqişənin tarixini kökündən təhrif edir. Belə təqdimat Azərbaycanın sülh şəraitində yaşayan erməni əhaliyə qarşı təcavüzkar siyasət apardığı təəssüratı yaradır. Halbuki burada əsas məqam ondan ibarətdir ki, Ermənistanın Silahlı Qüvvələri Qarabağ bölgəsinin yerli erməni əhalisindən öz təcavüz və işğal planlarının həyata keçirilməsində istifadə etmiş, Azərbaycanın Qarabağ bölgəsini və ətrafındakı yeddi rayonunu işğal etmiş, 1990-cı illərin əvvəllərində isə işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib".

Onun sözlərinə görə, bu, sadəcə olaraq, tarixə fərqli yanaşma məsələsi deyil.

"1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb olunmuş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bir daha təsdiq edilmişdir. Təxminən 3 onillik ərzində 700 minədək azərbaycanlı Qarabağ və ətraf rayonlarda öz evlərindən zorla didərgin salınmış və onların geri qayıtmaq hüququ təmin edilməmişdir. Bu zorakı etnik təmizləmə siyasətinin tərkib hissəsi olaraq minlərlə dinc sakin amansızcasına öldürülmüş, işgəncələrə məruz qoyulmuş və girov götürülüb. İşğal yalnız Azərbaycanın əhalisinin öz doğma yurdlarından qovulması ilə müşayiət olunmamış, eyni zamanda, bütöv şəhər və kəndlərin sistemli şəkildə dağıdılması və talan edilməsi ilə nəticələnmişdir. Ağdam kimi iri şəhərlər demək olar ki, tamamilə dağıdılmış və şəhər "Qafqazın Xirosiması" adlandırılıb", - deyə o qeyd edib.

BMTMM İdarə Heyətinin sədri vurğulayıb ki, lakin bütün bunlara baxmayaraq, azərbaycanlıların yaşadığı bu təcrübə "The Guardian" qəzetində öz əksini tapmır:
"Əvəzində oxucuya elə bir mənzərə təqdim olunur ki, guya erməni dinc sakinləri Azərbaycan ordusunun hərbi əməliyyatlarının qurbanlarıdır, bu ərazilərdən qovulmuş azərbaycanlı əhali isə faktiki olaraq həmin hadisələrin təsvirindən kənarda qalır. Eyni problem Talış kəndi ilə bağlı hissədə də özünü göstərir. Rəy "bombalanaraq dağıdılmış məktəb" şəkli ilə başlayır və bu görüntü dərhal Azərbaycan ordusunun hərbi hücumları şəraitində böyüyən erməni uşaqlarının hekayəsi ilə əlaqələndirir. Halbuki Talış kəndi təmas xəttində yerləşirdi və burada dəfələrlə hərbi toqquşmalar baş verirdi. Kənddəki dağıntıları bu hərbi və siyasi konteksti izah etmədən təqdim etmək oxucuda həmin dağıntıya görə Azərbaycanın məsuliyyət daşıdığı təəssüratını yaradır. Halbuki konkret dağıntının kim tərəfindən və hansı şəraitdə törədildiyi barədə heç bir məlumat verilmir".

Fərid Şəfiyev məktubda diqqətə çatdırıb ki, "The Guardian" qəzeti hadisələrə selektiv yanaşmasının keçmiş münaqişə ilə bağlı ənənəvi erməni narrativinin qorunub saxlanılmasına və Azərbaycanın müstəsna olaraq təcavüzkar tərəf kimi təqdim edilməsinə yönəlmiş daha geniş siyasi və informasiya kampaniyası kontekstində nəzərdən keçirilməlidir:

"Film Qarabağın itirilməsi və regionun qanuni sahibləri tərəfindən azad edilməsini heç vaxt barışıqla qəbul etməyən dairələrin təşəbbüsü və sponsorluğu ilə hazırlanıb. Bu kampaniya nüfuzlu erməni diaspor təşkilatları və lobbi şəbəkələri, habelə Samvel Karapetyan və Ruben Vardanyan kimi oliqarxlarla əlaqəli siyasi və ictimai müdafiə dairələri tərəfindən dəstəklənir və daha geniş auditoriyaya çatdırılır. Onların kampaniyaları yalnız tarixi təhrifləri müdafiə etməklə məhdudlaşmır. Bu fəaliyyətlərin əsas siyasi məqsədlərindən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına qarşı çıxmaq və Qarabağ məsələsini siyasi səfərbərlik vasitəsi kimi daim gündəmdə saxlamaqdır".

Məktubda sözügedən məsələnin xüsusilə Ermənistan hökumətinin hazırda köklü şəkildə fərqli siyasət kursu yürütməkdə olduğu bir vaxtda daha ciddi narahatlıq doğurduğu qeyd edilib:
"Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılmasını siyasi gündəliyinin əsas prioriteti edib. Samvel Karapetyanın rəhbərlik etdiyi Rusiyayönlü siyasi qüvvələr 2026-cı ildə Paşinyanın əsas siyasi rəqibi kimi meydana çıxıb. Onun rəhbərlik etdiyi "Güclü Ermənistan" hərəkatı Paşinyanın sülhə yönəlmiş və Qərbmeyilli siyasi gündəliyinin əsas elementlərinə qarşı çıxır. Məhz belə məqamda keçmiş münaqişəni Ermənistan tərəfindən formalaşdırılmış ikili qarşıdurma (ermənilərin qurbanlar, azərbaycanlıların isə təcavüzkar kimi təqdim edilməsi) kontekstində təkrarlayan narrativlər siyasi baxımdan neytral deyil. Bu cür yanaşmalar münasibətlərin normallaşmasına qarşı çıxan qüvvələri gücləndirir, Paşinyanın sülh siyasətinin xəyanət kimi təqdim olunmasını möhkəmləndirir və kompromisə nail olmağı çətinləşdirir".

"The Guardian" qəzetinin öz rəyçisi də etiraf edir ki, "The Black Garden" filmi "daha ətraflı sosial-siyasi kontekstlə zənginləşdirilə bilərdi". Məhz problem də bundadır. Azərbaycan ərazilərinin işğalını, həmin ərazilərin əhalisinin öz doğma yurdlarından didərgin salınmasını və işğalçı qüvvələrin çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini izah etmədən ermənilərin Azərbaycan ordusunun hərbi əməliyyatlarına "qarşı" mübarizə apardığını təqdim etmək balanslı xəbər təqdimatı deyil deyil", - deyə Fərid Şəfiyev bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 705   Tarix: 05 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

12:02 83
.

Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq

Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr

05.11.2026 315
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 127
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 316
.

Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c

11:31 114
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 96
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 28
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 138
.

Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

11:28 124
.