"COVİD-19 hər kəsi bax belə öldürür" – CNN-dən həyəcan dolu reportaj - VİDEO

"COVİD-19 hər kəsi bax belə öldürür" - CNN-dən həyəcan dolu reportaj - VİDEOABŞ-ın məşhur CNN kanalı Rusiyada koronavirusla əlaqədar ciddi böhran yarandığı, ölənlərin sayının rəsmi hesabatlarda göstərdiyindən daha artıq olduğu haqda reportaj yayıb.

BiG.AZ xəbər verir ki, Novator.az saytı reportajın mətnini ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır.

Xəstəxana palatasında cansız cəsədin əl-ayağı xərəkdən sallanır. Bir neçə addım kənarda isə koronavirusa yoluxmuş xəstələr sağ qalmaq uğrunda mübarizə aparırlar. Yaşlı qadın güclə nəfəs alır. Onun ümidsiz xırıltısı Rusiya xəstəxanalarında telefonla çəkilmiş bir çox ürəkağrıdan videodan birinin qəmgin fon musiqisinə çevrilib.

"Bizim gecələrimiz bax belə keçir: dəhşətli!" - kadrlardan bəhs edən adam deyir. Bu kadrları CNN-ə Rusiyanın müxalifyönlü, məşhur "Doctors Alliance" həkimlər birliyi təqdim edib. Birliyin verdiyi məlumata görə, kadrlar oktyabr ayının ortalarına aiddir, onu Moskvadan təxminən 500 mil şərqdə yerləşən Ulyanovsk şəhərində xəstəxana işçilərindən biri çəkib.

"Daha iki nəfər aşağıdakı palatamızdadır" - xəstəxana işçisi meyiti lentə ala-ala deyir. "COVİD-19 hər kəsi bax belə öldürür".

Bu dəhşətli video CNN-ə göndərilən, xəstə ilə dolu klinikalardakı bərbad vəziyyəti ortaya çıxaran bir neçə videodan sadəcə biridir. Bəzi kadrlarda kirli döşəmədə üst-üstə qalanmış çılpaq meyitlərlə dolu morqlar əks olunur. Elə bil çəkiliş xəstəxanada yox, müharibə zonasında aparılıb.

Rusiyanın pandemiyanı cilovlamağa çalışdığı bir zamanda ortaya çıxan bu videolar həm də faktiki ölüm sayının rəsmi statistikada göstəriləndən qat-qat artıq olduğuna işarədir.

Rusiya rəsmiləri 16 noyabradək ölkədə 33 min nəfərin COVİD-19 virusundan öldüyünü bildiriblər. Tənqidçilər isə bu rəqəmlərə şübhə ilə yanaşır, rəsmi Moskvanın ölüm sayını az göstərdiyini deyirlər.

"Mənim fikrimcə, əslində ölüm sayı təxminən 130 minə bərabərdir" - keçmiş dövlət məmuru Aleksey Rakşa deyir. O, pandemiyanın səbəb olduğu itkiləri qiymətləndirmək üçün rəsmi məlumatlar əsasında fərqli qaydada, özünəməxsus şəkildə hesablamalar aparıb. Rakşanın sözlərinə görə, ölüm sayı bəlkə 130 mindən də çoxdur.

Yerli reyestrlərdən əldə edilmiş məlumatlardan yararlanan Rakşa təxmin edir ki, Rusiyada aprel-noyabr aylarında haradasa 160 mindən 170 min nəfərədək adam ölüb.

O, bu ölüm hallarının təxminən 80%-ni COVİD-19 infeksiyası ilə əlaqələndirir. Bu, Qərb ölkələrində dərc edilən bənzər statistikalardan götürülmüş orta göstəricidir.

Rusiyanın statistika agentliyi "Rosstat"ın məlumatlarına əsasən, 2020-ci ilin aprel-sentyabr aylarında ölkədə ölüm hallarının sayı ötən illə müqayisədə təxminən 117 min nəfər artıb. Bu dövrdə COVİD-19 infeksiyasından ölənlərin sayı rəsmən 21 min nəfər göstərilir.

"Rosstat" oktyabr və noyabr ayları üzrə məlumatları hələ açıqlamayıb, ancaq ölkənin koronavirusla mübarizə mərkəzinin verdiyi rəsmi hesabatlara görə, infeksiyanın yayılması sürətlə artıb.

Rakşa qeyd edir ki, "Rosstat" koronavirusun səbəb olduğu ölüm hallarının hesablanması qaydasını ictimaiyyətə açıqlayandan sonra o, bu təşkilatdan ayrılıb. Hadisə iyul ayında baş verib. Rakşa iddia edir ki, rəsmi rəqəmlərlə öz hesablamaları arasındakı uyğunsuzluq Rusiya hökumətinin koronavirusdan ölənləri təsnif etmə qaydasındakı qüsurlarla bağlıdır.

