"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏGənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova BiG.AZ-ın sualların cavablandırıb.

-Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki, məktəb illərinizdə yadda qalan xatirələrinizi bizimlə bölüşəsiniz.

- Düzü, məktəb illəri haqqında danışmağı çox da sevmirəm. Bunun bir neçə səbəbi var. 20 yanvar hadisələri hələ də gözlərimin önündən getmir. Atamın gecə getməyi, səhərə kimi bizim onu gözləməyimiz, onun gözüyaşlı geri qayıtmağı, güllə səsləri, çörək növbələri, komendat saatı bütün bunların heç birini hələ də unuda bilmirəm. Amma nə yaxşı ki, bütün bunları yaşamışam, görmüşəm. O zaman həyata baxış tam fərqli olur. Həyatın qədrini daha çox bilib,onu daha çox sevirsən. Bizim dövrün gəncləri ilə danışanda görürsən ki, onların düşüncəsi, həyata baxışı fərqlidir. Məktəb illəri haqqında danışmağı sevməməyimin digər səbəbi bəzi müəllimlərim və onların sinifdə yaratdıqları ayrı-seçkiliklər, dərslərə qarşı laqeyidlikləri idi. Mən Xətai rayonundakı 63 saylı məktəbi bitirmişəm. Amma bir-iki müəllim var ki, mən onların əlindən öpüb, qarşılarında baş əyirəm. Onlardan biri ingilis dili müəllimim Zemfiradır. Qeyd edim ki, o, heç də hər bir uşağın dözə bildiyi müəllimə deyildi. Çünki Zemfira müəllimənin xasiyyəti çox sərtdir. Mən, məhz ona minnətdar olaraq ingilis dilini öyrənmişəm. Rus dili müəlliməm Nailə xanımı çox sevirəm. Bu günə kimi mən ona xala deyə müraciət edirəm. Dil-ədəbiyyat müəlliməm Nəzakət xanıma çox böyük hörmətim var idi. Çünki mənim müsabiqələrə getməyimdə, şeiri düzgün söyləməyimdə, bu gün yaxşı nitqə sahib olmağımda Nəzakət müəllimənin əziyyəti çoxdur. Düzü, adlarını çəkdiyim müəllimlərimdən başqa digərləri haqqında danışmağı heç istəməzdim. Mənim məktəbimi bitirməyimdən 23 il vaxt keçib. Dəfələrlə məni məktəbə çağırıblar, mən getməmişəm, düzü heç getmək istəmirəm də.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ- Səmayə xanım, elə şagird yoxdur ki, dərsdən bir dəfə də olsun qaçmasın.

- Dərsdən qaçmağım çox gülməli olmuşdu. Mən biologiya dərsindən qaçmışdım. Guya qaçmışdım. Dərsin bitməsinə 5 dəqiqə qalmış evə getmişəm. O müddət ərzində isə qapının arxasında dayanıb dərsə qulaq asmışam. Səhər uşaqlar sual verəndə ki, əgər dərsdən qaçmısansa niyə qapının ağzında dayanıb dərsə qulaq asmısan? Mən sual verdim ki, bu dərsdən qaçmaq sayılmır ki? Dedilər ki, yox. Uşaq vaxtı çox qorxaq olmuşam. Heç ağlıma gətirməzdim ki, bu qorxaqlıqla hansısa bir mərtəbəyə çataram. Anam hər zaman mənə deyirdi ki, sənin bu qorxaqlığından çox nigaranam. Taleyin necə olacaq? Amma zaman, və cəmiyyət insanı dəyişir.

- Aparıcı kimi fəaliyyət göstərdiyiniz dövrdə hansı maraqlı hadisələrlə qarşılaşmısınız?

