Qədr gecəsində necə dua etmək lazımdır?
Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?
Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "Ey Həmmad! Qüsl etmisən?". Dedim: "Bəli, qurbanın olum!". Həsir istədi və mənə buyurdu: "Mənim yanıma gəl və namaz qıl". İmam (ə) davamlı olaraq namaz qılırdı və mən də onun kənarında namaz qılırdım. Namazlardan ayrılandan sonra dua etməyə başladı, mən də onun duasına "Amin!" deyirdim, o zamana qədər ki, dan yeri söküldü. (Yəni, bu gecədə bir yerdə dua edib, "Amin!" demək lazımdır). O, imam-camaat durdu və bir yerdə sübh namazını qıldıq". (Beytutə saytı)
Abdullah ibni Yazid nəql edir: "Aişə Peyğəmbərə (s) deyir: "Ey, Allahın Peyğəmbəri! Əgər Qədr gecəsini dərk etsəm, nə dua edim?". Peyğəmbər (s) buyurur: "Ondan salamatlıq istə".
İmam Həsən Müctəba (ə) bu gecədə belə dua edərdi: "Ey, o Kəs ki, aşkar olmağın gizlidir. Ey, o Kəs ki, gizli olmağın aşkardır.
Ey, o gizli ki, aşkar deyil.
Ey, o aşkar ki, görünməzdir.
Ey, o Kəs ki, heç bir şərh edən varlığının həqiqətinə çatmaz.
Ey, o Qaib ki, itəsi deyildir.
Ey o Hazır ki, görünən deyildir. Göylər və yer və o şeylər ki, onların arasındadır, hətta bir göz qırpımı qədər Ondan ehtiyacsız deyildir. Nə necəliyi dərk olunar, nə də harada olmağına görə yeri bəyan olunar. Sənin hər bir şeyə əhatən vardır". (Bundan sonra dualarını istəyərdi).
İmam Baqir (ə) buyurur: "Ramazan ayının üç gecəsində Quranı götürürsən, açırsan, qarşına qoyub deyirsən: "Allahım! Səni and verirəm nazil etdiyin Kitaba və onda olanlara. Məni atəşindən azad olanlardan qərar ver! (Ondan sonra nəzərinə gələn hər bir ehtiyacına görə dua edirsən)".
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Quranı götür və onu başına qoyub de: "Allahım! Bu Quranın haqqına və o kəsin haqqına ki, onu Quranla məbus etmisən, hər möminin haqqına ki, onu Quranda mədh etmisən və onların üzərində olan haqqına görə Sənə and verirəm özünə görə, ey Allahım! (Ondan sonra 14 Məsumu (ə) vasitə qərar verirsən və hacətlərini istəyirsən)".
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 4146 Tarix: 01 may 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNiyə insanın qulağında acı su var?
İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı
02.05.2021 3283 Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO
Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan
10.05.2021 4070 Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)
Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı
12.04.2020 5175 Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul
02.05.2021 2822 Həccə gedə bilməyənlərin pulları qaytarılır
Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü
06.08.2020 2390 Aya Sofya 86 ildən sonra ibadətə açıldı
Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak
24.07.2020 3182 İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu
Uca Allah buyurur: "İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onları
26.03.2020 5917 Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir
09.05.2021 2237 Onsuz həyatın mənası yoxdur...
Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm
25.12.2019 3836