Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı
Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək.
Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq.
İstanbul mərhələsi oktyabrın 1-də sərbəst yürüşlərlə başlayacaq. Oktyabrın 2-də növbəti sərbəst yürüş və sıralanma turu keçiriləcək. Əsas yarış isə oktyabrın 3-də baş tutacaq.
Türkiyənin Formula 1 təqviminə qayıdışı bu ilin aprelində Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasim zamanı elan edilmişdi. Bununla da İstanbul dünyanın ən nüfuzlu avtomobil idmanı yarışlarından birinə yenidən ev sahibliyi edəcək.
Məşhur 8-ci döngə yenidən diqqət mərkəzində
Formula 1 bolidləri 5,3 kilometrlik TOSFED İstanbul Park trasında mübarizə aparacaq. Ötmə imkanlarının çoxluğu, yüksəklik fərqləri və texniki xüsusiyyətləri ilə seçilən trek pilotlar üçün ciddi sınaq hesab olunur.
Trasın ən məşhur hissələrindən biri olan 8-ci döngə isə xüsusilə diqqət çəkir. Bir neçə dönmədən ibarət uzun sol döngə yüksək sürətlə keçilir və pilotlardan yüksək dəqiqlik tələb edir.
Yarışın İstanbulda keçirilməsinin şəhərin idman turizminə, iqtisadiyyatına və beynəlxalq tanıtımına töhfə verəcəyi gözlənilir.
TGA-dan qlobal tanıtım kampaniyası
Formula 1-in Türkiyəyə qayıdışı ilə əlaqədar İstanbulun beynəlxalq səviyyədə tanıdılması istiqamətində də kampaniyalar genişləndiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası, Türkiyə Turizm Təbliğat və İnkişaf Agentliyinin (TGA) hazırladığı "Catch It If You Can" tanıtım filmi artıq 571 milyondan çox baxış toplayıb.
Qarşıdakı dövrdə beynəlxalq media layihələri, rəqəmsal kampaniyalar və müxtəlif ölkələrdən kontent yaradıcıları ilə əməkdaşlıqlar vasitəsilə İstanbulun qlobal tanıtımına diqqət artırılacaq.
Formula 1 yarışlarının 2027-2031-ci illərdə TOSFED İstanbul Parkda keçirilməsi nəzərdə tutulur. Yarışların təşkili TOSFED tərəfindən həyata keçiriləcək.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 536 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİspaniyada futbolçunun vəfatı ilə əlaqədar oyunlar təxirə salındı
İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatından sonra ölkə kubokunun bu gün keçirilməli olan oyunlarını təxirə salıb. xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Federasiyanın açıqlamasında qərarın futbolçunun ölümündən sonra ehtira
03.11.2026 547 İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24.10.2026 637 Daha 4 cüdoçumuz tatamiyə çıxır
Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq
10.10.2026 717 Hidayət Heydərov bürünc medal qazandı
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya)
30.10.2026 498 Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə
04.10.2026 821 Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm
25.10.2026 645 "Fənərbaxça"dan möhtəşəm geridönüş
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is
04.11.2026 403 Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd
22.10.2026 898 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?
Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund
14.10.2026 808