Beyləqan xəstəxanasında baş verənlər…Bayram Muradovun idarəsizliyi ...

Beyləqan xəstəxanasında baş verənlər…Bayram Muradovun idarəsizliyi ...Xəbər verdiyimiz kimi ötən həftə ölkə gündəmini Beyləqan rayon Mərkəzi Xəstəxanasında poliknika müdiri F. Quliyevin iş vaxtı otağında əxlaqsız görüntüsünün yayılması zəbt etdi.

XALQ xəbər verir ki, sosial şəbəkələrdə görüntüsü yayılan klinika müdirinin bu hərəkəti həm beyləqanlıların həm də ölkə vətəndaşlarının qəzəbinə və ciddi qınağına səbəb oldu.

Sosial şəbəkələrdəhəmin görüntünü izləyən vətəndaşların ən çox tənqid etdiyi şəxslərdən biri də Beyləqan rayon Mərkəzi Xəstəxananın baş direktoru Bayram Muradovla baş həkim Şahlar Hüseynov oldu.

Çünki xəstəxanada iş vaxtı poliknika müdiri tərəfindən öz otağında edilən əxlaqsızlıq o anlama gəlir ki, səhiyyə ocağının rəhbərliyi yerində deyil.

Məhz direktor Bayram Muradovla baş həkim Şahlar Hüseynovun idarəçiliyi Beyləqan rayon Mərkəzi xəstəxanasında çox bərbad bir vəziyyət yaradıb. Bayram Muradovdan öncə direktor işləyən Nürəngiz Bəşirovanın dövründə Beyləqan xəstəxanasında çox ciddi nizam-intizam mövcud idi. Ancaq indi o nizam-intizamdan əsər əlamət demək olar ki, qalmayıb. Çünki Bayram Muradov Şahlar Hüseynov cütlüyünün yalnız bir amalı var, oda TƏBİB rəhbərliyinin onlara verdiyi səlahiyyətdən istifadə edərək pul qazanmaq.

Sosial şəbəkələrdə yazılan rəylərdə açıq şəkildə bildirilir ki, Beyləqan xəstəxanasında işə qəbul olunmaq üçün xəstəxana rəhbərliyinə hesab verməlisən. Bu məsələyə isə direktor müavini Elnur Mahmudov nəzarət edir. Bayram Muradovun dövründə xəstəxanaya göndərilən vakansiya iş yerlərinin demək olar ki, 90 faizi pulnan satılıb. Mərkəzi xəstəxanada nəzarətsizliyin hökm sürməsi isə son illər səhiyyə ocağında müxtəlif ciddi problemləri üzə çıxarıb.

Bu problemlərdən biri də dövlət tərəfindən xəstəxanaya verilən dərman pereparatlarının satılmasıdır. Beyləqanda hər kəs yaxşı bilir ki, bu dəmanların bəziləri xəstəxananın qarşısında yerləşən apteklərdə satdırılır.

"Bu gün Beyləqan xəstəxanasının acınacaqlı duruma düşməsinin əsas səbəbkarları direktor Bayram Muradovla baş həkim Şahlar Hüseynovdur" şərhələri sosial şəbəkələrdə daha çox rast gəlmək olar.

Beyləqanlıların yazdıqları çoxsaylı rəylərdə açıq şəkildə bildirilir ki, TƏBİB və Səhiyyə Nazirliyi Beyləqan rayon Mərkəzi xəstəxansında baş alıb gedən özbaşınalığın qarşısını almasalar daha çox Fəxrəddin Quliyev olayları ortaya çıxacaq.

Bayram Muradov əməkdaşımızla əlaqə saxlayaraq israrla onun bu məsələdə adının çəkilməməsini tələb edir. O qeyd edib ki, həkim qapını bağlayıb mən haradan bilməliyəm otağında nə işlə məşgul olur? Çox düşündürücü sualdır demək ki, idarəçilik və kollektivdə nə baş verdiyindən bixəbər olan Beylaqan mərkəzi xəstəxanasının rəhbərliyinin məlumatsızlığı, orada pasiyentlərə qarşı da olan davranış sual doğurur.

Bəlkədə yüzlərlə,minlərlə xəstəxanaya müraciət edən Beylaqan sakinlərindən bağlı qapı araxsında rüşvət tələb olunub..?

Bunu isə hüquq-mühafizə orqanları araşdırmalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1329   Tarix: 15 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistanda hərbçi güllələnərək öldürülüb

Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd

10.10.2026 163
.

Nyu-Dehlidə "Tarakanlar"ın lideri irimiqyaslı etiraz aksiyası ərəfəsində saxlanılıb

Hindistan Seçki Komissiyası rəhbərinin istefası tələbi ilə keçiriləcək aksiya ərəfəsində "Cockroach" ("Tarakan") gənclər hərəkatının lideri Abxicit Dipke Dehli hava limanında saxlanılıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, saxlanılma barədə məlumatı hərəkatı

10.10.2026 176
.

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI

Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi

10.10.2026 385
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

00:38 97
.

İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndirib

Qarabağın təbii müxtəlifliyi, onun dağ mənzərələri və genişmiqyaslı bərpa işləri iranlı səyyah Nima Benidə böyük təəssürat yaradıb. "Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə o, beynəlxalq səyyahlar qrupunun tərkibində regiona səfəri zamanı bildirib. Səyyahın sözlərin

10.10.2026 159
.

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar

10.10.2026 344
.

Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ xəbər verir ki, Azərbaycan Prezidenti və Çeçenistan başçısı "Bakı Ağ Şəhər"də olublar. Səfər zamanı İlham Əliyev və Ramzan Kadırov birg

10.10.2026 165
.

Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək

"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz

10.10.2026 182
.

Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma

00:13 108
.