"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏOnu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna görə onu acıdil hesab edənlər də var. Görək özü necə düşünür?

Bu gün Xəzər Televiziyasının xarizmatik aparıcısı Zaur Kamalın doğum günüdür. Aparıcı özəl günündə BiG.AZ-la həmsöhbət olub. Sözügedən müsahibəni təqdim edirik:

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏZaur Kamal efirdə çox sərt, acıdil biri kimi görünür. Buna görə həm tənqid edilirsiniz, həm də sevilirsiniz...

Həyat başqa, efir başqadır.Efirdəki bir obrazdır. Mən həmişə deyirəm ki, heyf köhnə televizorlardan. Ağ-qara göstərirdi. Onda fərqləndirmək olmurdu ki, adamın rəngi nə rəngdir, xarakteri necədir?! Əslində öz xarakterim də elədir. Ciddiyəm yəni. Mənə görə aparıcı elə ciddi olmalıdır. Yeri gələndə şou və zarafat da olmalıdır. Şitlik etməmək şərti ilə...

Tərs cavablarınıza görə sizdən küsüb, danışmayan müğənnilər var?

Yox küsən olmayıb. Lakin efirdən gedəndən sonra zəng edənlər olub. O da ətrafının təkidinə görə. "Zaur sənə niyə belə dedi? Niyə cavab vermədin?" Tamaşaçılar efirdə müğənni ilə etdiyimiz zarafatları ciddi qəbul edirlər. Bunlar şoudur, qonaq da əyləncəyə gəlib. Bizdə əyləncə qəbul olunmur. Müğənni ilə olan söhbətlər efirdən sonra söz-söhbətə səbəb olub. Gedir, ətrafındakı insanlar qızışdırır.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏQorxub efirinizə gəlməyənlər olub?

Hazırlıqlı gəlirlər. Baxırsan ki, başqa efirdə deyib -gülən qonaq gəlib bizim efirdə ciddi oturub. Bir də görürsən ki, mikrafon tutub əlləri əsir. Yəni çox müğənnilərdə olur belə hallar.

Verlişləriniz adətən uzunömürlü olur, "Ay Zaur" 8 il idi ki, efirdə idi. Amma tamaşaçılar da baxırdılar. Yorulmurdular. Sizcə bu nə ilə əlaqədardır?

"Ay Zaur" 8 il efirə getdi. Azərbaycanda bu qədər uzun davam edən proqram yox idi. Hər dəfə də başqa bir mövzu qoyurduq. Səmimi proqram idi. Müğənnilərin evi, səhnədən kənardakı həyatları tamaşaçılar üçün maraqlı idi. Adi bir çay süzməsi də izləyicilər üçün maraqlı olurdu. Biz həmin proqramda müğənniləri həmkarlarının evlərinə dəvət edirdik. Həmrəy olurdular.Axı çox müğənnilər bir-birinin evinə getmir, münasibətləri olmur. Amma biz çalışdıq ki, onları bir yerə toplayaq. O proqramı bağladıq, çünki müğənni qurtardı. Nə qədər eyni müğənniyə müraciət etmək olar ki... Biz o proqramda fərqliliklər etdik. Tamaşaçının nə istədiyini bilirik.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏYenidən belə bir proqram hazırlamaq kimi planınız varmı?

Biz bu barədə rejisorumuzla söhbət etmişik. Yaşlanım, illər sonra yenidən belə bir formatda verİliş çəkərəm. Bir vaxtlar evinə getdiklərimin yenidən qonağı olaram. Yeni müğənnilər var ki, biz onların evində olmamışıq. Onları da işıqlandırarıq.

"Ay Zaur" proqramında müğənnilərin evinə gedib çəklişlər edirdiniz.Elə olurdu ki, getdiyiniz ev həmin sənətçinin olmasın?

Mən həmişə sözün düzünü deyən adam olmuşam. Nə olsa tamaşaçılardan gizlətməmişəm. Buna görə də çoxu məndən gizlədirdi. Çəkliş edib bitirəndən sonra məlum olurdu ki, bu ev dostunun evi imiş. Belə hallarla çox qarşılaşırdıq. Lakin, dediyim kimi, gizlədirdilər.

Sizcə bu nədən irəli gəlirdi?

Bizim müğənnilər şan-şöhrəti sevirlər. Mənim evim, mənim maşınım,mən,mən,mən... Görürsən ki, oxuya bilmir amma oxumaq üçün can atır. Nəyə görə? Ona görə ki, baxır ki, filankəs oxuyur deyə yaxşı maşını, evi var. Bu da həvəslənir. Oxuya bilmir haa bədbəxt... elə bilir ki, bunda da alınacaq.(gülür)

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ Eyni müğənniləri efirə tez-tez dəvət edirsiniz. Bu həm tamaşaçıları həm də sizi yormalıdır. Eyni müğənni ilə nə qədər fərqli mövzuda söhbət etmək mümkündür?

