200 il sonra ilk qadın edam olunacaq
ABŞ-ın Tennessi ştatında 1819-cu ildən bəri ilk dəfə qadının edam edilməsinə hazırlıq görülür: söhbət Krista Paykdan gedir. Onun barəsində çıxarılan ölüm hökmünün sentyabrın sonunda icra olunması planlaşdırılır.
BiG.AZ lent.az-a istinadən bildirir ki, Paykın işi hüquq müdafiəçilərinin və ekspertlərin diqqətini çəkib. Onlar bu işdə ABŞ məhkəmə sistemindəki bəzi problemlərin əlamətlərinin olduğunu bildirirlər.
Payk 1996-cı ildə 19 yaşlı Kollin Slemmerin amansızlıqla öldürülməsinə görə ölüm cəzasına məhkum edilib.
Cinayət 1995-ci ildə baş verib və həmin vaxt Paykın 18 yaşı olub.
İstintaq materiallarına görə, o, digər şəxslərlə birlikdə qurbanı meşəyə aparıb. Burada təxminən yarım saat ərzində qızı döyüb və ona çoxsaylı bıçaq xəsarətləri yetirib.
Daha sonra Payk öldürülən qadının kəllə sümüyünün bir parçasını özündə kimi saxlayıb.
Paykın vəkilləri Tennessi ştatının qubernatoru Bill Liyə əfv müraciəti təqdim edərək ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəz olunmasını istəyiblər.
Müdafiə tərəfinin əsas arqumentlərindən biri qadının ağır uşaqlıq keçirməsidir. Vəkillərin sözlərinə görə, Payk uşaqlıq illərində fiziki və cinsi zorakılığa məruz qalıb, həmçinin ona psixi pozuntu diaqnozu qoyulub.
Psixoloqlar bildirirlər ki, cinayət baş verən vaxt onun cəmi 18 yaşı vardı və beyin inkişafı hələ tam başa çatmamışdı. Eyni zamanda uşaqlıqda yaşadığı travmalar onu psixoloji baxımdan daha həssas vəziyyətə salıb.
Hüquqşünaslar ilkin məhkəmə prosesində də bir sıra prosedur pozuntularının olduğunu iddia edirlər. Onların sözlərinə görə, həmin vaxt Paykın vəkili hökmə təsir göstərə biləcək yüngülləşdirici halları məhkəməyə lazımi şəkildə təqdim etməyib.
Payk səhhəti ilə bağlı arqumentlərə də istinad edir. O bildirir ki, ölüm hökmünün kişilər üçün nəzərdə tutulan həbsxanada və kişilərdən ibarət heyət tərəfindən icra edilməsi uşaqlıqda yaşadığı zorakılıqlar səbəbindən ona əlavə psixoloji iztirab verə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 803 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
12:02 83 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 315 Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 127 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 316 Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı
Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c
11:31 114 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 96 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 28 Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir
Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə
11:08 138 Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 124