"ABŞ-İran müharibəsini yalnız Yaxın Şərq münaqişəsi kimi qiymətləndirmək böyük səhv olardı" - BƏHRUZ QULİYEV

"ABŞ-İran müharibəsini yalnız Yaxın Şərq münaqişəsi kimi qiymətləndirmək böyük səhv olardı" - BƏHRUZ QULİYEV"Böyük Britaniyanın "The Telegraph" nəşrində səsləndirilən "ABŞ-İran müharibəsi NATO-nu parçalaya bilər" fikri, ilk baxışda, kifayət qədər sərt və sensasion görünə bilər. Lakin məsələyə daha dərindən yanaşanda bunun sadəcə jurnalist proqnozu deyil, Qərb daxilində getdikcə güclənən strateji narahatlığın ifadəsi olduğu görünür.

Əsas məsələ ABŞ ilə İran arasındakı müharibənin özündən daha böyükdür. Söhbət ABŞ və Avropanın dünyaya, təhlükəsizliyə və hərbi müdaxilələrə münasibətində yaranan fərqlərdən gedir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"ABŞ-İran müharibəsini yalnız Yaxın Şərq münaqişəsi kimi qiymətləndirmək böyük səhv olardı" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, NATO kollektiv müdafiə alyansı olsada ABŞ-ın İranla müharibəsi NATO-nun kollektiv müdafiə mexanizmini avtomatik olaraq işə salan hadisə deyil. Məhz buna görə də Avropa ölkələri bir tərəfdən ABŞ-ın müttəfiqi olaraq Vaşinqtonu dəstəkləməyə çalışır, digər tərəfdən isə özlərini Yaxın Şərqdə uzunmüddətli və nəticəsi qeyri-müəyyən müharibəyə cəlb etmək istəmirlər. Müharibənin ilk mərhələlərində Almaniya və digər Avropa paytaxtlarından "bu NATO-nun müharibəsi deyil" məzmununda mövqelərin səslənməsi də bunun göstəricisi idi.

Burada çox mühüm bir ziddiyyət ortaya çıxır ki, ABŞ NATO-dan müttəfiqlik həmrəyliyi gözləyir, Avropa isə NATO-nun mandatı ilə ABŞ-ın qlobal hərbi siyasəti arasında fərq qoymağa çalışır.

Bu, əslində yeni problem deyil. İraq müharibəsi zamanı da Vaşinqtonla Avropa arasında ciddi fikir ayrılıqları yaranmışdı. Amma indiki vəziyyət daha mürəkkəbdir. Çünki paralel olaraq Rusiya-Ukrayna müharibəsi davam edir, Avropa öz təhlükəsizliyini yenidən nəzərdən keçirir, ABŞ isə diqqətini həm Avropaya, həm Yaxın Şərqə, həm də Çinə yönəltməyə məcburdur.

Ən təhlükəli məqam isə budur ki, ABŞ Avropadan daha çox hərbi və maliyyə yükü daşımağı tələb edir, Avropa isə eyni zamanda özünün strateji muxtariyyətini gücləndirməyə çalışır. Chatham House da NATO daxilində İran müharibəsi və müdafiə siyasəti ətrafındakı fikir ayrılıqlarının alyansın siyasi birliyinə təzyiq yaratdığını qeyd edib.

Deməli, məsələ NATO-nun sabah dağılması deyil. Daha real təhlükə NATO-nun siyasi baxımdan parçalanmış, lakin formal olaraq mövcud olan bir təşkilata çevrilməsidir.

Çünki hərbi alyansın gücü yalnız silahdan və ordudan ibarət deyil. Əsas güc siyasi həmrəylikdir. Əgər Vaşinqton bir istiqamətə, Paris və Berlin başqa istiqamətə, London üçüncü istiqamətə baxırsa, o zaman alyansın qərarvermə qabiliyyəti zəifləyir.

ABŞ-İran müharibəsi məhz bu baxımdan NATO üçün bir stress-testə çevrilib.

"Burada daha bir mühüm sual ortaya çıxır." ABŞ özünün qlobal maraqlarını NATO-nun kollektiv maraqları kimi təqdim etməyə davam edəcəkmi?" Avropa ölkələri isə bundan sonra Vaşinqtonun bütün xarici siyasət qərarlarına avtomatik şəkildə qoşulacaqmı?

Əgər bu suallara cavab "xeyr" olarsa, NATO-nun daxilində yeni siyasi xətt formalaşacaq.

Bu mənada "The Telegraph"ın proqnozunu NATO-nun mütləq parçalanacağı kimi yox, Qərb alyansında dərinləşən strateji fikir ayrılıqlarının xəbərdarlığı kimi qiymətləndirmək daha doğru olar.

Məncə, ABŞ-İran müharibəsinin ən böyük geosiyasi nəticələrindən biri də budur ki, artıq söhbət yalnız İranın taleyindən getmir. Söhbət ABŞ-ın dünya siyasətindəki rolundan, Avropanın təhlükəsizlik arxitekturasından və 1949-cu ildən formalaşmış transatlantik sistemin gələcəyindən gedir.

Düşünürəm ki, əgər müttəfiqlər eyni təhlükəni fərqli qiymətləndirir və eyni müharibəyə müxtəlif mövqelərdən yanaşırlarsa, onda problem artıq ayrı-ayrı ölkələrin mövqeyində deyil, alyansın özünün strateji fəlsəfəsindədir.

Ona görə də ABŞ-İran müharibəsini yalnız Yaxın Şərq münaqişəsi kimi qiymətləndirmək böyük səhv olardı. Bu müharibə eyni zamanda NATO-nun gələcəyini müəyyənləşdirən geosiyasi sınaqlardan birinə çevrilib." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 923   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 468
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 88
.

Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik

Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini

05.11.2026 332
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 90
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 341
.

Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar

Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş

05.11.2026 318
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 347
.

Azərbaycan Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 89
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 109
.