Əlbəttə, mənim üçün də yorucudur. Lakin, düşünəndə görürük ki, Azərbaycan böyük yer deyil və o qədər çox müğənni yoxdur. Qonağı təkrar çağırmaq məcburiyyətindəyik. Çalışırıq elə edək ki, çox da təkrarçılıq olmasın. Hətta, mənim özümə də tez-tez deyirlər ki, Zaur fılankəsi yenə çağırdın? Yorulmadın? Axı 5 gün efirə gedən verlişin 3 günü sırf müğənnilərə ayrılır. Çalışıram təkrar çağırdığım müğənniyə hər dəfə başqa tərəfdən yanaşım.

Elə bir məşhur varmı istəmisiniz, amma qonaq gəlməyib?

Ən böyük arzum Zeynəb Xanlarovanı efirimə çağırmaq idi. Radioda verilişimə gəldi. Daha sonra "Xəzər" kanalının "Yeni İl" buraxılışına gəldi. Dövlət Televiziyasından başqa heç bir kanalda olmayıb. İnanmazdım ki, mən çağıranda gələr. Amma gəldi. Özüm də məəttəl qalmışdım. Yəni aparıcı istədiyi müğənnini efirə çağıra bilər.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏBəs hansı müğənnini heç vaxt efirə qoymazsınız?

Elə bir müğənni yoxdur. Lakin onu deyim ki, mən müğənnilərin efirdə özlərini aparmaqlarına diqqət edirəm. Efirdə yekə-yekə danışan da, oturuşunu bilməyən də, danışığı iti olan da çalışıram ki, onu yerində otuzdurum. Məsələn, mən sevmirəm müğənni efirdə oturan da ayağını ayağının üstünə qoysun. Görürsən gənc müğənnidir, efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturub. Bildirirəm ki, bu vəziyyət məni əsəbləşdirir.

Sizi şou xarakterli proqramlarda görürdük. Tamaşaçı nə vaxtsa Zaur Kamalı fərqli bir formatda proqramda görə bilər? Məsələn xəbər aparıcısı kimi

Bir vaxtlar bu haqda düşünürdüm. İndi də fikirləşirəm ki, şoudan çıxıb, xəbərlərə gedim. Xəbərlər aparıcısı olmaq istəyərəm. Şərqiyyə Hüseynova mənə dərs deyəndə, sırf xəbərlərə hazırlayırdı. Səsim də buna imkan verir.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏEfirdəki sualları əvvəlcədən hazırlayırsınız?

Əvvəlcədən hazırlayırıq. Müğənni hansı suala əsəbləşəcək, hansı sual onu qıcıqlandıracaq. Daha sonra verliş əsnasında da suallar ortaya çıxır. Bəzən də qıcıqlandırıcı sualı verlişin axırına saxlayıram.

Bir gün gəlsələr ki, verilişiniz reytinq vermir. Reytinq xatirinə nə edərsiniz?

Bəli. hazırda mənim aparıcılıq etdiyim proqram televiziya proqramları içərisində hər həftə birinci yerə çıxır. Hamı da soruşur ki, "niyə sizin proqram birinci yerə çıxır?". Ona görə ki, tamaşaçı belə proqramları bəyənir, izləyir. Məsələn, artıq bilirəm ki, bu günkü qonaqlarla verliş reytinq verəcək. Əgər elə bir şey olmasa, mən özümü həlak edirəm ki, verliş reytinq versin. Sonda da görürəm ki, verliş mənim özümə görə reytinq qazanıb.

Bir çox tanınmışlar, eləcə də aparıcılar sosial problemlərə, gündəlik baş verən hadisələrə münasibət bildirirlər. Sizdə isə heç vaxt elə paylaşımlara rast gəlməmişik...

Mənim proqramım sosial proqram deyil. Buna görə də, çəkilib kənara öz işimi görürəm. Məsələn biz 5/5 proqramında verlişin formatına uyğun olmayan bir addım atdıq. tələbələrin təhsil haqqını ödəməkdə onlara yardımçı oluruq.Artıq 30 -a yaxın tələbəyə bu işdə kömək etmişik. İlin sonuna qədər də davam etməyi düşünürük. Bu işdə bizə iş adamları, sənətçilər də köməkçi oldular. Bu addım izləyicilər tərəfindən xoş qarşılandı. Bu işi icra edərkən biz elə insanlar tanıdıq ki, həqiqətən insan pis olur. Valideynin imkanı olmadığğ üçün övladının təhsil haqqını ödəyə bilmir.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏSosial şəbəkədə çox tənqid yazılan məşhurlardan biri də sizsiniz. Buna necə reaksiya verirsiniz?

Bar verən ağaca daş atan çox olur. Mən adi bir proqram aparıcısı olmuş olsaydım təbii ki, kimsənin mənlə bir işi olmazdı. Standart, sakit bir verliş olsaydı, lazımsız biri olardım. Kimsə mənimlə maraqlanmazdı.

