Bahalı brend geyim və telefon istifadə edənlər əlavə vergi ödəməlidir - TƏKLİF

Bahalı brend geyim və telefon istifadə edənlər əlavə vergi ödəməlidir - TƏKLİF"Dəbdəbə həvəsi, şöhrətpərəstlik və bir növ görməmişlik bir çox insanın həyatına mənfi təsir göstərir, lakin bəziləri bunun fərqində belə deyil".

Bu sözləri BiG.AZ-a açıqlamasında psixoloq Elmir Əkbər bildirib. O qeyd edib ki, insanlar bir çox şeyi sadəcə görüntü xatirinə edirlər:

"Məsələn, hazırda hicabla bağlı müzakirələr aparılır. Mənə elə gəlir ki, şagirdlərin və tələbələrin istifadə etdikləri mobil telefonların markalarına, modellərinə də diqqət yetirilməlidir. Məktəblərdə adi, düyməli telefonlardan istifadəyə üstünlük verilməsi məsələsi nəzərdən keçirilə bilər. Çünki bahalı telefonların nümayiş etdirilməsi şagirdlər arasında fərqlilik və üstünlük nümayişinə səbəb ola bilər. Bu, cəmiyyətin böyük problemlərindən biridir. Tarix boyu belə hallar hətta böyük imperiyaların süqutuna gətirib çıxaran amillər sırasında olub. Qədim Roma imperiyasında da insanlar bəzən başqalarına nəyisə sübut etmək, özlərini göstərmək naminə yaşayırdılar. Hesab edirəm ki, hökumət brend geyimlərə, bahalı telefonlara və digər dəbdəbəli məhsullara həddindən artıq maraq göstərən insanlarla bağlı vergi məsələsini də nəzərdən keçirə bilər. Bahalı avtomobillərə də uyğun vergi tətbiq oluna bilər. İmkanı məhdud olan əhali müxtəlif vergi və ödənişlərlə üzləşdiyi halda, bahalı brendlərdən və dəbdəbəli məhsullardan istifadə edənlərin də müvafiq vergi yükü məsələsinə baxılması məqsədəuyğun olardı. Eyni zamanda, bahalı restoranlarda tətbiq edilən yüksək ödənişlər də müəyyən formada tənzimlənə bilər".

Müsahibimiz əlavə edib ki, sovet dövründə bu kimi hallar satirik verilişlər və karikaturalar vasitəsilə tənqid olunurdu:

""Mozalan" verilişi və "Kirpi" jurnalı buna nümunə idi. Düşünürəm ki, bu cür maarifləndirici və tənqidi materialların sayı artırılsa, yaxşı olar. İstərdim ki, bu məsələlər cəmiyyətdə düzgün şəkildə işıqlandırılsın.
Ömər Xəyyama aid edilən bir fikir var: "İnsanın içi nə qədər boş, səviyyəsi nə qədər aşağı olarsa, burnu bir o qədər yuxarı qalxar". Bu fikir də məhz haqqında danışdığımız məsələyə uyğundur. İnsanlar öz üzərlərində çalışmaq, elmə, təhsilə, zəhmətə və ailə dəyərlərinə görə yarışmaq əvəzinə, başqa şeylər uğrunda rəqabət aparırlar. Üstəlik, bəziləri bu dəbdəbəli həyat tərzini heç də həmişə halal zəhmətlə əldə etmədikləri imkanlar hesabına nümayiş etdirirlər. Bahalı əşyaların başqalarına hansısa şəxslərin hədiyyəsi kimi təqdim edilməsi də bu görüntü yaratmaq istəyinin bir hissəsinə çevrilir. Bütün bunlar, həqiqətən də, narahatedici mənzərədir. Gənc qızlar və oğlanlar üçün belə davranışlar yanlış nümunələr yarada bilər. Cəmiyyətdə maddi dəbdəbənin, görüntünün və nümayişin ön plana çıxması insanları mənəvi dəyərlərdən uzaqlaşdırır və gələcək nəsillər üçün mənfi örnəklər formalaşdırır".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 226   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.