Başqasının kosmetikasından "ortaq" istifadə etmək olmaz - Nazirlik

Başqasının kosmetikasından "ortaq" istifadə etmək olmaz - Nazirlik"Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır".

"Qafqazinfo" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin həkim-gigiyenisti Orxan İsmayılov bildirib.

Gigiyenist bildirib ki, istehlakçıda məhsulun təhlükəsizliyi ilə bağlı şübhə yarandıqda satıcıdan həmin məhsula aid gigiyenik sertifikatın təqdim edilməsini tələb etmək hüququna malikdir:

"Kosmetik vasitələr birbaşa dəri ilə təmasda olduğu üçün yanlış seçim ciddi allergik reaksiyalara və ya dəri xəstəliklərinə səbəb ola bilər. Qablaşdırmanın üzərində istehsal və son istifadə tarixləri aydın oxunmalıdır. Son istifadə tarixi silinmiş məhsulları qətiyyən almayın.

Məhsulun qablaşdırması üzərindəki "açıq krem qabı" şəkli və onun içərisində göstərilən "6M" və ya "12M" kimi işarələr, məhsulun qapağı açıldıqdan sonra neçə ay ərzində təhlükəsiz istifadə oluna biləcəyini göstərir. Məhsul alarkən onun tərkibinə də diqqət yetirmək vacibdir. Tərkibində metilparaben, propilparaben kimi qoruyucuların və xüsusilə şampunlarda istifadə olunan SLS/SLES (sulfat) maddələrinin olmamasına və ya minimum səviyyədə olmasına üstünlük verilməlidir.

Sintetik ətir qatqıları həssas dərili insanlarda allergik reaksiyalar və qızartı yarada biləcəyindən məhsulun tərkibi etiketin sonunda diqqətlə oxunmalıdır. Ucuz və saxta dodaq boyası və göz kölgələrinin tərkibində normadan artıq qurğuşun və civə kimi ağır metallar ola bilər ki, bu da zamanla orqanizmə mənfi təsir göstərər. Mağazada məhsulların birbaşa güclü işıqlandırma və ya istilik mənbəyinin altında saxlanılmadığına əmin olun. İstilik kosmetikanın kimyəvi strukturunu pozur və vaxtından əvvəl yararsız edir".

O.İsmayılov həmçinin qeyd edib ki, makiyaj və kosmetik vasitələri başqası ilə paylaşmaq və ya başqasının kosmetik vasitələrindən istifadə etmək qətiyyən olmaz:

"Bu vasitələr tamamilə şəxsi gigiyena əşyalarıdır və onların ortaq istifadəsi ciddi sağlamlıq riskləri yaradır. Makiyaj məhsullarının paylaşılması bakteriya, virus və göbələklərin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Başqasına məxsus tuş, göz qələmi və ya göz kölgəsi fırçalarının istifadəsi konyunktivit və demodekoz kimi göz və dəri infeksiyalarının yayılmasına səbəb ola bilər.

Dodaq boyası, dodaq parıldadıcısı və dodaq qələmlərindən ortaq istifadə herpes virusunun ötürülmə riskini artırır. Tonal krem süngərləri və makiyaj fırçalarının paylaşılması isə dəridə olan yağ və bakteriyalar yayaraq, infeksion sızanaqların yaranması ilə nəticələnir.

Xüsusilə tuş, göz qələmi, dodaq boyası, dodaq balzamı, tonal krem süngərləri və makiyaj fırçalarının paylaşılması qətiyyən tövsiyə olunmur. Sıxılmış pudra və ya ənlik kimi məhsulların istifadəsi nisbətən az risk daşısa da, onlar yalnız təmiz və fərdi fırça ilə istifadə edilməlidir. Kosmetik vasitələrin paylaşılmaması ən təhlükəsiz seçim hesab olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 717   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 468
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 88
.

Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik

Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini

05.11.2026 332
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 90
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 341
.

Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar

Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş

05.11.2026 318
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 347
.

Azərbaycan Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 89
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 109
.