Onun sözlərinə görə, "Rosstat" dörd səviyyəli təsnifat sistemindən istifadə edir. Agentliyin saytında verilən məlumata əsasən, bu səviyyələr belədir: 1. Ölümdən qabaq xəstədə COVİD-19 testinin nəticəsinin müsbət çıxması; 2. COVİD-19 virusunun ölümün əsas səbəbi olduğunun güman edilməsi, ancaq bunu təsdiqləmək üçün meyitin yarılmasına və əlavə araşdırmalara ehtiyac duyulması; 3. Virusun digər xəstəlikləri olan şəxslərin ölümünə səbəb olması; 4. COVİD-19 virusunun təsdiq edilməsi, ancaq ölümdə əsas amilin hesab edilməməsi.

"Qurbanların yalnız 1-ci səviyyəsi koronavirusdan ölənlər kimi qeydə alınır. Yəni xəstədə ölümdən qabaq koronavirus testinin nəticəsi müsbət çıxıbsa, bu hal COVİD-19 infeksiyasının səbəb olduğu ölüm kimi qeydiyyata daxil edilir" - CNN-ə verdiyi açıqlamada Rakşa deyir.

Rakşanın sözlərinə görə, digər üç səviyyədə ölüm halları rəsmi göstəricilərə daxil edilmir.

Rusiyanın Səhiyyə Nazirliyi, dövlət sanitar xidməti funksiyasını yerinə yetirən "Rospotrebnadzor" və "Rosstat" CNN-nin sorğularına cavab verməyib.

Rusiyadakı hesablama qaydası Dünya Səhiyyə Təşkilatının təlimatlarından fərqlidir. Həmin təlimatlarda bildirilir ki, "infeksiya ilə əlaqələndirilməyən aydın alternativ səbəb" olmadığı təqdirdə bütün ölümlər COVİD-19-un doğurduğu ölüm halı kimi nəzərə alınmalıdır.

Buna baxmayaraq, Rusiya hətta pandemiya ilə mübarizədə də başqa ölkələri qabaqlamağı bacarır. Avqust ayında Rusiyanın 3-cü mərhələ sınağına (bu, çox mühüm mərhələ sayılır) başlamamış "Sputnik V" adlı koronavirus vaksinini təqdim etməsi, beləliklə, virusa qarşı vaksin ortaya qoyan ilk ölkə olması böyük əks-səda doğurdu. Bir çox alimin şübhə ilə qarşıladığı bu vaksin hələ geniş istifadəyə buraxılmayıb.

CNN-ə Moskvanın konkisürmə üzrə dünya çempionatı üçün nəzərdə tutulmuş "Buz Sarayı" adlı stadionunda müvəqqəti qurulan, müasir tələblərə cavab verən, 1300 çarpayılıq koronavirus xəstəxanasına giriş hüququ verilib. Belə hüquq nadir hallarda verilir.

"Böhran mürəkkəb olsa da, ona nəzarət etmək mümkündür" - CNN üçün təşkil edilmiş ekskursiya zamanı baş həkim Andrey Şkoda deyib. "Bizim burada bütün zəruri diaqnostika avadanlıqlarımız, ultrasəs, anesteziya və süni tənəffüs aparatlarımız var".

Göydən asılan və adətən, konkisürmə və ya buz xokkeyi yarışlarının nəticələrini əks etdirən nəhəng ekranda indi xəstələrə filmlər göstərilir.

Baş həkim bildirir ki, xəstəxana tamamilə rəqəmsallaşdırılıb. Hər xəstəyə üzərində ona aid bütün tibbi qeydlərin daxil edildiyi QR kodu olan qolbaq verilir.

"Bu, standart prosedurdur" - baş həkim Moskva və ətraf ərazilərdə göstərilən xidmət barədə CNN-ə deyir.

Çoxsaylı tibb müəssisələri şəbəkəsi vasitəsilə pandemiyanı tam nəzarətində saxlayan bir ölkə təsəvvürü yaransa da, bu ümidverici mənzərə xəstəxanalarda çəkilən və rəsmi statistikanın daha dərin təfsirini, o cümlədən bəzi tibb işçilərinin şahidliyini ortaya qoyan görüntülərlə ciddi ziddiyyət təşkil edir.