- Mən 1998-ci ildən 2004-cu ilə qədər televiziyada çalışdım. 2004-cu ildə öz istəyimlə televiziyadan ayrıldım. Özümə də söz verdim ki, bir daha televiziyada işləməyəcəm. Canlı yayım riskdir. Əgər sən canlı yayıma çıxırsansa, dediyin sözlər montaj edilmədən efirə gedir. Gecikmə ola bilməz. Əvvəllər kiçik süjetlər hazırlayırdım. Süjetlərim bəyəniləndən sonra mənə 10 dəqiqəlik rubrika verdilər. 10 dəqiqəlik rubrikamda mənim aparıcılığımı çox bəyəndilər. Daha sonra mənə veriliş aparmaq təklif olundu. Veriliş canlı olmadığına görə istədiyim zövqü ala bilmirdim. Mən bizim departamentin rəhbəri Nadir Bədəlova yaxınlaşıb canlı efirə çıxmaq istədiyimi söylədim. O da bunun böyük risk olduğunu dedi. Mən Nadir müəllimi canlı yayıma çıxmağa razı saldım. İlk efirlərdə həyəcanım çox olurdu. Bəzən qonaqlar gecikirdi. Bəzən gəlmirdilər. Ssenaridə yerindəcə dəyişikliklər etməli olurduq. Bir xatirə danışım. Ulu öndərimizin vəfatının qırxıncı günü mənim efirimə düşmüşdü. Mənə də deyilmişdi ki, cəmi bir saat efirdə olacam. Ssenari de məhz 1 saatlıq hazırlanmışdı. Faiq Ağayevin "Dahi" klipinin ilk təqdimatı mənim efirimdə olmalı idi. Verilişin sonuna bir neçə dəqiqə qalmış klipin təqdimatı oldu və klip efirə getdiyi anda kanalın prezidenti pilləkənləri iki-iki düşüb bildirdi ki, efir davam etsin. Verilişin çox gözəl hazırlandığı söylənilmişdi. Necə davam edəcəyimi bilmirdim. Çünki bütün ssenari ötən gündən hazırlanmışdı. O zaman indiki kmi deyildi. BTK kasetleri geri-önə etmək, dəyişmək əməlli zaman aparırıdı. Kanalın prezidenti mənə bildirdi ki, xəbərlər proqramının bu gün efirə gedəcək materialları sənə veriləcək. Rejissor baxıb deyəcək ki, hansı material nə barədədir. Təsəvvür edin ki, hazırlıqsız bir saat veriliş aparmalıyam.
Dünyadan köçmüş dahi sənətkarlarımız Arif Məlikov, İslam Rzayev, Yaşar Nuri, Elbəy Rzaquliyev, Rafiq Hüseynov və digərləri, eyni zaanda, bu gün həyatda olan sənətkarlar Fərhad Bədərbəyli, Fərhad Xəlilov, Eldar Mansurov və digər böyük, dahi sənətkarlarla müsahibələrim, gözəl münasibətlərim olub. Onlarla ünsiyyət özü bir kitab idi. Daim nə isə öyrənirdim. Onlarla müsahibələrin zamanı hər biri ulu öndərlə bağlı xatirələrini danışmışdı. O xatirələr, oxuduğum kitablar, məhz o gün xilsakarım oldu. Mənim üçün qürurlu an o oldu ki, birinci gün işə gələndə departament rəhbəri məni otağına çağırıb əlimi sıxıb bildirdi ki, sən peşəkarlığını nümayis etdirdin. Bu, mənim üçün böyük mükafat idi.

- Bu gün bir çox televiziya aparıcıları tənqid olunur. Siz hansı aparıcıların təqdim etdiyi verlişlərə baxırsınız?

