"Biz artıq ümid edək ki, növbəti illər üçün bunun daha yaxşı nəticələrini görəcəyik" - MƏZAHİR MƏMMƏDLİ

"Biz artıq ümid edək ki, növbəti illər üçün bunun daha yaxşı nəticələrini görəcəyik" - MƏZAHİR MƏMMƏDLİBugün ADA Universitetində şagirdlərin bilik və bacarıqlarının beynəlxalq səviyyədə qiymətləndirilməsini əks etdirən PİSA 2025-Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş toplantı keçirilib.

Tədbirdə Azərbaycanın təhsil sahəsində əldə etdiyi nəticələr, şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə göstəriciləri, eləcə də qarşıda duran əsas çağırışlar müzakirə olunub.

BiG.AZ-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bütün detallara toxunub:
"Biz artıq ümid edək ki, növbəti illər üçün bunun daha yaxşı nəticələrini görəcəyik" - MƏZAHİR MƏMMƏDLİ"Bugün bilirsiniz ki, Azərbaycanda PİSA-nın nəticələri ilə bağlı brifinq keçirilib və orada Elm və Təhsil Nazirliyinin özünün təqdimatında bu məsələ ilə bağlı geniş izahat verilib. Azərbaycanda 241 məktəbdə 7432 şagirdin iştirakı ilə bağlı ümumi nəticə elan olunub. PİSA qiymətləndirməsi beynəlxalq reytinq oxuma, anlama və digər sahələr üzrə nəticəni elan edir. Bizim bu nəticələrə görə də ümumi bacarıqları müəyyən edən (məsələn riyaziyyat, təbiət elmləri fənləri üzrə) çox yaxşı imkanlarımız yaranıb. Amma təəssüflər olsun ki, əvvəlki illərdə də Elm və Təhsil Nazirliyinin xüsusi vurğuladığı bir məqam var idi, oxuyub anlama ilə bağlı bizdə hələ də problem qalmaqdadır. Düzdür ötən illərlə müqayisədə bu il üçün oxuyub anlama təxminən bir qədər irəliləyib, amma ümumi nəticələrə görə bizdə hələ bu sahə üzrə müəyyən problemlər var"

Ekspert PISA 2025-in nəticələrinə dair faiz göstəricilərini açıqlayıb. O, həmçinin qeyd edib ki,əvvəlki illərlə müqayisədə göstəricilər əhəmiyyətli dərəcədə yüksəkdir:

"Məsələn riyaziyyat üzrə 48 faiz yaxşı nəticələr var ki, bu da artıq əvvəlki illərlə müqayisədə çox yuxarıdır. Təbiət elmləri üzrə göstəricilər də artıq 74 faizə çatıb. İndi bilirsiniz ki, süni intellekt o qədər inkişaf edib ki artıq bizim məişətimizə qədər gəlib çatıb və bunun ümumtəhsil məktəblərində də tətbiqinə başlanılıb. Rəqəmsal texnologiyalarla bağlı PİSA nəticələrində də müəyyən göstəricilər var. Biz artıq ümid edək ki, növbəti illər (2029-2030) üçün bunun daha yaxşı nəticələrini görə biləcəyik. Bu nəticələrdə ictimaiyyətə, cəmiyyətə bir qədər qaranlıq qalan tərəf odur ki, bu Bakı və regionlar arasında keçirilibmi?

Düzdür, bu məsələ ilə bağlı hələ bir aydınlaşma yoxdur, amma mən ümid edirəm ki, Azərbaycan özünün daxili imkanları hesabına ayrı-ayrı məktəblərdəki problemləri də müşahidələrə əsaslanaraq üzə çıxaracaq. Hansı regionda hansı məktəbdə hansı sahə üzrə problemlər varsa, bu problemlərin həlli istiqamətində müəyyən adımların atılması Elm və Təhsil Nazirliyi üçün prioritet plan olacaq. Artıq neçə illərdir ki, müəllimlərin işə qəbulu proqramı həyata keçirilir və yeni sistem öz nəticələrini verməyə başlayıb. Xatırladım ki, 08 sentyabr 2026-cı il PİSA nəticələri 2025-ci ilin hesabatlarıdır, biz bunları qarışdırmayaq. Bu növbəti illərdə də silsilə ilə davam etdiriləcək".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 735   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır

Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının tikintisinə təxminən 15 milyard zlotı (3,8 milyard dollar) sərmayə qoymaq niyyətindədir. "Report" "WNP.pl" portalına istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. "Biz hazırıq

18:20 0
.

Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi

Bolqarıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, iş adamı Slavi Binev Sofiya şəhərində başından güllələnərək öldürülüb. xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi brifinqdə məlumat verib. Cinayətdə şübhəli bilinən üç nəfər - bir Bolqarıstan və iki Türkiyə vətəndaş

10:45 199
.

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Qazaxıstan Respublikasının milli bayramı - Respublika Günü münasibətil

11:26 192
.

Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən futbol üzrə FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimində iştirak ediblər. Prezidentin mətbuat xidməti tədbirdən görüntüləri paylaşıb. BİG.AZ paylaşımı təqdim edir:

01:25 364
.

Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iş üzrə təqsirləndirilən digər şəxs - deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material Bakı Apellyasiya Məhkəməsinə göndərilib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, buna səbə

19:24 201
.

İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı

Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis

14:50 184
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

17:59 64
.

Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı

Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd

19:00 0
.

Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola

16:10 148
.