Ötən ay baş nazirin müavini Tatyana Qolikovanın infeksiyaya ən çox məruz qalmış beş regionda xəstəxana çarpayılarının 95%-dən çoxunun dolduğunu bildirməsi Rusiya hökuməti tərəfindən tibb müəssisələrinin üzərinə düşən yükün artmasına dair etiraf idi.

Rusiyanın cənub-qərbindəki Saratov vilayətində çalışan, təcili yardım maşını sürən bir şəxs işdən çıxarılmaqdan qorxduğuna görə anonimliyinin qorunması şərtiylə CNN-ə müsahibə verib. O, çalışdığı xəstəxanada nizamsızlığın hökm sürdüyünü bildirib: "Həkimlər hətta nəfəs almağa çətinlik çəkən yaşlı pasiyentləri qəbul etməkdən boyun qaçırırlar. Həmin insanlara deyirlər ki, onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Əsl səbəb isə palatalardakı yer çatışmazlığıdır".

CNN-ə göndərilmiş başqa bir videoda meyitlə dolu ölüxana əks olunur və bir kişi dəhşətli görüntülər fonunda bunları deyir: "Biz burada çətin ki, bir yer tapa bilək. Bu, qorxulu filmlərə bənzəyir".


BiG.Az
Telegramda izləyin
Kateqoriya   Baxılıb: 2163   Tarix: 18 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nitsa şəhərində bütün kilsələr bağlandı

Fransanın Nitsa şəhərinin bütün kilsələri ziyarətçilərin üzünə bağlanıb. xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb. Kilsələrin bağlanmasının səbəbi bu gün Nitsa şəhərinin mərkəzində yerləşən Notr-Dam Kilsəsində bıçaqla silahlanmış naməlum şəxsin insanlara hücum etməsidir. Hadisə nəticəsind

29.10.2020 2162
.

Südəmər körpəsini çaya atdı, sonra oğurlandığı barədə elan verdi

Rusiyanın Çelyabinsk vilayətində qadın südəmər uşağının oğurlandığını bildirib. -a istinadən xəbər verir ki, naməlum şəxslərin övladını oğurladığını deyən qadın sonradan uşağı çaya atdığını etiraf edib. Onun sözlərinə görə, uşaq uzun müddət əziyyət çəkdiyi xəstəlikdən ölüb. 24 yaşlı ana ölmüş uşağını

23.10.2020 1709
.

Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanır

Prezident İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Ümumi uzunluğu 29 km olan avtomobi

20.10.2020 2320
.

"BakuBus"un avtobusunda yanğın, sərnişinlər təxliyə edilib

Bakıda sərnişin avtobusunda yanğın olub. "Report"a istinadən xəbər verir ki, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, "BakuBus" MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərri

13.08.2021 979
.

Azərbaycanda məhkəmə hakimi vəfat etdi - FOTO

Azərbaycanda məhkəmə hakimi vəfat edib. "Report"un xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdullayev Mehdixan Ədil oğlu 60 yaşında vəfat edib. Məhkəmə-Hüquq Şurası məlumatı təsdiqləyib. Allah rəhmət eləsin!. Qeyd edək ki, M.Abdullayev 1994-2008-ci illərdə Hərbi prokurorluqd

28.11.2020 1652
.

Bu həftədən "sms icazə" sisteminə keçirilə bilər

Xəbər verdiyimiz kimi, oktyabrın 25-də koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, 946 nəfər koronavirusa yoluxub, 7 nəfər isə dünyasını dəyişib. Yoluxma sayının artmasının qarşısını almaq üçün yenidən "sms icazə" sistemi tədbiq edilə bilərmi?. xəbər verirki, bununla bağlı -a danışa

26.10.2020 5327
.

Azərbaycanın bitki örtüyünün 42, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdədir yerləşir

Təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib. Azərtac-a istinadə

23.10.2020 1446
.

İlham Əliyev: "Bu gün də onlara qaçaq yolla silah, texnika göndərilir"

"Bu günlər ərzində Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulub". xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. "Ermənistanın hərbi texniki potensialını sıradan çıxarmışıq.Bu qədər silah Ermənistanda hardandır. Ermənistan bankro

17.10.2020 6469
.

Bu tarixdə ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyula bilər - AÇIQLAMA

Xəber verdiyimiz Azərbaycanda yanvarın 18-nə kimi sərt karantin rejimi tətbiq edilib. Artıq son bir neçə gündə tətbiq edilən sərt karantin rejimi özünün müsbət nəticəsini verməkdədir. Yoluxanların sayı 400-dən 200-nə düşüb. Gələn həftədən artıq bayram günləri başlayır. Bayram günlərində yoluxmaları

24.12.2020 2301
.

TOP MP3