- Mən bütün kanallarımıza baxıram. İşimlə əlaqədar analtik və xəbərlər proqramlarına təbii ki, daha çox baxıram. Etiraf edim ki, bəzən zövqümdə olmayan verlişlərə də baxıram. Tamaşaçıların niyə bu aparıcını sevdiklərini, niyə bu verilişlərdən zövq aldıqlarını anlamaq istəyirəm. Düzünü desək, mənə müğənninin geyindiyi paltar, sürdüyü maşın, həyatında hansı kişinin olması maraqlı deyil. Amma müğənninin sənətində bir yenilik varsa, bu mənə maraqlıdır. Təbii ki, söhbət sənəti olan müğənidən gedirsə. Biz həyatımızdan, paltarlarımızdan, yediyimiz yeməklərdən danışıb, onların şəkillərini bəh-bəhlə nümayiş etdirəndə düşünməliyik ki, buna həsrət olan insanlarımız da var.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ- 2004-2005-ci illərdə Azərbaycan Respublikası Vergilər nazirliyində, 2005-2007-ci illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyində mətbuat katibi vəzifəsində çalışmısınız. 2007-ci ildən Azərbaycan Respublikası Gənclər və idman nazirliyində Mətbuat katibi vəzifəsini icra edirsiniz. Sizcə, mətbuat xidmətinin rəhbəri təmsil etdiyi qurumun qarşısında, yoxsa ictimaiyyətin qarşısında daha çox məsuliyyət daşıyır?

- Məncə balans qorunmalıdır. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri təkcə təmsil etdiyi qurumun qarşısında məsuliyyət daşımır. Bizim nazirlik gənclər və idman siyasətinə cavabdeh qurumdur.Hər hansı bir layihəni ictimaiyyətə təqdim edən zaman fikirləşməlisən bu nə qədər gənci, insanı maraqlandırır. Mən xəbəri saytlara ötürəndə auditoriyanı nəzərə alıram. Düşünürəm ki, bu xəbərlə istədiyim auditoriyaya çata bilirəmmi? Elə informasiya olur ki, onu ancaq dövlət agentliyinə vermək yetərli olur. Amma elə informasiya var ki, onun daha geniş yayılması önəmlidir. Çünki nəticədə, media monitorinq apararkən, müsbət effekti görmək əsas məqsədlərdəndir. Jurnalistlərin mənə göndərdiyi elə suallar var ki, onu həmin an cavablandıra bilmərəm. Təbii ki, elə olanda mən jurnalisti "iqnor" etməməliyəm. Çünki mən jurnalistlə işləyirəm. Onun mənə ehtiyacı olduğu kimi mənim də jurnalistə ehtiyacım var. Qarşılıqlı anlayış bizim münasibətlərdə əsas amillərdən biridir. Əgər jurnalistə bu məsələni araşdırıb sizə geri dönəcəm deyirəmsə, bunu etməliyəm. Mətbuat katibinin öz mövqeyi, öz baxışı olmalıdır. İnformasiya ötürmək əsas deyil. Əsas o informasiyanın səni hara aparacığını, nə qazandıracağını bilməkdir. Qısacası, mətbuat katibi, yeri gələndə öncəgörücü də olmalıdır.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ-Artıq 15 ilə yaxındır ki, mətbuat xidmətinin rəhbərisiniz. Bu gün bir çox mətbuat xidmətinin sahib olmadığı sevgiyə və hörmətə sahibsiniz. Sizə görə mətbuat xidmətinin rəhbəri necə olmalıdır?

- Məni tənqid edənlər də olur. Onların hər birinə anlayışla yanaşıram. Hətta qəzəbləndiyim, incidiyim zamanlar da olur. Reallığı bilmədən, əsasız danışanlar da olur. Mən jurnalistləri çox sevir və onların dəyərini bilirəm. Çünki mən də pilləkənlərdə də oturub, bütün tədbiri ayaqüstə də izləmişəm. Hətta gecə saatlarında bizi çəkilişə də göndəriblər. Müsahibə almaq üçün saatlarla soyuqda qapıda gözələmişəm. Mən bütün bunları unuda bilmərəm. Mənim üçün cənab nazir Azad Rəhimov özü böyük bir məktəbdir. Onunla birbaşa ünsiyyətdə olmaq, fikir mübadiləsi aparmaq, dəstək olduğunu görmək təbii ki, mənim üçün çox böyük məna daşıyır. Əgər mətbuat katibi çalışdığı qurumun rəhbərliyinə birbaşa çıxa bilmirsə və onun yazdığı məlumat 4-5 nəfərin yoxlamasından keçib, 70 düzəlişdən sonra yenidən dövriyyə buraxılırsa bu iş çox çəkən deyil.

