Sabahdan bu iş yerləri AÇILIR - VİDEO
Sabah bəzi sahələrdə fəaliyyət yenidən bərpa olunur. Sərt karantin rejiminin yumşalmasının növbəti mərhələsi kimi ticarət obyektləri, bərbərxana, gözəllik salonları, muzey və sərgi zalları vətəndaşlara xidmətə açılır. Həmçinin şəhərlərarası və rayonlarası hərəkət qadağası da aradan götürülür. Məlum vəziyyətlə bağlı iş yerlərinin səbirsizliklə açılmasını gözləyən şəxslər sabah üçün hazırlıqlara başlayıb.
Sabahdan etibarən sərt karantin rejiminin növbəti yumşalmaları başlayır.
25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə veriləcək.
Ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);
bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
muzey və sərgi zallarının fəaliyyəti;
şəhərlərarası və rayonlararası hərəkət.
Qadağaların aradan qalxmasına bir gündən az vaxt qaldığından ticarət obyektlərində sabaha hazırlıqlar başlayıb. Hər bir obyektin girişində dezinfeksiya vasitələri qoyulub, maska ilə bağlı xəbərdarlıqlar qeyd olunub.
Bəzi xidmət sahələri onlayn xidmət göstərdiyindən, bağlı qaldıqları müddətdə satışların xeyli aşağı olduğunu deyirlər. Məhz bu səbəbdən də bir çoxu endirimlər etdiyini bildirir.
Sabahdan fəaliyyəti bərpa olunan sahələr arasında bərbərxana və gözəllik salonları da var. Bərbərlər 1 aydan çoxdur ki, fəaliyyət göstərmədiyindən sabahkı gün üçün əvvəlcədən yazılanların da çox olduğunu deyirlər.
25 fevral tarixindən muzey və sərgi zalları da öz qapılarını vətəndaşların üzünə açacaq. Həmçinin rayonlararası hərəkət də bərpa edilir.
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə aprelin 1-dək tətbiq olunacaq. Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə və sosial məsafə saxlamaq məcburidir.(xezerxeber)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 5219 Tarix: 24 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Van Dammın oğlu Məkkənin fotosunu paylaşdı
Hollivud ulduzu Jan Klod Van Dammın azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə quran oğlu Kristofer paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Kristofer Məkkədən foto paylaşıb. Fotoda bir şəxsin onun xanımının şəklini telefonda Kəbədə tutması əks olunub. Qeyd edək ki, Kristofer və Suada 2021-c
16:00 214 Sinem Kobal Və Kenan İmirzalıoğlundan maraqlı paylaşım
Evlilik böhranı yaşadıqları ilə bağlı yayılan xəbərlərə Kenan İmirzalıoğlu və Sinem Kobal romantik fotoları ilə cavab veriblər. türk mediasına istinadən xəbər verir ki, cütlüyün uzun müddət birgə görüntülənməməsi ayrılıq şayiələrini gücləndirmişdi. Lakin sahil kənarında, ay işığında çəkilmiş mənalı fot
11:00 351 85 yaşlı qadın döyülərək öldürüldü - Oğlu saxlanıldı
Sabirabadda döyüldüyü deyilən 85 yaşlı qadın xəstəxanada ölüb. "Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Mürsəlli kəndində baş verib. Kənd sakini – 1940-cı il təvəllüdlü Zeynalova Balabikə ötən gün bədənin müxtəlif nayihələrində ağır xəsarətlərlə rayon xəstəxanasına gətirilib. Bu gün is
14.07.2025 482 Ana internetdə canlı yayım açanları dəstəkləmək üçün uşaqlarını satdı
Çində ana iki oğlunu 11600 dollara satıb və pulu strimerlərə ( internetdə canlı yayım (strimi) aparan şəxs) ianə və paltar almağa xərcləyib. xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb. Məlumata görə, 26 yaşlı Huanq əvvəllər övladlığa götürülmüş qız olub və qayğısızlı
14.07.2025 430 78 nəfərin öldüyü yanğında müdir ailəsi ilə hoteldən belə çıxıbmış - Video
Türkiyədə hoteldə xeyli sayda insanın ölümü ilə nəticələnmiş yanğınla bağlı yeni görüntülər ortaya çıxıb. "Qafqazinfo" İHA-ya istinadən xəbər verir ki, yanğın baş verən gün təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdən hotel müdiri ilə ailəsinin qonaqlara xəbər vermədən binanı sakitc
11:09 456 Xəstəliyinə görə evini satıb, başqa yerə köçdü
Müğənni Sevda Əliqızı yeni ev alıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, evini satmasına səbəb xəstəliyi olub:. "Oğlum istədi ki, ona yaxın olum. Ona bir qapı bu tərəfə köçdüm. İki qızım, bir oğlum var. Hər gün görüşürük. Xəstəliyim ərəfəsind
11:52 356 Kartofun bişirilməsində ən zərərli üsul açıqlanıb – bu qızartma deyil
Bir çox insanın sevdiyi kartof düzgün hazırlanarsa, həm ləzzətli, həm də faydalı ola bilər. Lakin yeni tədqiqatlar göstərib ki, bəzi bişirmə üsulları bu tərəvəzin qidalandırıcı dəyərini ciddi şəkildə azaldır. Mütəxəssisləri xəbərdarlıq edir: kartofu çoxlu suda qaynatmaq, onu bişirməyin ən zərərli üsuludur
14.07.2025 466 Samuxda zəlzələ oldu
Samux rayonu ərazisində zəlzələ baş verib. BİG.AZ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ Gəncə stansiyasından 21 km şimalda Samux rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb
10:27 268 Bricit Makronla onun transgender olduğunu iddia edənlər arasında qalmaqal bitmir
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron onun kişi olduğu barədə informasiya yayan iki qadına qarşı məhkəmənin bəraət qərarından şikayət edib. -ın verdiyi məlumata görə, bu barədə onun vəkili Jan Ennoşinin "Franceinfo" radiostansiyasına verdiyi müsahibədə deyib. "Brici
14.07.2025 416