Bakı metrosunun 4 stansiyası ilə bağlı ŞAD XƏBƏR- RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı ŞAD XƏBƏR- RƏSMİSentyabrın 15-dən Bakıda nəqliyyat məsələsi yenidən gündəmə gələcək. Yeni tədris ilinin başlaması ilə paytaxt yollarında avtomobil və sərnişin sıxlığının artacağı gözlənilir. Üstəlik, metroda tətbiq olunan yeni hərəkət sxeminin də yerüstü nəqliyyata əlavə yük yaradacağı ehtimal edilir.

Bununla bağlı tədbirlər çərçivəsində avtobus sayının artırılması, intervalın azaldılması gözlənilirmi?

Məsələ ilə bağlı Globalinfo.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, Bakı metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 6 ekspres marşrutu təşkil edilib və vətəndaşlarının ixtiyarına verilib:

" Sərnişinlər yeni ekspres marşrutlardan fəal istifadə edirlər. Avtobusların iş qrafiki metro ilə sinxronlaşdırılıb və marşrutlar saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir.

M1 - Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında

M2 - Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında

M3 - Metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları arasında

M4 - Metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları arasında

M5 - Metronun "20 Yanvar" və "Gənclik" stansiyaları arasında

M6 - Metronun "Elmlər Akademiyası", "Nizami", "Gənclik" və "Koroğlu" stansiyaları arasında fəaliyyət göstərir.

Şaxələndirilmiş şəbəkə sayəsində sərnişinlərə tələbata uyğun olaraq alternativlər təqdim edilir. Vətəndaşlara səfərlərini planlayan zaman ekspress marşrutların imkanlarını düzgün qiymətləndirməyi və istiqamətlərini nəzərə almağı tövsiyə edirik".

Qurumdan qeyd edilib ki, sərnişinlər marşrutlar barədə məlumatı "AYNA MaaS" tətbiqi vasitəsilə də əldə edə bilərlər:

"Qeyd edək ki, 28 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb. Bununla da avtobuslararası interval azalıb və əlçatanlıq artıb. Ümumilikdə gücləndirmə aparılmış 34 marşrut xəttinə (28 müntəzəm + 6 ekspress) 140-dan çox əlavə avtobus cəlb olunub. Təkcə ekspress marşrut xətlərində gündəlik olaraq 95 nəqliyyat vasitəsilə 68 000-ə yaxın sərnişin daşınır. Dəstəkləyici tədbirlər çərçivəsində xətlərə əlavə edilən avtobuslarla gün ərzində 475 000 sərnişinə xidmət göstərilir. Monitorinq Mərkəzi vasitəsilə avtobusların hərəkətinə real vaxt rejimində nəzarət olunur. Eyni zamanda sərnişin axını təhlil edilir, tələbat nəzərə alınaraq operativ şəkildə avtobusların sayı tənzimlənir, daşıyıcılar tərəfindən xəttə əlavə avtobuslar buraxılır. 4 metro stansiyasının qarşısında vətəndaşlara dəstək məqsədilə nəqliyyat könüllüləri də cəlb olunub".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1026   Tarix: 06 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

12:02 83
.

Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq

Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr

05.11.2026 315
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 127
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 316
.

Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c

11:31 114
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 96
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 28
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 138
.

Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

11:28 124
.