-Sizin və yaxud da sizdən inciyən jurnalistlər olubmu?

- İncidiyim jurnalistlər olub. Amma çox az. Qarşıma məqsəd qoyub, məni sevməyən insanı özümə dost etməyi bacarmışam. Bir zamanlar, heç də yola getmədiyimiz idman jurnlaistləri , bu gün çox etibarlı dostlardır. Səhiyyə nazirliyindən sonra gənclər və idman nazirliyinə gələndə, hətta məni qəbul etməyən, "idmandan başı çıxmır" deyənlər də olub. Amma zaman, səbr, işə olan sevgi və zəhmət çox şeyi dəyişir. Bu gün elə jurnalist dostlarım var ki, onlara utanmadan, çəkinmədən zəng edirəm, məsləhətləşirəm.
-Səmayə xanım hər bir insanın sevincini və kədərini bölüşdüyü yaxını, dostu olur. Sizin ən yaxın dostunuz kimdir?

-Mənim bəxtim onda gətirib ki, çox yaxşı dostlarım var. Ən önəmlisi çox yaxşı ailəm var. Mənim üçün atam qardaşımdır. Mən həm də ata nənəmin adını daşıyıram. Ona görə də bəzən atama- Tofiq müəllimə, oğlum deyə müraciət edirəm. O da mənə anam deyir. Anam- Esmira xanım mənim rəfiqəmdir. O, mənim nəfəsimdir. Mən həmişə deyirəm ki, atam mənim düşünən beynim, anam isə döyünən ürəyimdir. 2 bacım var: Elnarə və Aytən. Onlar sağ və sol qollarımdır. Dostlara gələndə isə mənim dünyaya gəldiyimiz gündən bir yerdə böyüdüyüm Ülviyyə Hüseynovanı, həmkarlarım İradə İbrahimova və Qulu Xəlilovu, Səhiyyə nazirliynidən Gülsüm Qurbanovanı, bu gün Türkiyədə həkim işləyən Könül Əhmədovanı həyat dostlarım adlandıra bilərəm. Adlarını çəkmədiyim, amma güvənə biləcəyim, ürək sirdaşım olan etibarlı dostlarım var.

- Olduqca çox gözəl xanımsınız. Yəqin ki, sizə sevgi etiraf edən bəylər çox olub. Həmkarlarınızdan sizə sevgi etiraf edən olubmu?
- Həmkarlarımdan mənə xoş sözlər deyənlər olsa da, mənə sevgi etirafı edən olmayıb.

- Sizin həyat yoldaşınız olmaq istəyən bəy hansı kriteriyalara sahib olmalıdır?
Ürəkli, güclü və mərd. Düşünürəm ki,artıq həyatımda belə bir insan var. Ona həm sirdaş, həm də də həyat dostu deyə bilərəm.

- Bir çox məşhurlar var ki, övladlığa uşaq götürürlər. Nə vaxtsa övladlığa uşaq götürmək istərdinizmi?

- Təbii ki, öz övladımın olmasını istərdim. Amma nəsib olmasa, övladlığa uşaq götürmək barədə düşünə bilərəm. Amma qorxuram. Çünki uşaq elədir ki, onu təkcə maddiyyatla təmin eləməyin kifayət deyil. Sən diqqətin, qayğın və sevginlə onun mənəviyyatını da zənginləşdirməlisən. Onu zamanla doğmalarından birinə çevirməlisən. Ən önəmlisi isə ailə üzvlərin də onu doğması kimi qəbul etməlidir. Bunun üçün də çox əziyyət çəkməlisən. Təbii ki, zaman hər şeyi göstərəcək.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə
"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4296   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610