Türkiyə iki mindən çox sosial media hesabına girişi məhdudlaşdırıb

Türkiyə iki mindən çox sosial media hesabına girişi məhdudlaşdırıbTürkiyədə rəqəmsal platformalar vasitəsilə həyata keçirilən terror təbliğatı, təxribat, dezinformasiya və psixoloji "müharibə" cəhdlərinə qarşı mübarizə çərçivəsində son iki ayda 2 034 sosial media hesabına giriş məhdudlaşdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında yazıb.

"Baş Prokurorluq və Təhlükəsizlik Baş İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Departamenti tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində milli təhlükəsizliyimizə və sosial həmrəyliyimizə yönəlmiş, başda "Fətullahçı" Terror Təşkilatı (FETÖ) olmaqla, terror və cinayət təşkilatları ilə əlaqəli olduğu müəyyən edilən 699 sosial media hesabına dərhal giriş məhdudiyyəti tətbiq edilib.

Bundan əlavə, hərtərəfli texniki araşdırmalar və rəqəmsal şəbəkələrin təhlili vasitəsilə təxribatla məşğul olan, qardaşlığımızı və ictimai asayişi hədəfə alan, dezinformasiya yayan və ölkəmizə qarşı psixoloji müharibə aparan şəxslər müəyyən olunub. Əməliyyat fəaliyyəti apardığı müəyyən edilən 1 335 sosial media hesabı barəsində aidiyyəti qurumlarla, ilk növbədə Ədliyyə və Daxili İşlər nazirlikləri ilə koordinasiyalı şəkildə zəruri hüquqi və inzibati prosedurlara başlanılıb və bu hesablara da giriş məhdudiyyəti qoyulub.

Ümumilikdə, bu proses çərçivəsində 2 034 sosial media hesabına giriş məhdudlaşdırılıb.

Bu səylər bir faktı aydın şəkildə ortaya qoyur: terror təşkilatları artıq təkcə meydanda deyil, rəqəmsal platformalarda da mütəşəkkil, koordinasiyalı və sistematik şəkildə fəaliyyət göstərirlər. Sosial şəbəkələr və rəqəmsal platformalar təbliğat, manipulyasiya, ictimai rəyi formalaşdırma əməliyyatları və dezinformasiya vasitəsilə ictimai asayişi, milli birliyi və nizamı pozmaq üçün bir alət kimi istifadə olunur.

Dövlətimiz üçün rəqəmsal təhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Terror təşkilatlarının sosial şəbəkələrdən və rəqəmsal platformalardan təbliğat, tərəfdar toplama, maliyyələşmə, dezinformasiya və psixoloji müharibə üçün istifadə etməsinə qətiyyən dözüm göstərməyəcəyik. Buna yol verilməyəcək", - deyə Duran vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 720   Tarix: 06 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 468
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 88
.

Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik

Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini

05.11.2026 332
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 90
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 341
.

Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar

Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş

05.11.2026 318
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 347
.

Azərbaycan Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 89
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 109
.