"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏHər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi.

Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki" Konqres Sərgi Mərkəzində 21-ci Beynəlxalq At Sərgisi keçirildi. Sərgidə ilk dəfə Azərbaycanın əsl qüruru olan Qarabağ atlarının nadir cinsləri təqdim olunub. Dörd gün davam edən sərgi ziyarətçilərin nəinki atçılıq idmanının gözəllik və nəciblik dünyasına, həm də Azərbaycanın həqiqi adət-ənənələri və mədəniyyəti ab-havası girməsinə şərait yaradıb. Sərgiyə gələnlər təkcə yarışmanı yox, eyni zamanda Azərbaycan rəqs ansamblının çıxışını izləyib, Qarabağ atları haqqında çoxlu yeni məlumatlar öyrəniblər.

300 atın iştirak etdiyi sərgi haqqında bizə məlum olmayan məlumatları "Unicorn Challenge" şirkətinin Azərbaycandakı nümayəndəsi Zahid Qasımovun BiG.AZ-a verdiyi müsahibə sayəsində əldə edəcəyik.

Sözügedən müsahibəni təqdim edirik:

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏQarabağ cinsinin atları 100 ildən artıq müddətdə ilk dəfə belə yüksək səviyyəli sərgidə Rusiyada təmsil olundu. Cəmiyyətin reaksiyası necə oldu? Qarabağ atları sevilirmi?

Qarabağ atlarının Rusiyada keçirilən "Equiros" beynəlxalq atçılıq sərgisində iştirakı həqiqətən qürurvericidir. Bu atlar dünyanın ən qədim cinsə mənsub atları hesab olunur. Qarabağ atları bütün Qafqazın bəzəyi və qürurudur. Atlarımızın çıxışı "Equiros" beynəlxalq atçılıq sərgisində marağa səbəb oldu və cəmiyyət tərəfindən müsbət qarşılandı.

Rusiyada Qarabağ atları barədə bir anlayış varmı? Film, video çarx yaxud Qarabağ atları barədə marifləndirici , tanıtımı ilə bağlı kitab hazırlanması nəzərdə tutulurmu?

Əlbəttə, bu yarışdan çox əvvəl artıq Qarabağ atları Rusiyada tanınırdı. Hətta, isveçrəli at saxlayan Hans Hutmeyer məşhur Qarabağ atı "Əlyetməz"ə heykəl də qoyudurub. Məhsur Qarabağ atı Əlyetməz 1867 ci ildə ümumrusiya sərgisində mükafat alib. Xan ləqəbli Qarabağ atı isə həmin il Fransada keçirilən sərgidə gümüş medala layiq görülüb. Yəni Qarabağ atları həm Rusiyada , həm də Avropada yetərincə tanınıb, seviliblər. Qarabağ atlarının Avropaya gəlişi 1956-cı ilə təsadüf edir. Böyük Britaniyanın kraliçası II Yelezevetaya Ağdam atçılıq mərkəzindən "Zaman" adlı ayğırın hədiyyə edilməsi cinsin tarixində önəmli hadisələrdən hesab olunur. Həmin atı kraliçaya məşhur cokey Əli Tağıyev hədiyyə aparıb. Bütün bunları nəzərə alaraq biz planlayırıq ki, gələcəkdə Qarabağ atları ilə bağlı bir kitab hazırlayaq.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏBundan əlavə onu da qeyd edim ki, Almaniyanın Frankfurt şəhərində Verena xanımın rəhbərliyi ilə Qarabağ atlarının dostlar klubu fəaliyyət göstərir.Verena xanımın təşəbbüsü ilə Almaniyada Qarabağ atlarının kataloqu dərc olunub.Qarabag atlarının saxlanılması ilə Verena xanim 1994 -cü ildən baslayib. Bu da cox gözəl bir haldır ki, Avropada Qarabağ atlarına qarşı rəğbət hissi duyulur.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏQarabağ atlarından Azərbaycanın milli simvollarından biri kimi danışarkən, erməni tərəfi hiddətini ifadə edir. Moskvada bu hal ilə qarşılaşdınızmı?

Qarabağ atları Azərbaycanın simvoludur. Təbii ki, bu ermənilərin hiddətinə səbəb olmaya da bilməzdi. Onların xislətindəki paxıllıq hissi barədə danışmağa belə dəyməz. Bu hamıya məlum məsələdir. Lakin, Moskvada bu hal ilə qarşılaşmadım. Çünki orada olanların çoxusu elə öz həmyerlilərimiz idi. Hesab edirəm ki, Qarabağ atlarının dirçəlişi və yenidən gündəmə gətirilməsi hər birimizin borcudur. Hər şeydən əvvəl bu atlar Qarabağ torpağının təcəssümüdür.

Atlarımız hər hansı bir yer tutdular?

Bu sərgidə iştirak etmək Qarabağ atlarının yenidən dünyaya təqdim olunması və tanıdılması yolunda atılan ilk addım idi. Biz gələcəkdə də bu işlərə davam etməyi planlayırırıq. Qarabağ atları tədbirdə diplomla mükafatlandırıldı. Bu diplom bizə Qarabağ atlarının Rusiyaya aparılmasında dəstək olan Azərbaycan Atçılıq Federasiyasına təqdim olundu.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏAtlarla bağlı daha nə kimi planlarınız var?

2020-ci ilin aprel-may aylarında Sankt-Peterbruqda baş tutacaq beynəlxalq sərgidə iştirak etməyi düşünürük. Ən əsas bizim önümüzdə duran vacib məsələ Qarabağ atlarının dünya şöhrətini yenidən bərpa etməkdir. Axı Qarabağ atları Azərbaycanın qədim mədəniyyət incisidir.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏSonda isə Qarabağ atlarının populirizasiyasi ilə məşğul olan Unicorn challenge kompaniyası adından bu sərgidə bizə dəstək olduqları ucun Rusiyadakı Azərbaycanlı gənclər təşkilatının sədri Leyla xanım Əliyevaya(AMOR),Azərbaycan Atçılıq federasiyasına və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət komitəsinə öz təşəkkürlərimizi bildiririk.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏLamiyə Məmmədova


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 3817   Tarix: 28 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.