Fuad Nağıyev "Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir"
"Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir".
BiG.AZ "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
"Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var. Azərbaycan Otellər Assosiasiyası Avropa Otellər Assosiasiyasının - ("Hotrec") üzvü olub. Bundan sonra onlar "Hotrec"in standartlarına uyğun ulduzlaşma aparacaqlar", - o bildirib.
"Hotrec"in standartları Avropa Komissiyasının qəbul etdiyi standartlardır. Bu, təxminən, 300 vərəqlik bir sənəddir ki, orada ulduzların necə verilməsi barədə bütün meyarlar göstərilib. Ulduz bir neçə illik verilir, həmin müddətdə açıq və gizli monitorinq aparılacaq. Açıq monitorinq gəlib birbaşa fəaliyyətin yoxlanılmasından ibarətdir, həmçinin məşhur saytlar vasitəsilə qoyulan rəyləri izləyəcəyik. Gizli monitorinqdə isə Avropa və Azərbaycanın Otellər Assosiasiyasının mütəxəssisləri bu yerdə qonaq gizli qalacaqlar, sonradan onun nəticələrini analiz edəcəklər", - F.Nağıyev əlavə edib.
/report.az
BiG.Az
Telegramda izləyin
Turizm Baxılıb: 2583 Tarix: 27 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusdilli məşhur "Meduza" informasiya portalı Azərbaycan mətbəxi ilə bağlı maraqlı test hazırlayıb
Rusdilli məşhur "Meduza" informasiya portalı Azərbaycan mətbəxi ilə bağlı maraqlı test hazırlayıb. APA-a istinadən xəbər verir ki, Azərbaycanın Turizm Bürosu ilə birgə hazırlanan testdə portal oxucularına Azərbaycan mətbəxini nə qədər bildikləri ilə bağlı suallar yerləşdirib. Suallar Azərbayca
26.06.2019 2523 Avropada turizm mövsümü açıq elan edilib - VİDEO
Avropa İttifaqı ölkələrində turizm mövsümü açıq elan edilib. "Euronews" xəbər verir ki, Avropa İttifaqı ölkələri daxilində səyahət üçün peyvənd pasportunun olması vacibdir. Qeyd olunur ki, bu qaydanın tam tətbiqinə iyun ayının ortasından başlanılacaq. İyun ayına qədər isə Avropa ölkələri vətəndaşlarını
12.05.2021 1904 Azərbaycanda turizm sahəsi üzrə yeni qurum yaradılıb
Azərbaycanda turizm sahəsi üzrə yeni qurum - Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaradılıb. Trend-in məlumatına görə, Assosiyasının sədri Rüfət Hacıyev bildirib ki, yeni ictimai qurumun yaradılmasında məqsəd sahibkarlar və dövlət qurumları arasında sıx əlaqələr formalaşdırmaq və möhkəm körp
27.06.2019 4153 Deyranın ləziz yeməkləri
Deyra Dubayın ən qədim rayonlarından biridir. Hindistan, Pakistan, İrandan və regionun digər ölkələrindən olan miqrantlar ilk dəfə məhz burada məskunlaşıblar. Hələ Dauntaunla "Dubai Mall" və ya "Dubai Marina" kimi dəbdəbəli rayonlar əmələ gəlməmişdən əvvəl şəhər həyatı və ticarə
26.06.2019 4182 Dubayda yay mövsümünün yenilikləri
Dubay məktəb tətilləri və məzunlar mövsümündə şəhərin istənilən guşəsində ailəvi istirahətin müxtəlif variantlarını təklif edir. AZƏRTAC-a istinadən xəbər verir ki, 1,5 milyon kvadratmetr ərazidə (28 futbol meydanı boyda ərazi) yerləşən "IMG Worlds of Adventure" örtülü tematik əyləncələr parkın
26.06.2019 2882 "Yanardağ" Qoruğunda qiymət dəyişikliyi - YENİ QİYMƏTLƏR
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari ilin avqus
26.06.2019 2977 Bilal Ərdoğan Milli Yaylaq Festivalının açılışında iştirak edib
Azərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir. -a istinadən xəbər verir ki, bu gün festivalın açılış mərasimi olub. Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bila
29.07.2019 4411