Azərbaycanın bitki örtüyünün 42, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdədir yerləşir

Azərbaycanın bitki örtüyünün 42, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdədir yerləşirTəcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib.

BiG.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Azərbaycanın bitki örtüyünün 42, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdədir yerləşirO qeyd edib ki, landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə işğala qədər 2000-dən çox ali bitki növü mövcud olub ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir.

Bildirilib ki, bölgədəki 50-yə yaxın fauna, 70-dən çox flora növü dünyanın, eyni zamanda Azərbaycan Respublikasının Qırmızı Kitablarına salınıb. Təəssüf ki, həmin növlərin hazırkı vəziyyəti barədə əlimizdə heç bir dəqiq məlumat yoxdur:

"Ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endem bitkilərdir. Bu endem bitkilərin 7 növünə (Qarabağ tülpanı, Qarabağ güləvəri, Zəngilan gəvəni, Sağsağan gülxətmisi, Şuşa vələsi, Şuşa xaşası və Şuşa gəvəni) yalnız Dağlıq Qarabağ ərazisində rast gəlinir".

Nazir müavini qeyd edib ki, füsünkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında işğala qədərki dövrlərdə Qarabağımızın rəmzi olan Xarıbülbüllə yanaşı, Şərq çinarı, Əkin şabalıdı, Şuşa vələsi, Vələsyarpaq azat, Giləmeyvəli qaraçöhrə və digər nadir ağac növləri qorunurdu.

Eyni zamanda V.Kərimov onu da bildirib ki, respublikamızın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir və əldə olunan məlumatlara görə qiymətli meşələrin əksəriyyəti erməni vandalizmi nəticəsində məhv edilib:

"İşğaldan azad olunmuş ərazilərdə aidiyyəti qurumlarla birgə genişmiqyaslı monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, təbii sərvətlərinə, landşaftına və meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsi həyata keçiriləcək".


BiG.Az
Telegramda izləyin
Kateqoriya   Baxılıb: 1446   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Daha bir jurnalistə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni mətbuat katibi təyin edilib. xəbər verir ki, yeni mətbuat katibi telejurnalist Teymur Mərdanoğludur. Qeyd edək ki, Teymur Mərdanoğlu bundan əvvəl "Lider" televiziyasında çalışıb

22.12.2020 1302
.

İspaniyanın paytaxtı və digər böyük şəhərləri işıqsız qalıb

İspaniyada minlərlə insan ölkəni Fransa ilə birləşdirən yüksəkgərginlikli elektrik xəttində baş vermiş nasazlıq səbəbindən işıqsız qalıb. Bu barədə "El Pais" nəşri məlumat yayıb. Məlumata görə, problem Əndəlüs, Araqon, Kataloniya, Madrid və Navarada müşahidə olunur. "Lusa" agentliyini

25.07.2021 697
.

Əsgər üzərindəki bu əşya ilə 44 gün döyüşdü- FOTO

Döyüşə gedərkən iki günlük qızının əlcəyini özü ilə götürərək döyüş boyu üzərində gəzdirən igid əsgərimiz artıq eviə qayıdır. xəbər verir ki, o cəbhə bölgəsində olarkən özünü videoya çəkərək ,qızına ürəksözlərini deyib. Məlum videogörüntünü təqdim edirik:. AYTƏN SAKİTQIZI

09.12.2020 2208
.

Azərbaycanda iqtisadi fəal əhalinin sayı AÇIQLANDI

2021-cil il yanvarın 1-nə olan ilkin mələumata əsasən, ölkəmizdə iqtisadi fəal əhalinin sayı 5 milyon 250 min nəfərdir ki, onların da 4 876 00 nəfəri məşğuldur. Bu barədə "Trend"ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, iqtisadi fəal əhalinin 1 685 00-i muzdl

24.01.2021 788
.

Dərim niyə quruyur? Bilmədiyiniz SƏBƏBLƏR

Dərinin quru, normal və ya yağlı olması genetik xüsusiyyətdir. Lakin bəzən yağlı və ya normal dərisi olan insan fikir verir ki, dərisi həddindən artıq quru olub, qabıq verməyə və çatlamağa başlayıb. Adətən insanlar (xüsusilə qadınlar) belə vəziyyətdə dərini nəmləndirmək üçün müxtəlif maska və kremlər

24.03.2021 1731
.

Vilayət Eyvazovdan daha bir TƏYİNAT

Daxili İşlər Nazirliyində növbəti kadr islahatı aparılıb. -a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Azay Ağayev vəzifəsindən azad edilib. Nazirin digər əmr

09.02.2021 1303
.

90 saat sonra qurtarılan Aylanın anasının axtarışları DAVAM EDİR

4 yaşlı Aylanın anası Fidan Gəzginin axtarışları davam etdirilir. xəbər verir ki, uşaq binanın birinci mərtəbəsində, mətbəxdə tapılıb. Onun sağ qalmasına səbəb qab yuyan maşının uşağın üzərinə yarıyıxılı vəziyyətdə aşması olub

03.11.2020 1783
.

Azərbaycanın bitki örtüyünün 42, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdədir yerləşir

Təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib. Azərtac-a istinadə

23.10.2020 1446
.

Fransa faşistlərinin lideri erməni terrorçular tərəfdə vuruşmaq üçün Qarabağa gəlir - FOTO

Sağ radikal "Zouaves Paris" qruplaşmasının lideri Mark de Kakkere-Valmenir "Instagram"dakı səhifəsində bildirib ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb. "Report"a istinadən xəbər verir ki, bu barədə "Liberasen" bildirib. Mark de Kakkere "Kalaşnikov"

30.10.2020 3291
.

TOP MP3