Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı
Türkiyədə qeydiyyatdan keçirilməyən telefonların istifadə müddəti başa çatır və bu cihazlar hər an rabitəyə bağlana bilər.
Musavat.com xəbər verir ki, ölkədəki yüksək qiymətlərə görə telefon almaq istəməyənlər xaricdən gətirdikləri cihazlardan bir təqvim ili ərzində 4 ay boyunca istifadə edə bilirlər.
Lakin telefonda iki SIM-kart yuvası və ya bir SIM-kart yuvası ilə e-SIM dəstəyi varsa, bu müddət 8 aya qədər uzanır.
Belə ki, 4 ay fiziki SIM-kartdan, növbəti 4 ay isə e-SIM və ya ikinci fiziki SIM-kart yuvasından istifadə olunur.
Xaricdə satılan telefonlar Türkiyə ilə müqayisədə daha ucuzdur. Bəzi vergilərin olmaması və "Tax Free" avantajı ilə ödənilən ƏDV-nin ölkədən çıxarkən nağd və ya karta geri qaytarılması qeydiyyatsız telefon almağı cəlbedici edir.
Məlumata görə, xaricdən alınan telefona yerli operatorların SIM-kartı taxıldıqda 120 günlük qanuni istifadə müddəti başlayır.
Amma buradakı ən kritik məqam müddətin karta taxıldığı andan deyil, İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) tərəfindən göndərilən rəsmi xəbərdarlıq SMS-inin gəldiyi tarixdən etibarən hesablanmasıdır.
SMS gəldikdən sonra 4-cü ayın tamamında telefon şəbəkəyə bağlanır. Bu zaman e-SIM və ya ikinci SIM-kart yuvasına keçid edilərək daha 4 ay istifadə imkanı yaranır. İkinci mərhələdə də 4 aylıq müddət xəbərdarlıq mesajı gəldikdən sonra hesablamağa başlayır.
Nümunə üçün, telefon 1 mayda alınıbsa, ilk 4 aylıq dövr 31 avqustda başa çatır. İkinci SIM-kart və ya e-SIM-ə keçdikdə isə 1 sentyabr - 31 dekabr tarixləri arasında növbəti 4 ay tamamlanır. Lakin bu nöqtədən sonra yeni təqvim ili başladığı üçün cihazı növbəti ilin 1 yanvar - 31 avqust tarixləri arasında da istifadə etmək mümkün olur. Beləliklə, istifadəçilər telefonu aralıqsız 16 ay işlədə bilirlər.
16 aylıq müddət bitdikdən sonra telefon ya xaricdə ikinci əl kimi, ya ölkə daxilində ehtiyat hissəsi kimi dəyərindən ucuz satılır, ya da rəsmi qeydiyyat rüsumu ödənilərək leqallaşdırılır.
Android əməliyyat sistemli telefonlara qanunsuz yolla IMEI kodu yazılaraq istifadəsi təmin edilir. İşlək və ucuz telefonların IMEI kodları xaricdən gətirilən son model cihazlara köçürülür və bağlanma riski olmadan işlədilir. Android telefonlara IMEI yazılması təxminən 1000-2000 lirəyə başa gəlir. iOS (iPhone) sistemli cihazlarda isə bu əməliyyatı etmək mümkün deyil.
Yeni təqvim ilinə keçildikdə "qara siyahı"ya düşmüş telefonların yenidən şəbəkəyə qoşulması 5 günə qədər vaxt apara bilər.
Qeyd edək ki, 2026-cı ildən etibarən Türkiyədə xaricdən gətirilən telefonların IMEI qeydiyyat rüsumu 54 min 258 lirə təşkil edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 800 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
12:02 83 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 315 Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 127 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 316 Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı
Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c
11:31 114 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 96 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 28 Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir
Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə
11:08 138 Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 124