Öldüyü bilinən qadın qəfil dirildi

Öldüyü bilinən qadın qəfil dirildiÇinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonra ailəsi onu evə apararaq palliativ qulluq göstərib.

Sentyabrın 8-də yaxınları qadında həyat əlamətləri görməyib və digər şəhərlərdə yaşayan qohumların vida üçün gəlməsini gözləmək məqsədilə onu soyudulan tabuta yerləşdiriblər.

Ertəsi axşam qadının gəlini tabutdan zəif iniltinin gəldiyini eşidib. Yaşlı qadın dərhal tabutdan çıxarılıb. Sentyabrın 11-də o, tam şüurunu bərpa edib və gözlərini aça bilib. Buna baxmayaraq, vəziyyəti ağır olaraq qalıb, yemək və su qəbul edə bilməyib.

Həmin gecə qadının vəziyyəti kəskin pisləşib və o, həyatını itirib.

Həkimlər hadisənin "yalançı ölüm" adlandırılan vəziyyətlə bağlı ola biləcəyini ehtimal edirlər. Bu zaman insan dərin komada olur, nəfəsalma və ürək döyüntüsü son dərəcə zəifləyir, həyati göstəriciləri müəyyən etmək çətinləşir.

Qadın sentyabrın 13-də dəfn edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 118   Tarix: 22 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp administrasiyasından miqrantlarla bağlı 410 milyon dollarlıq addım

ABŞ Prezidenti Donald Trampın administrasiyası iyunun sonunadək ABŞ-dan üçüncü ölkələrə deportasiya edilən miqrantların qəbul edilməsi üçün ən azı 410 milyon dollar məbləğində vəsait ayırıb və ya bu vəsaiti ayırmağı vəd edib. xəbər verir ki, bu barədə "The Washington Post" (WP) daxili hökumə

11:11 161
.

Prezident müşavirə keçirdi - Foto

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı tədbird

12:10 202
.

Meymun yazıçının arvadını öldürdü

Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind

19:45 1
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

20:30 1
.

Vətən uğrunda canından keçən qəhrəmanlar: Onların döyüş yolu

Bu gün işğal olunmuş torpaqlarını düşməndən azad edən Azərbaycan xalqı özünün qürur və zəfər dövrünü yaşayır. Lakin heç nə unudulmur, heç nə yaddan çıxmır. Bu torpaqları canları və qanları bahasına xalqımıza ərmağan edən şəhidlərimizdir. Onları xatırlamaq, tanımaq və gələcək nəsillərə tanıtmaq bizi

14:34 156
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

16:02 231
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

14:44 156
.

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar

18:45 1
.

Qızıl neçəyədir?

Azərbaycanda qızılın sentyabrın 22-nə olan rəsmi qiymətləri bəlli olub. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7404.7410 manat təşkil edib. Növlərə və əyyarlara görə 1 qram qızılın satış qiyməti isə 99 əyyar təmiz qızıl üçün 238.07 manat, 750 əyyar İtalyan qızılı üçün 178.7

20:15 1
.