"Ayda 1 dəfə uşağı bağçaya gətirən valideyn ondan böyük inkişaf gözləməməlidir" - Sənubər Ələkbərova - FOTOMÜSAHİBƏ

"Ayda 1 dəfə uşağı bağçaya gətirən valideyn ondan böyük inkişaf gözləməməlidir" - Sənubər Ələkbərova - FOTOMÜSAHİBƏBu gün Bilik günüdür. Bilik günündə hətta məktəbdən də öncə biliyimizin təməlinin qoyulduğu bağçaya yollandıq. 165 nömrəli bağçanın direktoru Sənubər Ələkbərova 36 ildir bu şərəfli işlə məşğuldur.
BiG.AZ olaraq bu əlamətdar gündə Sənubər Ələkbərova ilə söhbətləşdik.

- Bilik günündə valideynlər və şagirdlər həyəcanlı olurlar. Bir təhsil işçisi olaraq siz bu gün nə hisslər keçirirsiz?

-Bu tədris ilinə çox gözəl hisslərlə başlamışıq. Bu gün Bilik günü münasibətilə hər yerdə, o cümlədən bizim bağçada tədbirlər keçiriliir. 40-dan çox uşağımız bu gün məktəbə getdi. Yeni uşaqlar qəbul etmişik. Çalıçacağıq ki, onların da təhsillə, nizam-intizamla qayğısına qalaq,məktəbə hazırlıqlı yola salaq. Mən bu tədris ili münasibətilə bütün pedaqoji kollektivləri təbrik edirəm. Onlara bu şərəfli işlərində yeni-yeni nailiyyətlər arzu edirəm. Arzum budur ki, bizim təhsilimiz həmişə nümunə olsun.Biz çalışırıq ki, uşaqlarımızın gələcəyi parlaq olsun. Çünki Azərbaycan balaları buna layiqdir. Mən də pedaqoji işçi kimi fəxr edirəm ki, doğma balalarımızın savadlı və tərbiyəli olmasında yaxından köməkliyimi göstərirəm.

-Bəzi valideynlər uşaqları məktəbli yaşına az müddət qalmış bağçaya qoyurlar. Siz neçə yaşından uşaqların bağçaya getməsini məsləhət görürsüz?

- Bizim bağçamıza uşaqlar 2 yaşdan qəbul olunur. 2 yaşdan uşaqların davranışına bağçanın çox böyük faydası var. Valideynlər uşağı bağçaya nə qədər tez aparsalar, daha çox nailiyyətlər əldə edərlər. Çünki uşaqlar kollektivə alışırlar. Evdə qalanda valideynlər bütün gün onlara telefon verirlər, uşaqlar özünə qapanır. Bağçada isə uşaqlar mədəni davranış qaydaları, özləri yemək-yeməyi, paltarlarını geyinib-soyunmağı, stol arxasında oturub tərbiyəçini dinləməyi, uşaqlarla oynamağı öyrənirlər. Uşaqları bağçaya gec qoyanda eqoist olurlar,kollektivi sevmirlər. Hər bir uşağı vaxtında bağçaya qoymaq lazımdır.

-Bağça təhsili görmüş və görməyən uşaqlar arasında hansı fərqlər müşahidə etmisiz?
-Təcrübəmdən görürəm ki, bağçaya gələn uşaq adaptasiya dövrü keçir və sağlam olur. Bağçaya tez-tez gələn uşaqlar arasında xəstələnmə gec olur. Evdə qalan uşaqlar daha tez- tez xəstələnirlər, infeksiyalara yoluxurlar. Bağçaya gələn uşaqların imuniteti temperatura öyrəşir. Onlar bağçanı öz evi sayırlar. Bəzən elə uşaqlar olur ki, anası gəlib evə aparmaq istəyəndə o,getmək istəmir. Deyir ki, bir az gec gələrdin, müəllimə nağıl danışırdı, onu qulaq asırdım, oyunum yarımçıq qaldı. Həftədə ya ayda 1 dəfə uşağı bağçaya gətirən valideynlər onlarda böyük inkişaf gözləməməlidirlər. Onlar uşaqları davamlı olaraq bağçaya gətirsələr, özləri də, biz də nəsə əldə edə bilərik. Gec-gec gətirilən uşaqlara bağça maraqsız olur. Davamlı bağçaya gələn uşaq hər gün səhər idman edir, himnə qulaq asır, rəqs edir, bayramları keçirir. Biz uşaqlara Zəfər bayramı, bolluq rəmzi kimi Payız bayramı keçiririk. Təqvimlərimizdə olan əlamətdar günlərin hamısını balacalarımızla qeyd edirik. Bağçada artıq uşaqlar gerbimizi tanıyır,himinimizə qulaq asır, bayramları qeyd edirlər. Bəlkə də bəzi valideynlər bunları evdə öyrədir. Amma bəzi valideynlərin vaxtı olmur. Uşağa telefon verir ki, ona mane olmasın. Bu, düzgün tərbiyə deyil. Ona görə əksər uşaqlarda özünə qapanma, autizm əlamətləri yaranır. İllərin mütəxəssisi kimi valideynlərə məsləhət görərdim ki, vaxtında uşaqları bağçaya yazdırsınlar.

-Çətin tərbiyə olunan uşaqlarla necə rəftar edirsiz?

-Elə uşaqlar var ki, onları dilə tuturuq. Məsələn, şəkil çəkmək istəməyən, oyuncaqla oynamaq istəyən uşaqlar olur. Onlara icazə veririk ki, oyuncaqla oynasınlar, amma bir şərtlə ki, rəsmi də çəksinlər. Oyuncaqla oynayandan sonra rəsmi də çəkir. Uşaqlara güzəştə gedəndən sonra sakitləşirlər.

-Bağça müəllimi olmaq istəyən gənc kadrlara nə məsləhət görürsüz?

-İlk növbədə hər bir tərbiyəçi səbrli olmalıdır. Çünki işimiz çox çətindir. İstər valideynlərlə, istər uşaqlarla səbrli olmalıyıq. Bəzi uşaqların özündən əvvəl valideyninə tərbiyə verməyə ehtiyac olur. Səsini yüksəldən valideynlər olur. Biz haqsız olduqlarını bilsək də, onlara qarşı da səbrli olmalıyıq. İkinci növbədə tərbiyəçi uşaqları sevməlidir. Səbr və uşaqlara sevgi əsas amildir. Uşaqları və işini sevməyən şəxslərə bağçaya gəlməyi məsləhət görmürəm.

"Ayda 1 dəfə uşağı bağçaya gətirən valideyn ondan böyük inkişaf gözləməməlidir" - Sənubər Ələkbərova - FOTOMÜSAHİBƏ"Ayda 1 dəfə uşağı bağçaya gətirən valideyn ondan böyük inkişaf gözləməməlidir" - Sənubər Ələkbərova - FOTOMÜSAHİBƏ"Ayda 1 dəfə uşağı bağçaya gətirən valideyn ondan böyük inkişaf gözləməməlidir" - Sənubər Ələkbərova - FOTOMÜSAHİBƏ"Ayda 1 dəfə uşağı bağçaya gətirən valideyn ondan böyük inkişaf gözləməməlidir" - Sənubər Ələkbərova - FOTOMÜSAHİBƏ"Ayda 1 dəfə uşağı bağçaya gətirən valideyn ondan böyük inkişaf gözləməməlidir" - Sənubər Ələkbərova - FOTOMÜSAHİBƏ

Şəbnəm Lətifi


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 10701   Tarix: 16 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.