Sizcə bunu kimlərsə edir? efirdə suallarınızdan qıcıqlanan müğənnilər etmiş ola bilərmi?

Çox şey düşünmək olar. Elə aparıcılar var ki, illərdir çalışır lakin uğur əldə edə bilmir. Amma görür ki, Zaur hər yerdə sevilir, hər yerdə reytinqdədir. Bəlkə də onların işidir. Düzünə qalsa mən heç belə şeylərə fikir vermirəm. Kim nə yazır, kim nə edir maraqlı da deyil. Bəzən şəkillərimizi qoyub "Hansı aparıcı yaxşıdır?" yazaraq müqayisə edirlər. Baxırsan elə bir aparıcını qoyublar ki, heç adiyyatı da yoxdur. Hətta belə şeylərə gülürəm.

Bir aparıcı kimi hansı verilişləri izləyirsiniz, bəyənirsiniz?

Xoşladığım aparıcılar var. sevdiyim aparıcılar var. Ümumiyyətlə, hər kanalın bir siması var. Mən 22 ildir ki, Xəzər Televiziyasındayam. Başqa heç bir kanala keçmədim. Mənim kimi digər kanallarda da uğur qazanan aparıcılar var. Məsələn Atv deyən kimi yada Zaur düşür. Deyirdilər ki, Tolikdən aparıcı olmaz. Lakin o, bu gün sevilən aparıcılardan biridir. Aparıcı sevilmirsə, o sahədən uzaq durmalıdır. Mən yaşlı olanda da seviləcəm.

Zaur Kamal ailədə necədir? Efirdəki kimisiz yoxsa fərqli?

Evdə ciddiyəm. İşdə uşaqlarla mehribanıq. Efirdəki kimi deyiləm. İşdə olanda evdən uşaqlar zəng edir nəyəsə görə üstlərinə qışqırıram. Əsəbləşirəm ki, mən efirdəyəm. Burdakılar da deyir ki, Zaur sən evdə bu qədər ciddisən. Təbii ki, evdə ancaq ciddi olmuram. amma hərəsi ayrı-ayrıdır. Evdə başqa, həyatda başqa, efirdə başqa. Gəl indi bütün bunların hamsını daşı?!

Ailənizi efirdən uzaq tuturdunuz. Lakin son zamanlar övladlarınızın şəkillərini paylaşırsınız, porşenizlə şəkil paylaşdınız. Bu nədən irəli gəlir? Siz də gündəmə qaçırsınız?

Ailə ilə gündəmə gəlməyi sevməmişəm. Həyat yoldaşım özü də bunu xoşlamır. Harasa getmək lazım olanda oğlumla gedir. Özüm boyda oğlum var. "Porche" ilə olan şəkli produsserim çəkmişdi. Düşündüm ki, o qədər də gözə dəyməz. Lakin sonra ona əsəbləşdim ki, niyə paylaşmısan.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ İlk səyhət etdiyiniz ölkə hara olub? Səyahətə ən çox nə qədər pul xərcləmisiniz? Bu səyahət hara və nə zaman olub?

Çox ölkələrdə olmuşam. Lakin, səyahətə gedəndə yatmağı və alış-veriş etməyi daha çox sevirəm. Ən çox pul xərclədiyim ölkə isə İtaliya olub.

Televiziyada işlədiyiniz müddətdə yadınızda qalan ən böyük hadisə

Maraqlı hadisələr çox olub. Lakin, bir müğənni qonaq olarkən efirdə yıxılmasını heç unuda bilmirəm. O zaman çox pis olmuşdum. Yaşlı müğənni idi. Yıxılıb çox pis əzilmişdi.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ Televiziya sizə nəyi qazandırıb nəyi itirdib

Mən radiodan çox şey öyrəndim. Radio olmasaydı mən televiziyada bu qədər uğur qazanmazdım. Lakin bəziləri var ki, radiodan çıxıb televiziyaya gəlib, heç bir uğur əldə etməyib. Mən isə radioda əldə etdiyim bütün uğurları televiziyaya keçərkən əlimdə sübut kimi saxladım. Hə bax mən o səsini eşitdiyiniz amma üzünü görmədiyiniz həmin adamam. Bir çoxları məni efirdə görəndə "İlahi mən bunu sevmişəm " dedi. Arıq, qara oğlan idim. Hərdən özüm də köhnə proqramlara baxanda çox utanıram. Çox kobud və aqressiv olmuşam. Yəni, dediyim odur ki, televiziya çox şey qazandırıb. İtirdiyim isə sərbəstlikdir. Rahat hardasa gedib oturmaq, gəzmək olmur. Gərək hər şeyin ən yaxşısı olsun. Ev, maşın, gəzdiyin restoranlara qədər hər şey bahalı olsun.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏLamiyə Məmmədova


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 6537   Tarix: 19 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

TOP MP3